Səlim Rəhimzadə: Almaniya ilə imzalanan sənədlər yeni perspektivlər yaradır
Siyasət 23 İyul 2026, 14:06
3860
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Belə ki, səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb. Bu isə münasibətlərin yalnız siyasi müstəvidə deyil, iqtisadi, enerji, nəqliyyat və investisiya istiqamətlərində də institusional əsaslar üzərində inkişaf etdiriləcəyini nümayiş etdirdi. Almaniya Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü olmaqla yanaşı, Avropanın təhlükəsizlik, və xarici siyasət gündəliyinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan ilə strateji dialoqun başlanması Cənubi Qafqaz regionunda əməkdaşlıq imkanlarının genişlənməsi üçün yeni perspektivlər yaradır. Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.
Bu sözləri “Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Səlim Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.
Səlim Rəhimzadənin sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət ölkənin həm Avropa İttifaqı, həm də digər beynəlxalq tərəfdaşlarla etibarlı əməkdaşlıq modelini formalaşdırmasını təmin edir. Almaniya ilə münasibətlərin strateji səviyyəyə yüksəlməsi Azərbaycanın Avropadakı siyasi mövqelərinin daha da möhkəmlənməsini təmin edəcək. İmzalanmış Birgə Bəyannamə gələcək illərdə siyasi məsləhətləşmələrin, hökumətlərarası əməkdaşlığın və institusional əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi üçün hüquqi, siyasi baza yaradır.Azərbaycan-Almaniya iqtisadi əlaqələri artıq uzun illərdir inkişaf edir. Hazırda 200-dən artıq Almaniya şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi iki ölkə arasında uğurlu biznes mühitinin formalaşdığını göstərir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdi kimi, qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti çərçivəsində sənaye, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat-logistika və yaşıl enerji kimi sahələr Almaniya şirkətləri üçün geniş imkanlar açır. Almaniyanın qabaqcıl texnologiyaları və sənaye təcrübəsi Azərbaycanın qeyri-neft sektorunun inkişafına mühüm töhfə verə bilər.
S. Rəhimzadə vurğulayıb ki, Səfərin ən mühüm nəticələrindən biri enerji əməkdaşlığının yeni istiqamətlərinin müəyyənləşdirilməsi oldu. Prezident İlham Əliyev vurğuladı ki, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır.Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun davamlı şəkildə artdığını göstərir. Son illərdə enerji mənbələrinin şaxələndirilməsi Avropa üçün strateji prioritetə çevrilib və Azərbaycan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edir. Bununla yanaşı, Azərbaycan yalnız ənənəvi enerji resurslarının deyil, həm də yaşıl enerjinin ixracını prioritet istiqamət kimi müəyyən edib. Xəzər dənizinin külək enerjisi potensialı, günəş elektrik stansiyalarına yatırılan sərmayələr və yaşıl enerji dəhlizləri gələcəkdə Almaniya ilə enerji əməkdaşlığını daha da genişləndirə bilər.
Həmçinin oxuyun
Səlim Rəhimzadə qeyd edib ki, Azərbaycan-Almaniya münasibətlərinin inkişafı yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində qiymətləndirilmir. Bu əməkdaşlıq, həmçinin Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın və enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri, keçirilən görüşlər artıq Azərbaycan-Almaniya münasibətlərinin strateji xarakter aldığını təsdiq edir. İmzalanmış sənədlər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və nəqliyyat-logistika sahəsində birgə fəaliyyət üçün yeni imkanlar açır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53