Bizə yazın

Baku

-°C

USD

-

Əmir Pəhləvan: Yoxlama və reydlərdə jurnalistlər də iştirak etməlidir

Cəmiyyət 24 Noyabr 2026, 21:01

1211

Hər il yüzlərlə istehsal müəsisələri yoxlanılır, onlardan yalnız beş-altısı cəzalandırılır. Supermarketlər keyfiyyətsiz, zay və kimyəvi tərkibli məhsullarla təchiz olunur. Xüsusilə də yeyinti məhsulları istehsal edilən kiçik və iri həcmli təsərrüfat müəssisələrinin sayı günü-gündən artmaqdadır.  Sosial şəbəkələrdəki efir materiallarından  belə məlum olur ki, rüşvət  verməyənlər ağır şəkildə cəzalandırılırlar. 

Bu qədər yoxlama və reydlərdə isə bir nəfər peşəkar jurnalistin iştirakına hələ də rast gəlinmir.. Xeyir ola…? Məqsəd nədir? İctimai nəzarətə, demokratiyaya və həqiqətə nəfəs olan bu amil nədən unudulur? 

Bəyənmədiyimiz sovetlər dönəmində jurnalistlərsiz yoxlamalar və reydlər qanunsuz hesab olunurdu. İndi isə hər şey tamamilə tərsinədir. Belə çıxır ki, oğru oğrunu təftiş edir, rüşvətin götürüb aradan çıxır. Millətin sağlamlığını təhlükə altına alanlar isə verdikləri rüşvətin boşluğunu (əvəzini) doldurmaq üçün daha amansız yırtıcılığa əl atıtlar. Keyfiyyətsiz və çəkisi azaldılan məhsullar buraxırlar... Yəni Azərbaycanda qida ölümləri yarışı gedir, cənablar!

Ahıl yaşına çatmış təcrübəli, müdrik, istedadlı və vicdanlı  jurnalistləri yoxlamalara cəlb eləməmək millətə soyqırımı yaşatmaq, rüşvət və korrupsiyanın “inkişafına” xidmət etmirmi?

Ahıl yaş həddində olanları qeyd etməkdə məqsədim sovet dönəmlərində peşəkarlıqları, səriştə və iş bacarıqları, o cümlədən, jurnalist sənətkarlığının  sirlərinə dərindən yiyələnmiş istedadlı qələm sahibləri nəzərdə tutulur. Əlbəttə ki, gənc və yüksək intellekt sahibi olan jurnalist dostlarımız da bu kateqoriyaya daxildirlər.

Öz çirkin əməllərini ört-basdır eləyən dövlət qurumları, istehsalçı və istehlakçılar bilərəkdən əsl jurnalistləri taleyüklü məsələlərdən uzaqlaşdlrmaqla gələcəyin urvatsız ölumlərinə və əzablarına imza atmış olurlar. 

Bu vətəni həm də əsl jurnastlər kimi qoruyub sevmək lazımdır! Təəssüflər olsun ki,   bir çox məmurlar jurnalistlərin ictimai-siyasi nüfuz fəallıqlarını və yüksək peşə fəaliyyətlərini həzm edə bilmədikləri üçün onları ictimai həyatdan və dövlət işlərindən qəsdən kənarlaşdırmışlar. Kənarlaşdırıblar ki,  əsl həqiqətlər ölkə başçısına deyilməsin. Kələklərinin və fırıldaqlarının üstü açılmasın. Lakin “cidanı çuvalda gizlətmək olmaz!” Geci-tezi var, bütün  "paxır"ların üstü zamanında mütləq açılır…

İndi “kimya əsridir”, qida məhsullarından istifadə ən təhlükəli fazaya daxil olub. Hər gün qida məhsullarının istifadəsindən yüz minlərlə insan tələf olur. Ehtiyatlı və diqqətli olmalıyıq. Varlanmaq və haram yemək xatirinə qida məhsulları ilə milləti zəhərləyib, onları ölüm-dirim arasında “cəhənnəm əzabında” saxlamayın, cənablar!

Jurnasitlərə yer ayırın, meydan verin ki, gələcəyimiz olan körpələrimizin, məktəbli balalarımızın və yeniyetmə gənclərimizin sağlam böyüməsi üçün İlahi Ədaləti söyləməkdə söz sahibi olsunlar!

