İmişli ziyalıları Niyaməddin Musayevin adının əbədiləşdirilməsini istəyirlər
Sənət aləmi 19 Sentyabr 2024, 14:56
30666
Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar-müğənni,”Şərəf” və Şöhrət” ordenləri mükafatları laureatı,Azərbaycan Respublikası Prezidentinin Fəxri Təqaüdçüsü, Beynəlxalq Müsabiqələr laureatı Niyaməddin Musayevin adının əbədiləşdirilməsi təklif olunur.
Citypost.az xəbər verir ki, bu təkliflə İmişli ziyalıları çıxış edib. Bir qrup rayon ziyalısı bununla bağlı Azərbaycan Respublikası İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədova müraciət edib.
Müraciətdə qeyd olunur ki, Azərbaycanın tanınmış ziyalılarından olan Niyaməddin Musayevi ziyalılığın brendi hesab edirlər. O ifa tərzinə və geyim üslubuna görə tamaşaçıların dərin rəğbətini qazana bilib. Hələ Sovetlər dönəmində Niyaməddin Musayev Azərbaycanı nəinki keçmiş SSRİ məkanında, hətta bütün dünyada təmsil edib, tanıtdırıb. O yeganə müğənnidir ki, xalq musiqisi ilə estrada musiqisini peşəkarcasına sintes edib. Niyaməddin Musayev özünün sənət yolu, mənəvi musiqi məktəbi və layiqli davamçıları olan sənətkardır. Onun sənəti ümummilli Liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin, birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti, birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olub və layiqincə qiymətləndirilib. O sənət aləmində bəstəkar kimidə geniş şöhrət qazanıb, dərin populyarlıq əldə edə bilib. Niyaməddin Musayevin oxuduğu və bəstələdiyi mahnılar dillər əzbəridir, tanınmış müğənnilər tərəfindən sevilərək ifa olunmaqdadır.
Hörmətli Saleh Səmədov!
Xalq şairi Cabir Novruz məhşur şeirlərindən birində yazırdı ki, “sağlığında qiymət verin insanlara, yaxşılara sağlığında yaxşı deyin, sağlığında heykəl qoyun ölməzlərə...” Məhz bu nöqteyi-nəzərdən biz də bu qərara gəlmişik ki, həmyerlimiz, tanınmış ziyalı, xalq artisti, “Şərəf” və “Şöhrət” ordenləri mükafatları laureatı, Azərbaycan Respublikasının Prezidentinin Fəxri Təqaüdçüsü, dönya şöhrətli müğənni, bəstəkar Niyaməddin Musayevin adı elə sağlığında əbədiləşdirilsin. İmişli şəhərində anadan olub, yaşadığı küçənin onun şərəfinə adlandırılmasına, vaxtı ilə çalışdığı rayon mədəniyyət sarayının qarşısında heykəlinin ucaldılmasına və rayondakı hər hansı mədəniyyət ocaqlarından birinə və təhsil aldığı orta məktəbə onun adının verilməsinə dair rayon rəhbərliyi qarşısında məsələ qaldırmağınızı Sizdən xahiş edirik.
Qeyd edək ki, müraciəti Azərbaycan Texniki Universitetinin professoru,texnika elmləri doktoru Famil Məmmədov, Ədliyyə generalı,3-cü dərəcəli Dövlət Ədliyyə Müşaviri, Siyasi elmlər üzrə fəlsəfə doktoru Mehdi Səlimzadə,Azərbaycan Respublikasının Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru Simarə İmanova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,”Yazıçı” nəşriyyatının baş direktoru,hüquq elmləri üzrə fəlsəfə doktu Şəmsi Vəfadar,Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü,şair, Beynəlxalq ədəbi mükafatlar laureatı Qəşəm Nəcəfzadə,Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ulduz” jurnalının şöbə müdiri,Prezident təqaüdçüsü Dayandur Sevgin, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü,"Yumor" jurnalının baş redaktoru və təsisçisi,Beynəlxalq Müsabiqələr laureatı Seyran Cəfərli və başqaları imzalayıblar.
Ziyalıların təklifi ilə bağlı Citypost.az saytının əməkdaşı İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovla əlaqə saxlayıb.
Həmçinin oxuyun

Saleh Səmədov saytımıza açıqlamasında bildirib ki, mövcud təkliflə bağlı hazırda müraciət hazırlanır.
“Sevimli Xalq artistimiz Niyaməddin Musayevin adının əbədiləşdirilməsi ilə bağlı bizə edilən müraciətə baxılıb. Bu gün İmişli rayon Ağsaqqallar Şurasınının 15 nəfərdən ibarət İdarə Heyərinin üzvlərinin iştirakı ilə iclas keçirilib.Yekdilliklə edilən təklif qəbul edilib. Xalq artisti Niyaməddin Musayevin vaxtı ilə yaşayıb,böyüyüb boya-başa çatdığı küçəyə adının verilməsi, rayon musiqi məktəbinin və vaxtı ilə təhsil aldığı orta məktəbin onun şərəfinə adlandırılması və digər təkliflərlə bağlı Respublika Ağsaqqalar Şurasına müraciət hazırlanıb”,- deyə Saleh Səmədov bildirib.
Qeyd edək ki, belə bir təcrübə artıq mövcuddur. Mərhum kaman ustası,Xalq artisti Habil Əliyevin adı hələ sağlığında doğulduğu Ağdaş rayonunda əbədiləşdirilmişdi.
