Bizə yazın

Baku

-°C

USD

-

Geosiyasətin aləti, yoxsa virtual təsəlli? İsrailin "Erməni Soyqırımı" kartı və İrəvanın dalandan çıxa bilməyən reallığı

Siyasət 31 İyul 2026, 11:44

4602

Beynəlxalq münasibətlər sistemində bəzi qərarlar var ki, onlar mənəvi dürüstlükdən və ya tarixi ədaləti bərpa etmək istəyindən deyil, sırf anlıq siyasi konyukturadan və geosiyasi qisas maraqlarından doğur. İsrail dövlətinin onilliklər boyu masada dondurduğu 1915-ci il hadisələrini rəsmən "soyqırımı" olaraq tanıma addımları da məhz bu qəbildəndir. Bu məsələ ətrafında yaranan səs-küy, xüsusən də İsrail Nazirlər Kabinetinin bu istiqamətdə qəbul etdiyi qərarlar beynəlxalq mətbuatda böyük rezonans doğursa da, soyuq analitik ağılla baxdıqda çox fundamental bir sual ortaya çıxır: Bu qərarın indiki situasiyada Ermənistana real, praqmatik xeyri nədir?

Böyük güclərin maraqlar toqquşmasını, regionun coğrafi şərtlərini və Bakı-Ankara xəttinin sarsılmaz mövqeyini nəzərə alaraq, bu diplomatik gedişin pərdəarxasını və Ermənistan üçün yaradacağı acı reallıqları dərindən təhlil etmək lazımdır.

İsrail dövləti yarandığı gündən bəri bu mövzuya iki mühüm amilə görə tabu qoymuşdu: Xolokostun yəhudi xalqı üçün unikal bir faciə olması doktrinası və regional təhlükəsizlik baxımından həyati əhəmiyyət kəsb edən Ankara-Bakı strateji tərəfdaşlığı. Xüsusilə Azərbaycanla qurulan dərin hərbi-texniki əməkdaşlıq və neft tədarükü Təl-Əviv üçün strateji əhəmiyyət daşıyırdı.

Lakin Qəzza böhranından sonra geosiyasi mənzərə kəskin şəkildə dəyişdi. Türkiyə ilə münasibətlərin tamamilə qırılma nöqtəsinə gəlməsi İsraili bu mövzuya yanaşmasını dəyişməyə məcbur etdi. Bu addım erməniləri çox istəməkdən və ya onların tarixi ağrılarına şərik olmaqdan deyil, tamamilə Ankaranın ritorikasına qarşı yönəlmiş asimmetrik bir "qisas aktı" və diplomatik təzyiq rıçaqı olaraq ortaya çıxdı.

Məsələnin ən diqqətçəkən tərəfi onun hüquqi strukturundadır. Beynəlxalq media bunu "İsrail rəsmən tanıdı" kimi təqdim etsə də, ortada yalnız icra hakimiyyətinin (Hökumət kabinetinin) qətnaməsi var idi. İsrail kimi parlamentli respublikalarda tam hüquqi tanınma mütləq şəkildə qanunverici orqan — Knesset tərəfindən qəbul edilən qanunla baş tutmalıdır.

Knesset səsverməsinin qeyri-müəyyən müddətə uzadılması və prosesin asılqanda saxlanması Təl-Əvivin məqsədli şəkildə özünə manevr sahəsi saxladığını göstərir. Bu, tam tanınma reallaşana qədər həm Türkiyəni təzyiq altında saxlamaq gedişidir, həm də Bakı ilə münasibətləri tamamilə qoparmamaq üçün düşünülmüş bir diplomatik əyləcdir.

Tutaq ki, lap tutaq ki, İsrail Knesseti bu qərarı tam şəkildə qəbul etdi, qanuniləşdirdi. Təbii ki, Azərbaycan və Türkiyə bu qərarı bir kağız parçası hesab edib tanımayacaq. Bəs bu situasiyada Ermənistan dövləti nə qazanır? Reallıq budur ki, indiki şəraitdə bunun Ermənistan üçün heç bir praktiki dividenti yoxdur, əksinə, ziyanı xeyrindən çoxdur.

Hazırda Nikol Paşinyan hökuməti Ermənistanı dalandan çıxarmaq üçün daxildə çox çətin bir dönüş etməyə çalışır: xalqı "Tarixi Ermənistan" xəyallarından (yəni qonşulara qarşı torpaq və soyqırımı iddialarından) uzaqlaşdırıb, "Real Ermənistan" ideyasına alışdırmaq istəyir. Məqsəd Türkiyə ilə sərhədləri açmaq və Azərbaycanla sülh bağlayıb iqtisadi blokadadan xilas olmaqdır. İsrailin bu addımı ise Ermənistan daxilindəki revanşist müxalifətin əlinə bayraq verir, Paşinyanın normallaşma strategiyasını iflic edir və İrəvanın ayağına əlavə qandallar vurur.

İsrailin qərarı Ermənistanın qapalı olan Türkiyə sərhədini açmır, regiona investisiya gətirmir və ya Azərbaycanla sülh müqaviləsini tezləşdirmir. Ermənistan geosiyasi dalandadır və bu dalandan çıxışın açarı uzaq Təl-Əvivdə deyil, birbaşa Bakı və Ankaradadır. Qonşuları bu qərarı tanımadıqdan sonra İrəvan üçün coğrafi blokada eyni sarsıdıcılıqla davam edir.

İsrail bu addımı ilə Ermənistanın təhlükəsizlik donoru olmur, ona hərbi zəmanət vermir və ya sərhədlərini qorumur. Sabah Təl-Əviv-Ankara xəttində münasibətlər yumşalsa, bu mövzu yenidən arxivə göndəriləcək. Ermənistan sadəcə olaraq böyük güclərin regional şahmat taxtasında istifadə edəcəyi bir piyada rolundan o tərəfə keçə bilmir.

Digər mühüm paradoks isə Qüdsdəki qədim erməni məhəlləsinin taleyidir. Kağız üzərində "tanıma" manipulyasiyası edən İsrail dövləti, praktiki olaraq Qüdsdəki erməni icmasının torpaqlarını ələ keçirmək və onlara qarşı administrativ təzyiqləri davam etdirmək siyasətindən əl çəkmir.

İsrailin bu cəhdləri və qərarları tamamilə realpolitik maraqların təzahürüdür. Bu, beynəlxalq erməni diasporunun mənəvi eqosunu müvəqqəti təmin edən, mətbuatda bir neçə gün hay-küyə səbəb olan virtual bir "təsəlli mükafatı"dır.

Real siyasətdə isə Ermənistan öz coğrafiyasında yenə də Türkiyə və Azərbaycan faktoru ilə baş-başa qalır. Bu addım regionda gərginliyi artırmaqdan və İrəvanın regional barışıq prosesini çətinləşdirməkdən başqa heç bir real nəticə vəd etmir. Coğrafiya taleyini böyük dövlətlərin konyuktur gedişlərinə bağlayanlar isə həmişə uduzmağa məhkumdurlar.

 

Şəmsi Qoca,

müstəqil jurnalist

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53