Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: “20 sentyabr tariximizdə xüsusi yer tutur”

Siyasət 17 Sentyabr 2026, 11:21

3205

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə Azərbaycan xalqının müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Azərbaycanın müasir tarixində elə günlər var ki, onların əhəmiyyəti illər keçdikcə daha da aydın görünür.  20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü  xalqımızın milli yaddaşında xüsusi yer tutan belə əlamətdar tarixlərdəndir. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını və dövlətçilik tariximizin yeni mərhələyə qədəm qoymasını ifadə edir. Beynəlxalq hüququn normalarını, BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı etnik təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti  apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran qoydu, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətdi. Ermənistanın hərbi təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının  qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi.

Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı İkinci Qarabağ müharibəsində iddiaları böyük idi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın qətiyyətli cavabı nəticəsində 44 gün davam edən müharibədə Silahlı Qüvvələrimiz düşmən ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, milli maraqların hər zaman qorunması, ölkəmizin iqtisadi və hərbi potensialının artırılması, beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində həyata keçirilən uğurlu və məqsədyönlü siyasət 2020-ci ildə tarixi Zəfərin qazanılmasına, 2023-cü ildə isə dövlət suverenliyimizin tam bərpasına gətirib çıxardı. Tarixi Zəfərimizin, dövlət suverenliyimizin tam bərpasının təməlində  Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın bütün sahələrdə davamlı uğurları, diplomatik mübarizədə qələbələrimiz dayanır. Ölkənin iqtisadi imkanlarının genişləndirilməsi, müdafiə qabiliyyətinin artırılması, ordunun müasir standartlara uyğun şəkildə qurulması, beynəlxalq arenada Azərbaycanın mövqelərinin gücləndirilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi torpaqlarımızın azad olunması üçün mühüm zəmin formalaşdırdı.

Dövlət başçısı İlham Əliyevin  həyata keçirdiyi uğurlu siyasətin əsas hədəfi güclü, qüdrətli  Azərbaycan,  ərazi bütövlüyümüzün və suverenliyimizin tam  bərpası məsələsi idi. Azərbaycan bu hədəfə doğru addım-addım irəlilədi. Güclü iqtisadiyyatın formalaşdırılması dövlətə öz müdafiə imkanlarını genişləndirməyə, Azərbaycan Ordusunun ən müasir silah və texnologiyalarla təchiz edilməsinə imkan verdi. Nəticədə Azərbaycan 2020-ci ildə öz hərbi gücünü və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. 44 gün davam edən müharibə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, hərbçilərimizin qəhrəmanlığını və xalqımızın milli birliyini nümayiş etdirdi. Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycan xalqının tarixi arzularının reallaşması olmaqla yanaşı, dövlətimizin gücünün və siyasi iradəsinin də göstəricisinə çevrildi. Bu Zəfərin əldə olunmasında  əsgər və zabitlərin misilsiz qəhrəmanlığı, xalqımızın hər zaman olduğu kimi Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi mühüm rol oynadı. Bir sözlə, Xalq-Prezident-Ordu birliyi Azərbaycanın tarixi Qələbəsinin əsas amillərindən biri kimi tarixə yazıldı.

Vüqar Rəhimzadə vurğulayıb ki, şübhəsiz, Azərbaycanın dövlət suverenliyinin təmin edilməsi üçün atılan ilk addım - Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılmasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan və Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qondarma terrorçu-xunta rejiminin rəhbərliyi heç bir vəchlə sülh müzakirələrinə başlamaq istəmədilər, konstruktiv mövqe tutmadılar. BMT-yə üzv olan heç bir dövlət tərəfindən tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və əlbəttə ki, suveren dövlətin daxilində qəbuledilməz idi. Ermənilər mütəmadi olaraq atəşkəsi pozur, təhlükəsizliyi ciddi şəkildə təhdid edirdilər. Azərbaycan dövləti qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, qanunun aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən ciddi addım idi. Bu, Azərbaycanın İkinci  Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.

  Milli Məclisin deputatı qeyd edib ki, lokal xarakterli bir sutkadan az davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bütün ərazisində tam bərpa etdi. Bununla da ölkəmizin Konstitusiyasının və qanunlarının bütün ərazilərimizdə tətbiqi təmin edildi.  Bu mühüm hadisə Azərbaycan dövlətçiliyinin tarixində yeni səhifə açdı. 30 ildən artıq davam edən işğal və separatizm problemi aradan qaldırıldı və Azərbaycan ərazi bütövlüyünü, eləcə də dövlət suverenliyini tam təmin edən dövlət kimi yeni mərhələyə qədəm qoydu.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 19 sentyabr  2024-cü il  tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edildi. Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonluğunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır. Hazırda Azərbaycan xalqı ölkə həyatının bütün sahələrində yeni intibah dövrünü yaşayır. Bu gün Azərbaycan inkişaf yolunda inamla irəliləyən qüdrətli dövlətdir.

Vüqar Rəhimzadə bildirib ki, hazırda azad Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Şəhər və kəndlər yenidən qurulur, müasir yollar və sosial infrastruktur yaradılır, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri istifadəyə verilir. Hazırda keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz yurdlarına qayıtması Böyük Qayıdış prosesinin mühüm nəticələrindən biridir. Bu proses Azərbaycanın əldə etdiyi Zəfərin yalnız hərbi deyil, həm də sosial, iqtisadi və humanitar nəticələrini nümayiş etdirir. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası  şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin fədakarlığını, Azərbaycan əsgərinin qəhrəmanlığını və xalqımızın milli həmrəyliyini özündə birləşdirir. Eyni zamanda, tariximizə  əlavə edilən Zəfər və Dövlət Suverenliyi günləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən siyasətin, müəyyənləşdirilən strateji məqsədlərin və ardıcıl dövlətçilik xəttinin real nəticələrinin göstəricisidir. 20 Sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir. Bu tarix bir daha göstərir ki, milli birlik, güclü dövlət, qüdrətli ordu və uzaqgörən siyasi iradə qarşıya qoyulan ən böyük məqsədlərin reallığa çevrilməsini şərtləndirir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan yol Dövlət Suverenliyi Gününü çağdaş tariximizə yazdı. Bu yol Azərbaycana bundan sonra da  daha möhtəşəm uğurlar qazandıracaq, tariximizi əlamətdar, qürurverici günlərlə zənginləşdirəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53