Bizə yazın

Baku

-°C

USD

-

Tədqiqat: Təbiətlə bağlı sənədli filmlər ağrıları yüngülləşdirə bilər  

Maraqlı 17 Mart 2025, 18:30

11660

Yeni bir araşdırmaya əsasən, təbiət sənədli filmlərinə və təbii mənzərələrə baxmağın ağrıkəsici təsir göstərə biləcəyi müəyyən edilib.

Citypost.az xəbər verir ki, İngiltərənin "Exeter" Universiteti və Avstriyanın "Vyana" Universitetinin alimləri tərəfindən aparılan yeni bir araşdırma, təbiət videolarına baxmağın ağrıları fiziki olaraq yüngülləşdirə biləcəyini göstərib.
Tədqiqatda 49 iştirakçının beyninin skanları göstərib ki, təbiət videolarına baxan insanlar şəhər və ya ofis səhnələrini izləyənlərə nisbətən daha az ağrı hiss edirlər. Təbiətin ağrıya təsiri iştirakçılara yüngül elektrik şoku verilməklə sınaqdan keçirilib. Nəticələr göstərdi ki, təbiət səhnələrini izləyənlərdə ağrının azalması standart ağrıkəsicilərdən təxminən yarısı qədər təsirli olub.
"Təbiət beynin ağrının mənşəyinə və şiddətinə reaksiyasını azaldır"
"Vyana" Universitetinin fəlsəfə doktoru tələbəsi və tədqiqatın aparıcı müəllifi Maks Steininger, əvvəlki araşdırmalarda insanların təbiətlə təmasda olduqda daha az ağrı hiss etdiklərinin bilindiyini bildirib: “Ancaq bunun səbəbləri indiyə qədər aydın deyildi. Tədqiqatımız göstərir ki, bu, beynin ağrıları emal etmə üsulunu dəyişdirir. Bu sadəcə “platsebo” effekti deyil. "Təbiət beynin ağrının mənşəyinə və şiddətinə reaksiyasını azaldır",-deyə Steininger bildirib.
Steininger, ağrıdan əziyyət çəkən insanların təyin etdiyi dərmanları qəbul etməyə davam etmələri lazım olduğunu və təbiətlə qarşılıqlı əlaqə kimi alternativ ağrı idarə üsullarının gələcəkdə müalicəyə töhfə verə biləcəyinə ümid etdiklərini ifadə etdi.
Araşdırmanın həmmüəllifi "Exeter" Universitetindən Dr. Alex Smalley qeyd edib: "Bu araşdırma göstərir ki, virtual mühitdə təbiətə məruz qalma həm də müalicəvi təsirlər təqdim edir. Eyni zamanda, biz təbii mühitin qorunmasının vacibliyini vurğulayırıq və cəmiyyəti təbiətdə daha çox vaxt keçirməyə təşviq etməyə ümid edirik".
Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qaynar su soyuq sudan daha tez dona bilərmi? – Alimləri düşündürən hadisə

İlk baxışdan məntiqə zidd görünsə də, bəzi şəraitlərdə qaynar su soyuq sudan daha tez dona bilər. Elmdə “Mpemba effekti” adlandırılan bu maraqlı hadisə uzun illərdir alimlərin diqqətini cəlb edir. Adi məntiqə görə, temperaturu yüksək olan suyun əvvəlcə soyuması, daha sonra isə donması tələb olunur. Lakin müəyyən təcrübələr zamanı isti suyun soyuq sudan əvvəl buz halına keçdiyi müşahidə edilib.Citypost.az xəbər verir ki, bu hadisənin tarixçəsi isə maraqlı bir müşahidə ilə əlaqələndirilir. 1960-cı illərdə Tanzaniyada məktəbli Erasto Mpemba dondurma hazırlayarkən diqqətçəkən bir fərq görüb. O, isti qarışığın soyuducuya yerləşdirildikdən sonra bəzən daha əvvəl donduğunu müşahidə edib. Mpemba bu barədə müəlliminə danışsa da,...

20 Noyabr 2026, 11:40

İnsan adlarını unutmaq yaddaş zəifliyindən qaynaqlanmır? – Maraqlı izah

İnsanlarla ilk dəfə tanış olarkən onların adını eşitsək də, bəzən cəmi bir neçə saniyə sonra həmin adı unuduruq. Bu hal bir çox insanda müşahidə olunur və çox vaxt yaddaşın zəif olması, diqqətsizlik və ya qarşı tərəfə kifayət qədər önəm verməmək kimi qiymətləndirilir. Halbuki bunun arxasında beynin informasiyanı qəbul etmə və emal etmə mexanizmi ilə bağlı maraqlı bir proses dayanır.Citypost.az-ın məlumatına görə, İlk tanışlıq anı beynimiz üçün eyni vaxtda bir neçə fərqli işi yerinə yetirməyi tələb edən sosial vəziyyətdir. Qarşımızdakı insanın üz ifadəsini izləmək, göz təmasını qorumaq, düzgün bədən dili nümayiş etdirmək, əl sıxmaq, özümüzü təqdim etmək və söhbətin necə davam...

