Əli Səlimov: Azərbaycanın Avropadakı mövqeyi möhkəmlənir
Siyasət 24 İyul 2026, 11:31
3760
21 iyul 2026-cı il tarixində Prezident İlham Əliyevin Berlində Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuata bəyanat zamanı səsləndirdiyi bu fikir iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərməklə yanaşı, Azərbaycanın son illərdə həyata keçirdiyi praqmatik və çoxşaxəli xarici siyasətin konkret nəticələrinin növbəti təzahürü kimi də qiymətləndirilməlidir. Berlin səfəri və imzalanan Strateji Gündəlik sənədi Azərbaycanın Avropanın aparıcı dövlətlərindən biri ilə münasibətlərini institusional əsasda daha da gücləndirdiyini nümayiş etdirir.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun əsas xüsusiyyəti milli maraqlara söykənən balanslı və praqmatik yanaşmadır. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi qarşıdurmaların, iqtisadi rəqabətin və enerji təhlükəsizliyi ilə bağlı çağırışların artdığı bir dövrdə Azərbaycanın müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli formalaşdırması ölkənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu gün Azərbaycan həm Şərqlə Qərb, həm də Şimalla Cənub arasında etibarlı tərəfdaş kimi qəbul edilir və bu status təsadüfi deyil, ardıcıl diplomatik fəaliyyətin nəticəsidir.
Təsadüfi deyil ki, Avropa İttifaqının aparıcı iqtisadi və siyasi güclərindən biri olan Almaniya Azərbaycanla münasibətlərin strateji məzmununun genişləndirilməsinə xüsusi önəm verir. Berlinlə əlaqələrin strateji səviyyəyə yüksəlməsi Azərbaycanın Avropa üçün yalnız enerji təchizatçısı deyil, həm də regional sabitliyin, iqtisadi əməkdaşlığın və geosiyasi dialoqun vacib iştirakçısı kimi qəbul olunduğunu göstərir. Bu, Azərbaycanın beynəlxalq sistemdə artan siyasi çəkisinin və etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir.
Əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsi olaraq qalmaqdadır. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu son illərdə daha da güclənib. Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilən ixrac, təbii qazın fasiləsiz və etibarlı şəkildə Avropa bazarına çatdırılması Azərbaycanın strateji əhəmiyyətini artırıb. Bununla yanaşı, yaşıl enerji sahəsində həyata keçirilən layihələr, Xəzər dənizinin külək enerjisi potensialı və bərpa olunan enerji istiqamətində beynəlxalq tərəfdaşlıqlar Azərbaycanı gələcəyin enerji bazarında da mühüm oyunçulardan birinə çevirir. Almaniyanın bu sahələrə marağı isə əməkdaşlığın perspektivlərinin daha geniş olduğunu göstərir.
Azərbaycanın geoiqtisadi əhəmiyyəti də sürətlə artır. Orta Dəhlizin inkişafı, Şərqlə Qərbi birləşdirən nəqliyyat-logistika marşrutlarının genişlənməsi və ölkənin beynəlxalq ticarətdə tranzit mərkəzinə çevrilməsi Avropa dövlətlərinin Azərbaycana marağını daha da artırır. Almaniyanın bu istiqamətdə əməkdaşlığa xüsusi önəm verməsi Azərbaycanın regional deyil, Avrasiya məkanında strateji əhəmiyyətə malik aktor kimi mövqeyinin möhkəmləndiyini göstərir.
Azərbaycan–Almaniya münasibətlərinin yeni mərhələsi təkcə ikitərəfli əməkdaşlığın genişlənməsi demək deyil. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət kursunun beynəlxalq səviyyədə qazandığı etimadın və Azərbaycanın artan geosiyasi, geoiqtisadi əhəmiyyətinin növbəti göstəricisidir. Ölkəmiz artıq Avropa üçün yalnız etibarlı enerji tərəfdaşı deyil, həm də regional sabitliyin, nəqliyyat bağlantılarının, iqtisadi inteqrasiyanın və siyasi dialoqun vacib iştirakçılarından biridir. Bu isə Azərbaycan–Almaniya əməkdaşlığının qarşıdakı illərdə daha da dərinləşəcəyini və Prezident İlham Əliyevin vurğuladığı kimi, təkcə iki ölkənin deyil, bütövlükdə regionda sülhə, əməkdaşlığa və davamlı inkişafa mühüm töhfələr verəcəyini deməyə əsas verir.
Əli Səlimov
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53