Eldəniz Əmirov: Mənzil bazarı sabitləşməyə doğru gedir
İqtisadiyyat 27 İyul 2026, 12:29
5147
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımının əvvəlki sürətlə davam etməyəcəyi və bazarın tədricən stabilləşəcəyi ilə bağlı ötən il publik çıxışlarımda fikirlərimi bölüşmüşdüm.
Çünki 2025-ci ildə dövlət maliyyəsinin idarə olunmasında formalaşan yeni yanaşmalar məndə belə bir qənaət yaratmışdı ki, 2026-cı ildən etibarən büdcə vəsaitlərinin xərclənməsinə nəzarət daha da güclənəcək, qeyri-səmərəli xərclərin qarşısı daha ciddi şəkildə alınacaq. Bunun nəticəsində müxtəlif yollarla bazara daxil olan böyük həcmli vəsaitin əvvəlki qədər daşınmaz əmlaka yönəlməyəcəyini düşünürdüm.
Fikrimcə, son illərdə mənzil bazarında qiymətləri yüksəldən əsas amillərdən biri məhz bu vəsaitlərin istehsala və real investisiyalara deyil, daşınmaz əmlaka yönəlməsi idi. Nəticədə bazarda real yaşayış tələbindən daha çox investisiya və kapitalın qorunması məqsədilə formalaşan əlavə tələb yaranır, qiymətlər isə iqtisadi əsaslardan daha sürətlə artırdı. Bu mənim proqnozumun əsaslandığı iqtisadi məntiq idi.
Son günlər açıqlanan statistika həmin proqnozun ilk siqnallarını göstərir. Mənzil qiymətlərinin artım tempi ardıcıl şəkildə zəifləyir. Belə ki, rüblük artım 2025-ci ilin IV rübündə 3,1%, 2026-cı ilin I rübündə 2,2%, 2026-cı ilin II rübündə isə 1,6% təşkil edib.
Şübhəsiz ki, bu prosesə ipoteka bazarında artım tempinin zəifləməsi, kredit faizlərinin yüksəlməsi, yeni tikililərin bazara çıxması, şəhərin mərkəzi hissələrində aparılan söküntü və yenidənqurma layihələri kimi amillər də təsir göstərir. Lakin hesab edirəm ki, əsas dəyişiklik təkcə bu amillərlə izah olunmur. Qənaətimə görə, daşınmaz əmlaka yönələn investisiya xarakterli kapitalın, o cümlədən dövlət maliyyəsində səmərəliliyin artması fonunda əvvəlki illərdə bazara daxil olan qeyri-produktiv vəsaitlərin həcminin tədricən azalması da bu prosesə təsir göstərən mühüm amillərdən biridir.
Çox güman ki, qarşıdakı dövrdə də mənzil bazarında qiymət artımının tempi tədricən aşağı düşəcək və müəyyən müddətdən sonra bazar stabilləşəcək. Bunun nə qədər vaxt aparacağı isə dövlət maliyyəsinə nəzarətin davamlılığından, ipoteka bazarındakı dinamikadan, faiz dərəcələrinin səviyyəsindən, əhalinin gəlirlərinin artım sürətindən və iqtisadiyyatın ayrı-ayrı sahələrində alternativ investisiya imkanlarının yaranmasından asılı olacaq.
Hesab edirəm ki, bu prosesin nəticəsində daşınmaz əmlak bazarı əvvəlki illərdə olduğu kimi sürətli gəlir əldə etmək və kapitalı qorumaq üçün ən cəlbedici investisiya aləti olmaq xüsusiyyətini tədricən itirəcək. Qiymətlərin formalaşmasında isə spekulyativ tələbdən daha çox real alıcılıq qabiliyyəti və fundamental iqtisadi amillər həlledici rol oynayacaq.
Uzunmüddətli perspektivdə isə bütün bunlar mənzil bazarının daha sağlam əsaslar üzərində formalaşmasına və mənzilin vətəndaşlar üçün tədricən daha əlçatan olmasına xidmət edə bilər. Çünki mənzil bazarının əsas məqsədi investisiya aləti olmaqdan daha çox insanların yaşayış ehtiyacını ödəmək olmalıdır
Eldəniz Əmirov,
İqtisadçı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan neftinin bir bareli 118,53 dollara yüksəlib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 dollar və ya 1,95% artaraq 118.53 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116,26 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
20 Oktyabr 2026, 10:38
Azərbaycan neft bitumu ixracını 3,5 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 14 min 948,33 ton neft bitumu ixrac edib.Citypost.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 4 milyon 629,25 min ABŞ dolları təşkil edib.Bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 4,1 dəfə çoxdur.Ötən 9 ay ərzində neft bitumunun ölkənin ümumi ixracında payı 0,02 % olub.Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Ai-92", dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi...
19 Oktyabr 2026, 13:17
Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,75 dollar və ya 2,85% azalaraq 127,87 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 131,62 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
14 Oktyabr 2026, 09:47
Azərbaycan neftinin qiyməti 131 dolları ötüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,81 dollar və ya 0,62 artaraq 131,62 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 130,81 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
13 Oktyabr 2026, 09:39
Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.Citypost.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.Təkcə sentyabrda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 50,2 % çox - 372,8 milyon ABŞ dolları olub.Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 17,2 % artaraq 78,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 47,8 % artaraq 267,5 milyon ABŞ dolları olub.Məlumata görə, hesabat dövründə şəkər və şəkərdən...
12 Oktyabr 2026, 12:49
Azərbaycan neftinin qiyməti 125 dolları ötüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,51 dollar və ya 3,74% artaraq 125,19 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 120,68 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
08 Oktyabr 2026, 09:35