Formula-1 Bakıda bu tarixlərdə keçiriləcək
İdman 04 Fevral 2025, 14:29

1825
Formula-1 qarşıdakı çempionatının həftəsonları keçirilən yürüşlərinin təqvimini təqdim edib.
Citypost.az Modern.az-a istinadla xəbər verir ki, Azərbaycan Qran-Prisi 19-21 sentyabr tarixlərində keçiriləcək, onun təqvimi isə aşağıdakı kimi olacaq:
Azərbaycan Qran-Prisi:
19 sentyabr
12:30 - 13:30 – birinci sessiya
16:00 - 17:00 – ikinci sessiya (sprint təsnifat).
Həmçinin oxuyun
20 sentyabr
12:30 - 13:30 – üçüncü sessiya (sprint)
16:00 - 17:00 – ikinci sessiya (təsnifat).
21 sentyabr
14:00 - əsas yürüş.
2025-ci ildə Formula-1-də ümumilikdə 24 mərhələnin keçirilməsi planlaşdırılıb – çempionat martın 16-da Avstraliyada başlayacaq və dekabrın yeddisi Əbu-Dabidə yekunlaşacaq. Mövsümə sprintli altı mərhələ daxildir – Çin, Mayami, Belçika, ABŞ (Ostin), San-Paulu və Qətər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Rusiya komandası Əfqanıstanla səfər meydanında oynamaqdan imtina edib
Rusiya futbol yığması Əfqanıstan yığması ilə Kabildə oynamaqdan imtina edib. CityPost.az xəbər verir ki, bu barədə “Mash on Sport” Teleqram kanalı Rusiya Futbol İttifaqının (RFU) nümayəndəsinə istinadən məlumat yayıb."İlin sonuna kimi komandamız üç oyun keçirəcək, onların hamısı Rusiyada keçiriləcək. Potensial rəqiblərin adları hələlik məlum deyil, lakin iş gedir", - RFU-dan bildiriblər.İyunun 18-də Əfqanıstanın sənaye və ticarət nazirinin müavini Əhmədullah Zahid Rusiya yığmasını Kabilə yoldaşlıq görüşünə dəvət edib.2022-ci ilin fevralında Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini və Rusiya klublarını onların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb. Belə ki, klubların Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasında oynamaq hüququ...
30 İyun 2025, 13:24

"Qarabağ"ın rəqibi müəyyənləşib
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
18 İyun 2025, 14:38

UEFA "6 saniyə" qaydasını yeniləyib
UEFA "6 saniyə" qaydasını yeniləyib.CityPost.az xəbər verir ki, artıq əvvəlki kimi qapıçı topu əlində 6 saniyədən çox saxlasa sərbəst zərbə verilməyəcək.Yeni qaydalara əsasən, qapıçı topu əlində 8 saniyədən çox tutarsa, rəqib komandanın lehinə künc zərbəsi veriləcək.Hakim son 5 saniyəni əli ilə görülə biləcək şəkildə geri sayım edəcək.Bu qayda bu gündən etibarən bütün UEFA turnirlərində keçərli olacaq.
12 İyun 2025, 11:34

"Qarabağ" 5 pillə gerilədi
"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində beş pillə geriləyib.CityPost.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır.Qeyd edək ki, birinci pillədə İspaniya təmsilçisi "Real" (470 xal) qərarlaşıb. "Barselona" (434 xal) ikinci, İtaliyanın "İnter" klubu (419) üçüncüdür.
11 İyun 2025, 12:00

Benzia “Qarabağ”dan ayrıldı
Yay transfer pəncərəsində "Qarabağ"ı tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib.CityPost.az xəbər verir ki, "Qarabağ" Yassin Benzia ilə razılığa gələ bilməyib.Benzia ötən gün İnstaqram hesabında vidaya bənzər paylaşım edib.Həmin paylaşıma isə komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev şərh yazıb. O, paylaşımda "hər şey üçün təşəkkürlər" sözlərini qeyd edib. Benzia da bu sözlərə görə Şahruddinə təşəkkürünü bildirib.Əlcəzair millisinin üzvü olan 30 yaşlı yarımmüdafiəçi maliyyə məsələlərində razılığa gələ bilmədiyinə görə "Qarabağ"dan ayrılıb. Tərəflər bu yay başa çatan müqaviləni uzatmayacaqlar. Futbolçunun karyerasını Səudiyyə Ərəbistanının klublarından birində davam etdirəcəyi gözlənilir.Qeyd edək ki, Benzia son ilyarımda "Qarabağ"da oynayıb, 104 oyun keçirib, 28 qol vurub....
04 İyun 2025, 12:00

Dünyanın ən bahalı 10 futbolçusu - Siyahı
Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CEIS) versiyasına əsasən, "Barselona"nın 17 yaşlı hücumçusu Lamin Yamal dünyanın ən bahalı futbolçusudur.CityPost.az Oxu.az-a istinadla xəbər verir ki, ispaniyalı oyunçunun dəyəri 402,3 milyon avro məbləğində qiymətləndirilir.CIES-in versiyasına görə, dünyanın ən bahalı 10 oyunçusu:1. Lamin Yamal ("Barselona") - 402,3 milyon avro;2. Erlinq Haaland ("Mançester Siti") - 239,6 milyon avro;3. Cud Bellinqem ("Real Madrid") - 233,8 milyon avro;4. Kilian Mbappe ("Real Madrid") - 192,5 milyon avro;5. Camal Musiala ("Bavariya") - 154,8 milyon avro;6. Pedri ("Barselona") - 143,7 milyon avro;7. Vinisius Junior ("Real Madrid") - 130,4 milyon avro;8. Koul Palmer ("Çelsi") - 126,5 milyon avro;9. Xulian Alvares ("Atletiko Madrid")...
04 İyun 2025, 10:00