20 Noyabr 2026, 10:40

"Instagram"da gözlənilən funksiya tətbiq edildi

"Instagram" sosial şəbəkəsində artıq paylaşılan hekayələri ("Story") redaktə etmək mümkün olacaq.Oxu.Az xəbər verir ki, bu barədə layihənin rəhbəri Adam Mosseri sosial şəbəkədəki səhifəsində bildirib.Onun sözlərinə görə, yeni funksiya paylaşım etdikdən dərhal sonra yazı səhvi aşkar edən istifadəçilər üçün faydalı olacaq. Əvvəllər səhvi düzəltmək üçün hekayəni silib yenidən paylaşmaq lazım gəlirdi. İndi isə bunu birbaşa redaktə etmək mümkündür.Belə ki, istifadəçilər paylaşım etdikdən sonra 15 dəqiqə ərzində mətni, musiqini, stikerləri və rəsmləri dəyişə biləcəklər. Mosserinin sözlərinə görə, redaktə baxış, bəyənmə və cavab sayına təsir etməyəcək.Artıq paylaşılmış hekayəni redaktə etmək üçün ekranın sağ aşağı küncündəki üç nöqtəyə toxunmaq və müvafiq seçimi seçmək lazımdır....

20 Noyabr 2026, 07:30

“Toyota” yeni hibrid pikapını təqdim etdi

“Toyota” “Corolla Cross” əsasında hazırladığı “Corolla Deck” pikap modelini təqdim edib. Braziliyada istehsal olunacaq avtomobil Latın Amerikası və Karib hövzəsi ölkələrində satışa çıxarılacaq.Citypost.az “Bakupost”a istinadən xəbər verir ki, yeni model “Hilux”dan aşağı mövqedə yerləşəcək və “Fiat Toro” ilə rəqabət aparacaq.“Corolla Deck”in 1,8 litrlik hibrid mühərriklə təchiz ediləcəyi gözlənilir. Bu mühərrik “Corolla” və “Corolla Cross” modellərində 122 at gücü hasil edir. Lakin göstəricilər yeni pikap üçün hələ təsdiqlənməyib.Model Braziliyada 2027-ci ildə satışa çıxarılacaq. Qiyməti və texniki göstəriciləri hələ açıqlanmayıb....

19 Noyabr 2026, 18:00

Face ID sirri nədən ibarətdir? Telefon qaranlıqda üzümüzü necə tanıyır?

Müasir smartfonların ən maraqlı xüsusiyyətlərindən biri istifadəçinin üzünü tanıyaraq ekran kilidini açmasıdır. Xüsusilə Apple-ın Face ID texnologiyası bu sahədə diqqət çəkir. Telefonun üzünüzü tanıması üçün nə işığa, nə də kameraya baxaraq uzun müddət dayanmağa ehtiyac var. Hətta tam qaranlıq mühitdə belə cihaz üzünüzü müəyyən edə bilir. Bəs telefon bunu necə bacarır? Axı adi kamera qaranlıqda insanın üz cizgilərini aydın görməkdə çətinlik çəkir.Citypost.az xəbər verir ki, bu texnologiyanın sirri telefonun ekranının yuxarı hissəsində yerləşən xüsusi sensorlar sistemindədir. Face ID yalnız adi ön kameradan istifadə etmir. Burada TrueDepth adlanan xüsusi kamera sistemi fəaliyyət göstərir. Bu sistemin əsas komponentlərindən biri infraqırmızı işıqla işləyən...

19 Noyabr 2026, 11:00

Geosmin və petrikor: Yağış qoxusunun yaranma sirri nədən ibarətdir?

Yağış yağdıqdan sonra havada hiss edilən torpaq qoxusu bir çox insana xoş təsir bağışlayır. Xüsusilə uzun müddət davam edən quraqlıqdan sonra ilk yağış damcıları torpağa düşəndə ətrafa yayılan bu özünəməxsus qoxu daha aydın hiss olunur. Bəziləri üçün bu qoxu uşaqlıq xatirələrini, bəziləri üçün isə təbiətin yenilənməsini xatırladır. Lakin maraqlıdır ki, yağışdan sonra hiss etdiyimiz bu qoxunun xüsusi adı var: petrikor. Citypost.az-ın məlumatına görə, Petrikor sözü ilk dəfə 1964-cü ildə avstraliyalı alimlər İzabel Coys Bear və Riçard Tomas tərəfindən elmi ədəbiyyata daxil edilib. Bu termin yunan mənşəli iki sözdən yaranıb: “petra” – daş, “ichor” isə qədim yunan mifologiyasında tanrıların damarlarında axdığına inanılan...

19 Noyabr 2026, 10:00