Deputat: “20 Sentyabr dövlət suverenliyimizin rəmzidir”
Siyasət 18 Sentyabr 2026, 12:46
3382
Azərbaycan xalqının müasir tarixində elə əlamətdar günlər vardır ki, həmin tarixlər yalnız təqvimdə müəyyən olunmuş gün deyil, milli yaddaşın, dövlətçilik iradəsinin və gələcəyə inamın rəmzinə çevrilmişdir. Məhz 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü də belə mühüm tarixi günlərdəndir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 20 sentyabr tarixi həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyən edilmişdir.
Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Pərvanə Vəliyeva bildirib.
Deputat əlavə edib ki, 20 Sentyabr eyni zamanda Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm nəticələrindən birini ifadə edir. Bu baxımdan həmin gün xalqımızın milli iradəsinin, dövlətçilik əzminin və tarixi torpaqlarımızın dirçəldilməsi prosesinin simvolu kimi xüsusi əhəmiyyət daşıyır.Məlumdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uzunmüddətli və mürəkkəb tarixi prosesin nəticəsi olmuşdur. 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycanın bir sıra şəhər və rayonları işğaldan azad edilmiş, 2023-cü ilin sentyabrında isə Qarabağ bölgəsində dövlət suverenliyinin tam bərpası təmin edilmişdir.
P.Vəliyeva xatırladıb ki,2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılmışdır. Tədbirlərin əsas məqsədləri sırasında konstitusiya quruluşunun bərpası, təhlükəsizliyin təmin edilməsi və qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi göstərilmişdir. Bir gündən az davam edən tədbirlərdən sonra bölgədə Azərbaycanın konstitusiya quruluşunun bərpası təmin edilmişdir. Bu hadisə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. 2023-cü il sentyabrın 20-si dövlət suverenliyinin tam bərpa edildiyi tarix kimi ölkənin müasir siyasi tarixində mühüm yer tutdu. Sonrakı mərhələdə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar yarandı.
Millət vəkili vurğulayıb ki,Xankəndi Qarabağın mühüm şəhərlərindən biri olmaqla Azərbaycanın tarixində və ictimai-siyasi həyatında xüsusi yer tutur. Şəhərin inkişafı müxtəlif dövrlərdə dövlətin diqqət mərkəzində olmuşdur. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə Azərbaycanın dövlət suverenliyinin Xankəndidə bərqərar olmasının rəmzi hadisələrindən biri kimi yadda qaldı. Xankəndidə sonrakı dövrdə sosial, təhsil, idman və digər infrastrukturların bərpasına xüsusi diqqət yetirilmişdir. Qarabağ Universitetinin fəaliyyətə başlaması şəhərin gələcək inkişafında təhsilin və insan kapitalının rolunu daha da artırmışdır. Universitetin əsas binasının və tələbə yataqxanasının təmir edilməsi, yeni təhsil və tibb infrastrukturlarının yaradılması Xankəndidə yeni həyat mərhələsinin formalaşmasının göstəricilərindəndir. Həmçinin, 8 noyabr 2023-cü ildə Xankəndində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi də şəhərin Azərbaycanın dövlətçilik tarixindəki yeni mərhələsinin mühüm hadisələrindən biri olmuşdur.Xocalı adı da Azərbaycan xalqının yaddaşında xüsusi tarixi məna daşıyır. Şəhər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi ilə bağlı milli yaddaşımızda dərin iz buraxmışdır. 1992-ci ildə Xocalının işğalı nəticəsində şəhərin dinc sakinləri ağır faciə ilə üzləşmiş, şəhər dağıdılmış və əhalisinin böyük hissəsi doğma yurdunu tərk etməyə məcbur olmuşdur.
