Kənan Rövşənoğlu: Yəməndə müharibə daha qlobal xarakter alır
Siyasət 09 Sentyabr 2026, 10:40
3471
Yəməndə baş verənlər Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilinə (Yanbu limanı) neft ixracını təmin etmək məqsədinə xidmət edir.
Çünki bilindiyi kimi, Yəmən husi hökuməti İsrail və müttəfiqlərinə yük aparan gəmiləri artıq iki ildən çoxdur vurur. 2025-ci ilin martında ABŞ husiləri sahildən uzaqlaşdırmaq üçün bir neçə həftə havadan bombalama həyata keçirsə də, məqsədinə nail olmadı.
Bu il iyunun 25-26-da baş verən eskalasiyadan sonra husilər və İran elan etdi ki, artıq Bab əl-Məndəb də ABŞ və müttəfiqləri üçün bağlanacaq.
O zaman da yazmışdım, Qırmızı dənizdə gəmi hərəkətini açmaq üçün husiləri uzaqlaşdırmaq lazımdır. Bunun üçün yeganə yol isə quru əməliyyatıdır. Çünki havadan ABŞ, İsrail, Böyük Britaniya və Aİ qüvvələri heç nə edə bilmədi. Əslində, 2015-2022-ci illərdə Səudiyyə Ərəbistanı 10 ölkədən ibarət koalisiya ilə Yəməndə husi iqtidarını devirməyə çalışsa da, nail ola bilmədi.
Ancaq indi situasiya daha dramatikdir, çünki Səudiyyə Ərəbistanı Fars körfəzindən (Hörmüz) neft ixrac edə bilmədiyi üçün Qırmızı dəniz vasitəsilə ixrac edir, hətta bir ara dedilərr ki, əsas yük Qırmızı dənizə yönələcək. Amma bunun üçün husi təhlükəsi aradan qaldırılmalı idi.
Hərbi əməliyyatlara artıq bir neçə aydır hazırlıq görülürdü, Məkkə sazişi də bir mənada buna xidmət edəcəkdi.
Lakin indiki məqamda Türkiyə və Pakistan kimi dövlətlər İsrail ev ABŞ-a qarşı müharibə elan edən Yəmənə (husilərə) qarşı hərbi əməliyyatlara qoşulsa, bu ciddi qınağa səbəb ola bilər. Ona görə də, bu ehtimal azdı, ən azı aşkar şəkildə.
Amma husilərin neft terminallarını vurması narahatlığı daha da artırır, buna görə də artıq qınaq bəyanatları və xəbərdarlıq edilib.
Qərb və ərəb mediası husiləri marginal, üsyançı qrup kimi təqdim etməyə çalışır. Halbuki, husi Ənsarullah hökuməti rəsmi olaraq 12 ildir Yəmənin əsas ərazilərinə nəzarət edən mərkəzi hökumətdir, əksər tayfa və siyasi təşkilatlar onunla koalisiya qurub.
Yəni Yəməndə bir tərəfdə husi hökuməti, digər tərəfdə isə mühacir Yəmən hökuməti və onun sponsoru Səudiyyə Ərəbistanı dayanır.
Əlbəttə, husi hökumətini İran aşkar şəkildə, Rusiya və Çin isə üstüörtülü şəkildə dəstəkləyir. Yəni gəlmişkən, ötən il aprel ayında Almaniya hərbi təyyarəsi vurulduqdan sonra rəsmi Berlin Çin səfirinə nota verdi. Çünki hesab olunurdu ki, Qırmızı dənizdə hərəkət edən hərbi obyektlərin koordinatlarını Husi qüvvələrinə Çin verir.
Yəni orda müharibə ayağında şəpit, əlində Kalaşnikov olan Husi üsyançıları ilə ərəb qüvvələri arasında deyil, daha qlobal miqyasda və amansız müharibə gedir.
Kənan Rövşənoğlu
Jurnalist, siyasi və dini məsələlər üzrə analitik
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53