Bizə yazın

Baku

-°C

USD

-

Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb

Hüquq 29 Noyabr 2024, 20:47

15715

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə “Dövlət hesabına hüquqi yardım” mövzusunda “Zoom” platforması vasitəsilə növbəti Ümumrespublika Müşavirəsi keçirilib.

Bu barədə  kollegiyadan məlumat verilib.

Müşavirədə dövlət büdcəsi vəsaiti hesabına göstərilən hüquqi yardımla bağlı aparılan monitorinqin nəticələrinin təhlili, bu sahədə mövcud olan problemlər səsləndirilib.

Kollegiyanın sədri Anar Bağırov xatırladıb ki, dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitinin ödənilməsi ARVK-yə həvalə edilib:

"Bu sahədə Kollegiya öz üzərinə götürdüyü öhdəlikləri tam icra edir. Bununla əlaqədar Rəyasət Heyəti qısa müddətdə müvafiq işlər görüb, o cümlədən dövlət hesabına göstərilən hüquqi yardıma görə ölkə üzrə bütün vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillərə haqqın (məbləğlərin) ödənilməsi işləri mərkəzləşdirilmiş qaydada təşkil edilib, aidiyyəti sənədlərin dəqiq uçotunun aparılması təmin olunub".

Sonra sədr indiyədək dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədə iclas iştirakçılarına məlumat verib, bu sahədə mövcud olan bəzi problemləri, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgün tərtib olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi, vəkil qurumlarına və fərdi vəkillərə təyinat üzrə qərarların göndərilməsi zamanı aidiyyəti dövlət qurumları tərəfindən seçkili yanaşma, formal vəkillik və s. kimi nöqsanları büro rəhbərlərinin nəzərə çatdırıb.

Eyni zamanda sədr bütün Vəkil bürolarında icmal məktubunun müzakirə edilməsini, orada qeyd edilən məsələlərə baxılmasını və bu barədə büro rəhbərləri tərəfindən Kollegiyaya rəsmi qaydada məlumat verilməsini bildirib, habelə gələcəkdə dövlət büdcəsi vəsaiti hesabına göstərilən hüquqi yardımla bağlı aparılan monitorinqlərin gücləndiriləcəyini vurğulayıb.

Daha sonra ARVK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov çıxış edərək ötən il ərzində Mərkəz tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib, dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədə iştirakçıların diqqətinə çatdırıb.

Sonda məsələ ətrafında geniş müzakirələr aparılıb, təcrübədə rastlaşılan bir çox problemlər qeyd olunub və bu sahədə gələcək fəaliyyət ilə bağlı konkret praktiki təkliflər irəli sürülüb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Borca görə avtomobilinizə həbs qoyulubsa, onu idarə edə bilərsinizmi? – VƏKİLDƏN AÇIQLAMA

Borc öhdəliklərinin yerinə yetirilməməsi bəzi hallarda vətəndaşların əmlakına məhkəmə qərarı əsasında həbs qoyulması ilə nəticələnir. Xüsusilə banklara, kredit təşkilatlarına və digər qurumlara yaranmış borclar səbəbindən avtomobillərin üzərinə məhdudiyyət tətbiq edilməsi halları ilə rastlaşılır. Belə vəziyyətdə avtomobil sahibinin qarşısında bir sıra suallar yaranır: Nəqliyyat vasitəsinə həbs qoyulmasına baxmayaraq, ondan gündəlik istifadə etmək mümkündürmü? Avtomobil sahibinin özündə qalırsa, həmin nəqliyyat vasitəsini idarə edə bilərmi? Həbs qoyulmuş avtomobili satmaq, bağışlamaq və ya başqa şəxsin adına keçirmək mümkündürmü?Vəkil Toğrul Allahyarov Citypost.az-a açıqlamasında bildirib ki, borca görə avtomobilə həbs qoyulması heç də bütün hallarda həmin nəqliyyat vasitəsindən istifadə hüququnun avtomatik məhdudlaşdırılması demək deyil. Əgər məhkəmə...

27 Noyabr 2026, 11:00

Boşandığınız həyat yoldaşınız vəfat edibsə, uşaqlarınız onun mirasına sahib çıxa bilərmi? – VƏKİLDƏN AÇIQLAMA

Ailə münasibətlərinə xitam verilməsi valideynlə övlad arasındakı hüquqi bağlılığı aradan qaldırmır. Bəzən nikahı pozulmuş şəxslər sonradan başqa ailə qurur, ikinci nikahdan övladları dünyaya gəlir. Lakin əvvəlki nikahdan olan uşaqların ataları ilə hüquqi bağlılığı və vərəsəlik hüquqları qüvvədə qalır. Bu baxımdan tez-tez belə bir sual yaranır: kişi birinci həyat yoldaşından boşandıqdan sonra yenidən ailə qurubsa və vəfat edibsə, əvvəlki nikahdan olan uşaqları da onun mirasından pay ala bilərmi? Yaxud ikinci ailədən olan uşaqların vərəsəlik hüququ daha üstün hesab olunur?Vəkil Bahar Dünyamalıyeva Citypost.az-a açıqlamasında bildirib ki, valideynlərin boşanması uşaqların həmin valideynə münasibətdə vərəsəlik hüququnu aradan qaldırmır. Atası vəfat edən şəxsin nikahdan əvvəlki...

