Bizə yazın

Baku

-°C

USD

-

Si Cinpin Pezeşkiyana niyə xüsusi diqqət ayırmadi?  Heydər Oğuz səbəbləri AÇIQLADI

Siyasət 03 Sentyabr 2026, 11:34

3915

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek sammitinin ən gözləniləməz və diqqətdən yayınan hadisəsi Çin Prezidenti Si Cinpinlə İran Prezidenti Məsud Pezeşkiyan arasında keçirilən bir neçə dəqiqəlik görüş olub. İran mediasının iddiasına görə, bu “xala xətrin qalmasın” görüşdə iki lider ölkələri arasında A-dan Z-yə qədər bir çox məsələləri müzakirə ediblər. Çin və Qərb mediası isə başqa şeylər deyir.

Çinin rəsmi media orqanları Si Cinpinin digər liderlərlə görüşünə uzun-uzadı yer versələr də Pezeşkiyanla mütəvazi görüş barədə heç nə yazmayıblar. 

Qərb media orqanları isə etibarlı mənbələrinə istinad edərək bildiriblər ki, İran tərəfi əslində Si Cinpinlə geniş formatlı görüş keçirmək barədə düşünürmişlər. Amma Si Cinpin buna ehtiyac görməyib və Peşekiyanla atüstü salamlaşmağa üstünlük verib.

Ekspertlər Cinpinin bu “yekəxanalığının” səbəbini bir neçə amillə əlaqələndirirlər:

1. Si Cinpin Pezeşkiyanın İranın həqiqi iradəsini nə qədər təmsil etdiyini bilmədiyindən onunla görüşə də əhəmiyyət verməyib;

2. Bişkekdən sonra ABŞ-a getməyi planlaşdıran Cinpin Trampın xətrinə dəyməmək üçün onun düşmən elan etdiyi İrandan bacardığı qədər uzaq dayanmağa çalışır;

3. Si Cinpin dəfələrlə İran tərəfinə Hörmüz boğazının bağlanmasının Çin iqtisadiyyatına ciddi zərər vurduğunu bildirib və boğazın dərhal açılmasını tələb edib. SEPAH isə bu tələbləri qulaqardına vurub. Cinpin də bütün İran rəsmilərini iqnor edib;

4. Çin prezidenti bu tövrü ilə İrana və bütün yeni müttəfiqlərinə “mən sizin üçün özümü oda atmaq fikrində deyiləm” mesajını verib;

5. İranın ABŞ və İsrail əvəzinə digər körfəz ölkələrini bombalaması Çin tərəfindən də başa düşülmür və Si Cinpin bu anlamsız müharibədə İranın yanında görünmək istəmir. Məntiqlə haqsız da deyil. Çin dünyanın düz vaxtında belə İrandan gündə 1.3-1.4 milyon barrel neft alırdı. Təkcə Səudiyyə Ərəbistanından idxal etdiyi neft isə gündəlik 1.5-1.8 milyon barrel idi. Başqa sözlə, Çinin körfəzdə əsas ticarət ortağı İran yox, Səudiyyə Ərəbistanıdır. Belə olan halda, Çinpinin Pezeşkiyanla xüsusi görüşməsi Məhəmməd Bin Salmanın da açığına gedə bilərdi.

Qısası, İran, düşünüldüyü kimi, Çin tərəfindən də ciddi şəkildə dəstəklənmir. ABŞ ona daha yaxşı təkliflər versə, Çin İranı böyrü üstə uzadıb rahatlıqla əks tərəfə keçər. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53