Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat 01 Oktyabr 2024, 11:49

4872

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,84 ABŞ dolları və ya 1,13% artaraq 75,19 dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün Azərbaycan nefti 74,35 dollara ticarət edilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda nağdsız ödənişlərin payı 69 %-ə çatıb

Azərbaycanda milli ödəniş sisteminin dövriyyəsi 46 % artıb.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.Onun sözlərinə görə, milli ödəniş sistemi üzrə sentyabr ayının nəticələrinə əsasən, dövriyyə 862 milyard manat olub: "Kart vasitəsilə ölkədaxili əməliyyatlar üzrə nağdsız dövriyyənin xüsusi çəkisi 69 % təşkil edib. Ümumilikdə, kart vasitəsilə ölkədaxili əməliyyatların həcmi 64,6 milyard manat olub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 8 % çoxdur. Ölkədaxili nağdsız əməliyyatların həcmi isə 80 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % artım deməkdir"....

29 Oktyabr 2026, 12:45

Azərbaycan neftinin qiyməti 4% azalıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,11 dollar və ya 4% azalaraq 122,49 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 127,6 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

28 Oktyabr 2026, 09:30

Azərbaycanda bankların aktivləri və kredit portfeli artıb

Bu il oktyabrın 1-i tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 63 milyard 621.7 milyon manat təşkil edib.Citypost.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% çoxdur.Həmin dövrə bankların cəmi öhdəlikləri 55 milyard 783 milyon manat, balans kapitalı 7 milyard 838.7 milyon manat olub.Sentyabr ayında bankların cəmi aktivləri 1,8%, cəmi öhdəlikləri 1,9%, balans kapitalı isə 1.1% artıb. Hesabat ayında bankların kredit portfeli isə 2,6% və ya 860.5 milyon manat artaraq 33 milyard 684.7 milyon manat olub....

27 Oktyabr 2026, 11:41

Azərbaycan neftinin bir bareli 118,53 dollara yüksəlib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 dollar və ya 1,95% artaraq 118.53 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116,26 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

20 Oktyabr 2026, 10:38

Azərbaycan neft bitumu ixracını 3,5 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 14 min 948,33 ton neft bitumu ixrac edib.Citypost.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 4 milyon 629,25 min ABŞ dolları təşkil edib.Bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 4,1 dəfə çoxdur.Ötən 9 ay ərzində neft bitumunun ölkənin ümumi ixracında payı 0,02 % olub.Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Ai-92", dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi...

19 Oktyabr 2026, 13:17

Azərbaycan nefti 128 dollar civarında ticarət olunur

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,75 dollar və ya 2,85% azalaraq 127,87 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 131,62 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

14 Oktyabr 2026, 09:47