Əmir Pəhləvan

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səhiyyə nazirinə yeni müşavir təyin edildi - Özəl

Töhfə Ramiz qızı Cəmilova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsindən azad edilib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, səhiyyə nazirinin müşaviri təyin edilib.Qeyd edək ki, T.Cəmilova Azərbaycan Tibb Universitetini həkim-oftalmoloq ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq iqtisadçı ixtisası üzrə diploma yiyələnib.2023-cü ildə London Universitetinin "London School of Hygiene and Tropical Medicine" məktəbində İctimai səhiyyə ixtisası üzrə elmlər magistri dərəcəsini alıb.2008-ci ildən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin müdiri, 2010-cu ildən isə Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri vəzifələrində çalışıb.2017-2025-ci illərdə Azərbaycanda, eləcə də Koreya Xalq Demokratik...

24 Noyabr 2026, 21:11

"Ankara məktəbi" məktəb-liseyinə yeni direktor təyin olunub

"Ankara məktəbi" məktəb-liseyinə yeni direktor təyin olunub.Citypost.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov bununla bağlı əmr imzalayıb.Bildirilib ki, əmrə əsasən Tural Taqiyev "Ankara məktəbi" məktəb-lise

24 Noyabr 2026, 19:37

İlin ilk Super Ayı görünür

Hazırda Ay Yerə ən yaxın mövqedədir və ilin ilk Super Ayı görünür.Bu barədə APA-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib."Ay tam Ay fazasına çatıb, yəni Ay diskinin işıqlanması 100%-dir. Bu gün Ay saat 16:44-də şimal-şərqdən doğub. Hava şəraiti uyğun olarsa, Super Ayı bütün gecə boyunca izləmək mümkün olacaq", - məlumatda qeyd edilib.Bildirilib ki, ilin ikinci və sonuncu Super Ayı isə 24 dekabr 05:28-də olacaq.Qeyd edilib ki, Ay Yer ətrafında təxminən 27 günə bir dövr edir: "Onun orbiti elliptik olduğundan Yerlə Ay arasındakı məsafə dəyişir. Ay orbitinin Yerə ən yaxın nöqtəsi perigey, ən uzaq nöqtəsi isə apogey adlanır. Tam...

24 Noyabr 2026, 19:31

Etibar Qasımova Dövlət Xidmətində vəzifə verildi

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Satınalma departamentinə rəhbər təyin edilib.Modern.az Plat.az-a istinadla bildirir ki, bu vəzifə Etibar Qasımova həvalə edilib.E.Qasımov bundan öncə Dövlət Gömrük Komitəsində tenderlər üzrə menecer, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində Satınalma departamentinin direktor müavini vəzifələrində çalışıb. Xatırladaq ki, Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixli fərmanı ilə yaradılıb. Xidmətin icraçı direktoru Emil Şolandır. ...

24 Noyabr 2026, 19:05

Bu şəxslər imtahan vermədən müsahibəyə qatıla biləcəklər

Dövlət orqanlarında inzibati vəzifələr üzrə beş il qulluq stajı olan keçmiş dövlət qulluqçuları sertifikat almadan müsabiqənin müsahibə mərhələsində iştirak edə biləcəklər.Citypost.az xəbər verir ki, bunu DİM-in Hüquqi təminat və dövlət qulluğu şöbəsinin müdiri Lalə Qədirova bildirib.O qeyd edib ki, yeni Dövlət Qulluğu Məcəlləsi vakant vəzifələr üzrə iş stajına dair tələblərin müəyyənləşdirilməsində dövlət orqanlarına daha geniş seçim imkanı verir.Dövlət orqanları vakant vəzifənin xüsusiyyətindən asılı olaraq fəaliyyət istiqaməti, müvafiq ixtisas və ya ümumi iş stajı üzrə tələb müəyyən edə biləcəklər....

24 Noyabr 2026, 18:50

Sabah Bakıda yol bağlanacaq, 18 avtobusun marşrutu dəyişəcək

Noyabrın 25-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Citypost.az xəbər verir ki, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. “Koroğlu” NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək....

24 Noyabr 2026, 18:38