Bizə yazın

Baku

-°C

USD

-

Asif Əsgərov: Azərbaycanın nüfuzuna kölgə salmaq mümkün deyil

Siyasət 24 İyul 2026, 11:40

3883

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Almaniyaya səfəri ölkələrimiz arasında siyasi dialoqun və əməkdaşlığın inkişafına xidmət edən mühüm diplomatik hadisədir. Bu səfər ölkəmizin beynəlxalq nüfuzunun, müstəqil xarici siyasətinin və etibarlı tərəfdaş mövqeyinin növbəti təsdiqidir. Almaniyada keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın regional və beynəlxalq məsələlərdə artan rolunu bir daha nümayiş etdirdi.

Bu sözləri Milli Məclisin deputatı Asif Əsgərov Citypost.az-a açıqlamasında bildirib.

Asif Əsgərovun sözlərinə görə, təəssüf ki, ölkəmizin hər bir uğurunu gözü götürməyən bəzi radikal müxalif qruplar bu səfər zamanı da xaricdə qarayaxma kampaniyası aparmağa cəhd göstərdilər. Belə davranışlar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirə, dövlətimizin müstəqil siyasətinə kölgə sala bilməz.Prezidentin köməkçisi Hikmət Hacıyevin bu məsələyə münasibəti isə olduqca prinsipial və tutarlı idi. Onun vurğuladığı "Vətənə, dövlətə xəyanət etmək həyatda ən çətin şeydir" fikri bir daha xatırladır ki, siyasi baxışından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli maraqları hər şeydən üstün tutmalıdır. Xarici dairələrin maraqlarına xidmət edən, ölkəmizin nüfuzuna zərbə vurmağa hesablanmış hərəkətlər nə söz azadlığı, nə də siyasi fəaliyyət adı altında qəbul oluna bilməz.

Millət vəkili qeyd edib ki, Azərbaycan bu gün güclü dövlətdir, beynəlxalq münasibətlər sistemində söz sahibi olan ölkədir və öz milli maraqlarını qətiyyətlə müdafiə edir. Xaricdə təşkil olunan qarayaxma kampaniyaları isə yalnız onların təşkilatçılarının acizliyini və Azərbaycanın uğurlarını qəbul edə bilmədiklərini göstərir.Bu gün hər birimiz bilməliyik ki, dövlətçilik milli sərvətimizdir. Vətənin maraqları, dövlətin nüfuzu və xalqın birliyi hər zaman siyasi mübahisələrdən üstün olmalıdır. Azərbaycanın gücü də məhz bu birlikdən və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, qətiyyətli siyasətdən qaynaqlanır.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53