Bizə yazın

Baku

-°C

USD

-

KƏLBƏCƏRİN AZADLIĞA QOVUŞMASINDAN ALTI İL ÖTÜR

Cəmiyyət 24 Noyabr 2026, 18:29

629

Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz həqiqi sahiblərinə qayıdıb. Bu gün Kəlbəcər də qələbənin qızılı rənglərinə boyanıb bayram edir! 

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.

Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir.

Kəlbəcər rayonu Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardı.

Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir. 

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən Kəlbəcər geri qaytarıldı.

Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. 

Kəlbəcər işğaldan azad edildikdən sonra Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi, yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışları, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlər və digər bərpa işləri görülməkdədir.

Qısa müddət ərzində lazım olan bütün bərpa işləri aparılmaqdadır və Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər də yenidən Azərbaycanın ən gözəl bölgələrindən biri olacaq və Kəlbəcər əhalisi yenidən o gözəl torpaqlarda qurub-yaratmağa başlayacaqlar.

Milli Məclisin deputatı Ceyhun Məmmədov.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Bakıda yol bağlanacaq, 18 avtobusun marşrutu dəyişəcək

Noyabrın 25-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Citypost.az xəbər verir ki, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. “Koroğlu” NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək....

24 Noyabr 2026, 18:38

Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır

Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilərkən binanın birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verildiyi, giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi müəyyən edilib.Bu barədə Citypost.az-aMədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.Qeyd edilib ki, hazırda müdaxilə faktı ilə bağlı araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Eyni zamanda, abidəyə dəymiş ziyanın ödənilməsi və onun ilkin görkəminə qaytarılması istiqamətində işlər davam etdirilir.Bir daha bütün vətəndaşları, o cümlədən tarix və mədəniyyət abidələrinin mülkiyyətçiləri və istifadəçilərini mədəni irsimizə həssas yanaşmağa, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsinə çağırırıq....

24 Noyabr 2026, 18:30

Rüstəm Xəlilov vətəndaşların şikayətlərini dinlədi

Salyan Rayon İcra Hakimiyyətinin başçısı İnteqrasiya təlimli internat tipli gimnaziyada şəhər sakinlərini qəbul edib.Citypost.az bildirir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşların müraciət, təklif və şikayətlərinin dinlənilməsi, mövcud problemlərinin yerində öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə İnteqrasiya təlimli internat tipli gimnaziyanın binasında sakinlər ilə səyyar qəbul keçirib.Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlər, regionların inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin...

24 Noyabr 2026, 18:18

Abşeron yatağının istismar müddəti uzadılır

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə dəyişikliklər edilir.Modern.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC İnternational ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsində əks olunub.Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında...

24 Noyabr 2026, 17:49

Mənzil almaq daha da çətinləşəcək? - Yeni bahalaşma dalğası gəlir?

Azərbaycanda tikinti xərcləri oktyabr ayında sentyabrla müqayisədə 3%, ötən ilin dekabr ayı ilə müqayisədə isə 13,5% artıb. Bahalaşma yeni mənzillərin tikinti maya dəyərinə də təsir göstərir. Bununla belə, mənzillərin satış qiymətini yalnız tikinti materiallarının qiyməti deyil, torpaq sahəsinin dəyəri, əməkhaqqı, maliyyələşmə və bazardakı tələb-təklif nisbəti də müəyyən edir.Citypost.az xəbər verir ki,Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Bakupost”a bildirib ki, tikinti xərcləri dedikdə, ilk növbədə, tikintinin maya dəyəri nəzərdə tutulur. Bu məbləğə tikintinin aparıldığı torpaq sahəsinin qiyməti, tikinti materiallarının dəyəri, işçi qüvvəsinə ödənilən əməkhaqqı və digər xərclər daxildir. Onun sözlərinə görə, maya dəyərinin artmasına müxtəlif amillər təsir edir və bu prosesi...

24 Noyabr 2026, 17:26

Prezidentin sosial şəbəkə hesablarında Maka Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. https://t.co/xGGsLcL8tT— İlham Əliyev (@azpresident) November 24, 2026

24 Noyabr 2026, 17:19