27 Noyabr 2026, 10:00

Aliment borcuna görə valideyn cinayət məsuliyyətinə cəlb oluna bilərmi? – VƏKİLDƏN AÇIQLAMA

Aliment ödənişlərindən yayınma və yığılıb qalan borclar son dövrlərdə ailə hüququ sahəsində tez-tez müzakirə olunan məsələlərdəndir. Bəzi hallarda aliment ödəməli olan valideyn müxtəlif səbəblər göstərərək ödənişləri həyata keçirmir, nəticədə borcun məbləği minlərlə manata çatır. Hətta aliment borcu 8 min manata və daha yüksək məbləğlərə yüksəlsə də, qarşı tərəf öhdəliyini yerinə yetirməkdən yayınmağa davam edir. Belə vəziyyətlərdə aliment alan tərəf icra məmuruna müraciət etsə də, bəzən borclunun adına əmlakın və rəsmi gəlirin olmaması səbəbindən pulun tutulmasının çətinləşdiyini görür.Bəs aliment borcu yığıldıqda, borclunun adına heç bir əmlak və rəsmi gəlir olmadıqda hansı tədbirlər görülməlidir? İcra məmuru belə vəziyyətdə hansı hüquqi mexanizmlərdən istifadə...

27 Noyabr 2026, 09:00

Kommunal qəbzlər evə mülkiyyət hüququ verirmi? – Vəkil məsələyə aydınlıq gətirdi

Azərbaycanda uzun illərdir yaşadığı evə dair heç bir rəsmi sənədi olmayan, lakin elektrik enerjisi, qaz və su sayğacları öz adına rəsmiləşdirilən vətəndaşların sayı az deyil. Bir çox insan kommunal xidmətlərdən istifadə edir, aylıq ödənişlərini vaxtında həyata keçirir, lakin yaşadığı tikilinin mülkiyyət hüququnu təsdiq edən çıxarışa malik deyil. Belə şəxslər üçün ən aktual suallardan biri isə kommunal ödəniş sənədləri əsasında evə çıxarış almağın mümkün olub-olmamasıdır. Vətəndaşın uzun müddət həmin ünvanda yaşaması və kommunal xidmətlərin onun adına olması müəyyən əhəmiyyət daşısa da, bu hallar avtomatik olaraq mülkiyyət hüququ yaratmır. Əmlakın yerləşdiyi torpağın kimə məxsus olması və tikilinin hansı ərazidə inşa edilməsi məsələnin...

26 Noyabr 2026, 10:30

Azərbaycanda torpağı xarici ölkə vətəndaşına bağışlamaq mümkündürmü? – Vəkildən AÇIQLAMA

Azərbaycanda mülkiyyətində olan torpaq sahəsini xarici ölkə vətəndaşına bağışlamaq istəyən şəxslər üçün qanunvericilikdə müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Xüsusilə torpaq sahəsinin Rusiya vətəndaşı olan qohuma, o cümlədən qardaş oğluna bağışlanması məsələsi hüquqi baxımdan maraq doğurur. Bir çox vətəndaş hesab edir ki, əmlak onun şəxsi mülkiyyətindədirsə, həmin əmlakı istədiyi şəxsə, hətta başqa ölkənin vətəndaşına da bağışlaya bilər. Lakin daşınmaz əmlakla bağlı münasibətlərdə, xüsusilə torpaq mülkiyyətində xarici vətəndaşlar üçün xüsusi hüquqi qaydalar mövcuddur.Mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə Citypost.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, xarici ölkə vətəndaşlarının ölkə ərazisində torpaq sahələrinə mülkiyyət hüququ əldə etməsi məhdudlaşdırılıb. Onun sözlərinə görə, bu səbəbdən Azərbaycan...

26 Noyabr 2026, 09:30

Müddətsiz əlilliyi olan şəxslər təkrar müayinəyə çağırıla bilərmi? – Vəkildən AÇIQLAMA

Müddətsiz əlillik təyin edilmiş şəxslərin yenidən tibbi müayinəyə çağırılması, onların əlillik statusunun təkrar yoxlanılması və bu prosesin hansı əsaslarla həyata keçirilməsi son dövrlər müzakirə olunan məsələlərdəndir. Xüsusilə uzun illər əvvəl müddətsiz əlillik statusu almış, hazırda isə yaşlı vətəndaş olan şəxslərin yenidən müayinəyə dəvət edilməsi müəyyən suallar yaradır. Belə hallarda əsas məsələ müvafiq qurumların hansı hüquqi əsaslara söykənərək vətəndaşı yoxlamaya çağırmasıdır. Çünki müddətsiz əlillik statusunun mövcudluğu dövlət orqanlarının istənilən vaxt, heç bir əsaslandırma təqdim etmədən həmin şəxsi təkrar müayinəyə cəlb edə bilməsi anlamına gəlməməlidir.Mövzu ilə bağlı vəkil Vəfadar Piriyev Citypost.az-a açıqlamasında bildirib ki, müddətsiz əlillik statusuna malik şəxslərin yenidən yoxlamaya çağırılması...

26 Noyabr 2026, 08:30