Həmçinin oxuyun
Deputat bildirib ki,2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyinin bərpası ilə Xocalı şəhərində də yeni tarixi mərhələ başlandı. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bundan sonra 2024-cü il mayın 28-dən etibarən keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışı başlanmışdır. Şəhərdə yaşayış binalarının, sosial obyektlərin və digər infrastrukturun bərpası Böyük Qayıdışın mühüm istiqamətlərindən birini təşkil edir. Xocalı Soyqırımı Memorialının təməlinin 2024-cü il fevralın 26-da qoyulması isə faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm hadisədir. Beləliklə, Xocalı bu gün yalnız faciə ilə xatırlanan şəhər deyil, həm də dirçəlişin, yenidənqurmanın və insanların öz doğma yurdlarına qayıdışının ünvanıdır.Xocavənd rayonu zəngin tarixi-mədəni irsi, qədim yaşayış məskənləri və təbii sərvətləri ilə Qarabağın mühüm bölgələrindən biridir. 2020-ci il Vətən müharibəsindən sonra Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir sıra kəndləri azad edilmiş, 2023-cü ilin sentyabrında isə rayonun şəhər mərkəzi də daxil olmaqla ərazidə Azərbaycanın dövlət suverenliyi tam bərpa edilmişdir. Buna görə 20 sentyabr Xocavənd şəhəri günü kimi müəyyən olunmuşdur.Xocavəndin tarixi-mədəni irsi xüsusi zənginliyi ilə seçilir. Azıx mağarası, Tağlar mağarası, Tuğ kəndi və müxtəlif tarixi-memarlıq abidələri bu ərazinin Azərbaycan tarixindəki əhəmiyyətini nümayiş etdirən nümunələrdəndir. Bu gün Xocavənddə də bərpa və quruculuq işləri davam etdirilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Böyük Qayıdış siyasətinin əsas istiqamətlərindən biri kimi həyata keçirilir. 2025-ci il sentyabrın 11-dən Xocavənd rayonuna keçmiş məcburi köçkünlərin qayıdışına başlanması bu prosesin mühüm mərhələlərindən biridirAğdərə Qarabağın tarixi-coğrafi məkanlarından biri olmaqla Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. 1992-ci ildə inzibati rayon kimi ləğv edilən Ağdərə rayonunun ərazisi sonradan müxtəlif inzibati rayonlar arasında bölüşdürülmüşdü. Azərbaycanın dövlət suverenliyinin tam bərpasından sonra Ağdərə ilə bağlı yeni inzibati və quruculuq mərhələsi başlandı. Ağdərə rayonunun əvvəlki inzibati ərazi çərçivəsində yenidən təşkili və rayon mərkəzinin Ağdərə şəhəri müəyyən edilməsi bu ərazinin sosial-iqtisadi və inzibati inkişafında yeni mərhələnin əsasını qoydu.
Pərvanə Vəliyevanın sözlərinə görə, 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdərə şəhərində Dövlət Bayrağını ucaltması şəhərin tarixində mühüm hadisə kimi yadda qalmışdır. Bu gün Ağdərədə qarşıya qoyulan əsas məqsədlərdən biri şəhərin və rayonun müasir standartlara uyğun şəkildə yenidən qurulması, dayanıqlı infrastrukturun yaradılması və gələcəkdə əhalinin rahat və təhlükəsiz yaşayışının təmin edilməsidir.20 Sentyabrın mühüm məna çalarlarından biri də Böyük Qayıdış prosesidir. İşğaldan azad edilmiş ərazilərdə yalnız dağıdılmış şəhər və kəndlərin bərpası deyil, insanların doğma torpaqlarına qayıdışı, burada müasir yaşayış şəraitinin yaradılması və dayanıqlı iqtisadi mühitin formalaşdırılması istiqamətində geniş layihələr həyata keçirilir.Böyük Qayıdış çərçivəsində yaşayış məhəllələri, məktəblər, səhiyyə müəssisələri, yollar, enerji və kommunikasiya infrastrukturu yaradılır. Məqsəd keçmiş məcburi köçkünlərin öz doğma yaşayış məntəqələrində təhlükəsiz, rahat və layiqli həyat şəraitinə qovuşmasını təmin etməkdir. Xocalı, Xocavənd və digər ərazilərə qayıdışın başlanması tarixi baxımdan mühüm hadisə olmaqla yanaşı, bölgənin sosial və iqtisadi həyatının yenidən canlandırılmasına xidmət edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53