Miri Məcidli
Anar Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə verilməsini istəyib
"Dövlət Tərcümə Mərkəzinə ayrılmış büdcə Azərbaycan Yazıçılar Birliyinə yönləndirilməlidir".Citypost.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.Xalq yazıçısı bildirib ki, bu maliyyə yardımı Yazıçılar Birliyi üçün mütləq lazımdır:“Tərcümə Mərkəzi əvvəl Yazıçılar Birliyinin tərkibində yaranmışdı, çox yaxşı fəaliyyət göstərdi, sonra ayrı bir qurum kimi fəaliyyətə başladı. Lakin günün birində bu mərkəz nədənsə bağlandı. Yəqin, belə lazım biliblər ki, bağlansın. Amma məsələ odur ki, mərkəz bizdən ayrılanda büdcəsini də özü ilə apardı,...
13 Noyabr 2026, 17:03
Firəngiz Əlizadə: Heç kim bəstəkarlığa daxil olmaq istəmir, çünki bəstəkara qiymət verən yoxdur
"Dirijorlara yaxınlaşmaq olmur, onların hamısının artıq menecerləri var".Citypost.az xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.Xalq artisti deyib ki, həmin dirijorlar gedib başqa ölkələrdə fəaliyyət göstərirlər.“Bəs orada hansı musiqini ifa edirlər? İnanmazsınız. Süni intellekt vasitəsilə yaradılan əsərləri təqdim edirlər. Başa düşürsünüz bu nə deməkdir? Gənc dirijorumuz musiqi baxımından dünyanın ən zəngin ölkələrindən biri olan İtaliyaya gedir və orada süni intellekt proqramları vasitəsilə yaradılmış musiqini Azərbaycan simfonik musiqisi kimi təqdim...
13 Noyabr 2026, 17:02
Fərhad Xəlilov: Sərgilərin təşkilində seçimi təsviri sənəti dərindən bilən mütəxəssislər aparmalıdır
Təsviri sənət sahəsində sərgilərin təşkili və rəssamların iştirakı üçün Mədəniyyət Nazirliyinin büdcəsində ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.O qeyd edib ki, təsviri sənət sahəsində fəaliyyətin planlaşdırılması üçün ayrılacaq vəsaitin həcmi əvvəlcədən müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, bu məsələ qeyri-müəyyən qaldığından rəssamlar hansı sərgiləri təşkil edəcəklərini və hansı layihələrdə iştirak edəcəklərini əvvəlcədən planlaşdıra bilmirlər:“Neçə dəfə konkret məsələ qaldırıram ki, təsviri sənətə nə qədər vəsait...
13 Noyabr 2026, 16:59
Fərhad Bədəlbəyli: Balet artistlərinin pensiyaya çıxması problemi hələ də həllini tapmayıb
“55 yaşında insan balet oynaya bilərmi?”Citypost.az xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Xalq artisti Fərhad BədəlbəyliMilli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə danışıb.“Mən çox istərdim ki, bugünkü müzakirədə Maliyyə Nazirliyinin də nümayəndəsi olsun. Çünki maliyyə məsələsi olanda burada Mədəniyyət Nazirliyinin edəcəyi heç nə yoxdur”, – deyə rektor bildirib.Fərhad Bədəlbəyli Maliyyə Nazirliyinin nümayəndələrinin mədəniyyət tədbirlərində az iştirak etdiklərini də söyləyib:“Onlar teatra çox nadir hallarda gedirlər, çox nadir hallarda konsertlərdə iştirak edirlər. Ona görə də mədəniyyət deyəndə onların təsəvvüründə...
13 Noyabr 2026, 16:55
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib
Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimat mərasimi baş tutub.Citypost.az xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, hökumət rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.Rejissor Fariz Əhmədovun “Sükut içində addımlar” filmi Qarabağda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini və bu təhlükəli missiyanı həyata keçirən qadın minaaxtaranlarımızın həyatını əks etdirir.Film Azərbaycan qadınını həm mina kimi gizli düşmənə qarşı elan olunan müharibənin iştirakçısı, həm qayğıkeş ana, həm də zərif və baxımlı qadın kimi təsvir edir. Onların gündəlik həyatında xüsusi qurğuların texniki siqnalları, təhlükə, iradə, kövrəklik, güc, ölüm...
12 Noyabr 2026, 19:50
Ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?
Türkiyənin məşhur ekran işi “Yeraltı” serialındakı tərəf-müqabili Dəniz Can Aktaş ilə yaşadığı sevgi münasibəti ilə gündəmdə olan aktrisa Devrim Özkan haqqında qalmaqallı fikir irəli sürülüb.“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə aktrisanın onunla bir saat şam yeməyi yemək istəyən ərəb şeyxinin 2,5 milyon dollarlıq təklifini qəbul edərək Dubaya getdiyi iddia olunub.Məsələ ilə bağlı aktrisanın menecerliyini edən agentlik rəsmi açıqlama yayaraq iddiaları təkzib edib: “Aktrisamız Devrim Özkan qlobal bir brendlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək xüsusi üz qabığı çəkilişi üçün Dubaydadır. Onun haqqında mətbuatda və sosial mediada yer alan, həqiqəti əks etdirməyən və heç bir konkret əsası olmayan xəbərləri qəti...
12 Noyabr 2026, 16:26