Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 29 Noyabr 2026, 09:54
459
Evində pişik saxlayan insanların gələcəkdə şizofreniyaya tutulma ehtimalının daha yüksək ola biləcəyi iddia edilir.
CityPost.az xəbər verir ki, bu qənaətə psixiatr Edvin Fuller Torrey və virusoloq Robert Yolken gəliblər. Araşdırma barədə "Science Alert" nəşri yazıb.
Məlumata görə, alimlər 1990-cı illərdə apardıqları tədqiqatlar zamanı uşaqlıqda pişiklə yaşayan insanların sonrakı həyatlarında şizofreniyadan daha çox əziyyət çəkdiklərini müşahidə ediblər.
Torrey xəstəliyin yaranmasına "Toxoplasma gondii" də daxil olmaqla, müxtəlif patogenlərin səbəb ola biləcəyini ehtimal edib. Bu parazit insanlara əsasən pişiklər vasitəsilə keçə bilir. Pişiklər paraziti yoluxmuş gəmiricilərdən, eləcə də çirklənmiş mühitdən əldə edə bilirlər. Parazit isə insan orqanizminə yoluxmuş heyvanların nəcisi, çirklənmiş qida və su vasitəsilə daxil ola bilir.
Məqalədə qeyd olunub ki, parazit beyinin hüceyrələrinə təsir göstərə bilər. Toksoplazmoz pişik saxlayan insanların əksəriyyətində inkişaf etməsə də, yoluxma baş verdikdə bəzi hallarda qəribə düşüncələr və hallüsinasiyalar müşahidə oluna bilər. Bu əlamətlər şizofreniyanın simptomlarına bənzəyir.
Həmçinin oxuyun
Mənbənin yazdığına görə, "T. gondii" parazitinə qarşı anticisimlərin mövcudluğu ilə şizofreniya diaqnozu arasında əlaqəni təsdiqləyən 100-dən çox tədqiqat aparılıb.
Bununla belə, London Universitet Kollecinin (UCL) tədqiqatçıları 3542 iştirakçının məlumatlarını araşdıraraq uşaqlıqda pişik saxlamaqla "T. gondii" infeksiyası arasında əlaqə müəyyən edə bilməyiblər.
Qeyd edək ki, təqdim olunan araşdırmalar pişik saxlamağın birbaşa şizofreniyaya səbəb olduğunu sübut etmir.
Görünüş 1000 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında noyabrın 29-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
28 Noyabr 2026, 15:50
Bazar günü bəzi yerlərdə yağış yağacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 50-55%, gündüz 70-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti,...
28 Noyabr 2026, 12:57
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama görə, o, Azərbaycan Respublikasında təhsil sahəsində xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
28 Noyabr 2026, 12:55
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Əli Hidayət oğlu Əsədov “Şərəf” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərənam imzalayıb.Sərəncama görə, o, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.
28 Noyabr 2026, 12:13
Səlim Müslümova ağır itki
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova ağır itki üz verib.Citypost.az xəbər verir ki, keçmiş nazirin anası Qəndifə Müslümova vəfat edib.Mərhum Ağsuda, Səlim Müslümovun doğulduğu Pirhəsənli kəndində dəfn olunub./yenisabah
28 Noyabr 2026, 11:43
Ramiz Mehdiyev evindən çıxan 17 milyonu geri istədi: “Özümündü, 1957-ci ildən işləyirəm” - QAPALI MƏHKƏMƏDƏ ŞOK
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev evindən aşkarlanan 17 milyon manatdan artıq vəsaitin özünə məxsus olduğunu və onu uzun illər ərzində topladığını bildirib.O, pulun müsadirəsini qanunsuz saydığını deyib. Mehdiyev bu izahatı noyabrın 27-də AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin işi üzrə keçirilən qapalı iclasda verib.Citypost.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin iclasında Mehdiyev və qızı Kamilə Əliyeva şahid qismində dindirilib. Əli Kərimliyə yaxın olan “Qəzetçi”nin prosesdən xəbərdar mənbələrə istinadən yaydığı məlumata görə, sabiq administrasiya rəhbəri iclasa evindən videobağlantı ilə qoşulub və divanda uzanmış vəziyyətdə ifadə verib. Müdafiə tərəfinin vəkilləri milyonların mənbəyini soruşanda...
27 Noyabr 2026, 22:30