Bizə yazın

Baku

-°C

USD

-

Deputat: Azərbaycanın mövqeyi qətiyyətlə müdafiə olunur

Siyasət 30 İyul 2026, 10:44

4255

Dövlət rəsmilərinə sual vermək hər bir şəxsin hüququdur. Demokratik cəmiyyətlərdə ictimai şəxslərin suallarla üzləşməsi normal haldır. Lakin sual vermək adı altında əvvəlcədən hazırlanmış ittihamları səsləndirmək, mövzunu təhrif etmək və diqqəti mahiyyətdən yayındıraraq süni qarşıdurma yaratmağa çalışmaq artıq jurnalistika və ya vətəndaş mövqeyi deyil, təxribat cəhdidir.

Bu sözləri  bunu Milli Məclisin deputatı Asif Əsgərov Citypost.az-a açıqlamasında bildirib.

Millət vəkilin sözlərinə görə, Almaniyada baş verən son hadisə də bunu bir daha nümayiş etdirdi. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə və xarici işlər naziri Ceyhun Bayramova qarşı sərgilənən yanaşmanın məqsədi obyektiv informasiya əldə etməkdən daha çox, sosial şəbəkələr üçün qalmaqallı görüntü yaratmaq və ölkəmizə qarşı növbəti manipulyasiya aləti formalaşdırmaq idi.Lakin belə hallarda ən güclü cavab emosiyalar deyil, təmkin, fakt və dövlətçilik mövqeyidir. Azərbaycan rəsmiləri də məhz bunu nümayiş etdirdilər. Qarşı tərəfin yaratmağa çalışdığı gərginliyə qoşulmadan, təxribat xarakterli yanaşmalara soyuqqanlı və əsaslandırılmış münasibət göstərilməsi dövlət təfəkkürünün və siyasi mədəniyyətin nümunəsidir.

Asif Əsgərov bildirib ki, bu gün Azərbaycan öz siyasətini sosial şəbəkələrdə yaradılan süni gündəmlərə deyil, milli maraqlara, beynəlxalq hüquqa və dövlətçilik prinsiplərinə əsasən müəyyənləşdirir. Harada və hansı şəraitdə olmasından asılı olmayaraq Azərbaycan dövlətinin mövqeyi qətiyyətlə müdafiə olunur və ölkəmizin maraqları ardıcıl şəkildə qorunur.Prezidentin köməkçisi Hikmət Hacıyevin səsləndirdiyi fikirlər də mahiyyət etibarilə mühüm bir həqiqəti əks etdirir: dövlətə və milli maraqlara münasibət hər bir vətəndaşın mənəvi məsuliyyətidir. Siyasi baxışlar fərqli ola bilər, lakin Azərbaycanın milli maraqları, dövlətimizin nüfuzu və xalqımızın mənafeləri hər zaman hər cür şəxsi ambisiyadan üstün tutulmalıdır.

Deputat vurğulayıb ki, ölkəmizə qarşı müxtəlif platformalarda aparılan qarayaxma kampaniyaları göstərir ki, bəzi dairələr Azərbaycanı əldə etdiyi uğurlar, müstəqil siyasəti və artan beynəlxalq nüfuzu fonunda hədəfə almağa davam edirlər. Ancaq tarix dəfələrlə sübut edib ki, faktlara söykənən həqiqətlər manipulyasiyalardan daha güclüdür.Azərbaycanın milli maraqları sosial media sensasiyalarından, süni qalmaqallardan və qərəzli kampaniyalardan qat-qat üstündür. Dövlətçilik məsuliyyəti də məhz bunu tələb edir. 

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53