Zaur Şükürov: “Tam suverenlik ölkəmizin inkişafına yeni imkanlar açır”
Siyasət 19 Sentyabr 2026, 11:53
4918
Tarix boyu xalqların öz taleyinə sahib çıxaraq, müstəqil və inkişaf edən dövlət qurması ən böyük nailiyyətdir. Azərbaycan xalqının tarixin müxtəlif dövrlərində üzləşdiyi çağırışlara, işğala, məhrumiyyətlərə baxmayaraq, müstəqillik və dövlətçilik əzmimiz sarsılmamış, heç bir qüvvə buna mane ola bilməmişdir.
Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.
Millət vəkili qeyd edib ki, 1990-cu illərin əvvəlində Ermənistan BMT-nin Nizamnaməsini, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq, torpaqlarımızı işğal etmiş, soyqırım, etnik təmizləmə, ekosid və urbisid cinayətləri törətmişdir. 2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Ermənistanın yeni işğalçılıq planlarının və təxribatlarının qarşısının alınması məqsədilə 6 il öncə - sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin misilsiz Liderliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şücaəti sayəsində Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. İşğal altındakı ərazilərimizin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər.
Zaur Şükürov əlavə edib ki, 44 günlük müharibədə məğlub olan Ermənistan sülh müzakirələrinə başlamaq niyyətlərini nümayiş etdirmədilər. BMT-yə üzv olan heç bir dövlət tərəfindən tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və heç şübhəsiz, suveren dövlət daxilində qəbuledilməz idi. Bununla yanaşı, ermənilər mütəmadi olaraq atəşkəsi pozur, təhlükəsizliyi ciddi şəkildə təhdid edir, militarist bəyanatlar səsləndirirdilər. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistanın və qondarma qurumun separatçı cinayətkarlarının növbəti genişmiqyaslı təxribatlarının qarşısının alınması və bu ölkənin ərazilərimizi tərk etməyən silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başladı. Bir sutkadan da az davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində qəhrəman Azərbaycan Ordusu bütün hədəfləri yüksək peşəkarlıqla icra etmişdir. Parlaq Zəfər nəticəsində suverenliyimiz tam bərpa olunmuş və Dövlət Bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə hazırda əzəmətlə dalğalanmaqdadır.
Z. Şükürov vurğulayıb ki, öz həyatını xalqına həsr etmiş, Vətənimizin daim çiçəklənən və qüdrətli bir ölkə olması naminə əzmkarlıqla və yorulmadan çalışmış, müasir və müstəqil Azərbaycanın banisi, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu heyrətamiz şəkildə davam etdirən Prezident cənab İlham Əliyevin mükəmməl Liderliyi sayəsində son 80 ildə heç bir dövlətə nəsib olmayan tam qələbəyə nail olduq. Düşməni torpaqlarımızdan qovaraq, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsipləri və ədaləti döyüş meydanında bərpa edərək, BMT-nin məlum 4 qətnamələri və BMT Nizamnaməsinin 51-ci maddəsi əsasında ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan regionumuzun siyasi, iqtisadi, hərbi-təhlükəszilik arxitekturasını dəyişdi və dayanıqlı inkişaf üçün əlverişli şərait yaratdı. Prezident cənab İlham Əliyev ədalətə və beynəlxalq hüquqa əsaslanan, regionun gələcək inkişafına hesablanmış sülh modeli əsasında əldə olunan razılaşmalar dünyanın aparıcı dövləti - ABŞ-nin paytaxtı Vaşinqtonda 2025-ci ilin 8 avqust tarixində təsdiq edildi, beynəlxalq ictimaiyyət tərəfindən təqdir olundu və alqışlandı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq vacib tarix - Dövlət Suverenliyi Günü təsis edildi. Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların əhəmiyyətini bir daha nümayiş etdirir.
Həmçinin oxuyun
Deputatın sözlərinə görə, işğaldan azad olunmuş torpaqlarımızda - Qarabağ və Şərqi Zəngəzurda analoqu olmayan quruculuq və bərpa işləri xüsusilə qürur doğurur. Yollar, dəmir yolları, hava limanları, ağıllı kənd və şəhər layihələri regionu müasir inkişaf mərkəzinə çevirir. Bu ərazilərdə həyata keçirilən quruculuq işləri dünyanın diqqətini çəkir. Məlumdur ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş ərazilərə bir neçə gün öncə səfər etdilər və artıq sayca 22-ci olan bu səfər çərçivəsində xarici diplomatlar nəhəng bərpa-quruculuq işlərinin nəticələri, regionun sosial-iqtisadi inkişafı, eləcə də tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə yerində tanış olmaq imkanı əldə etdilər. Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Suverenlik dövlətlərin varlığını, mövcud olmaq qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv inkişaf dinamikasını qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir.Heç şübhəsiz, xalq yalnız birlik, qətiyyət və uzaqgörən siyasət sayəsində öz müstəqilliyini əbədi və dönməz edə bilər və məhz bu baxımdan, Dövlət Suverenliyi Günü gələcək nəsillərə bir mesajdır - bu sadəcə bir əlamətdar gün deyil, bu tarix həm də böyük qələbələrin, siyasi iradənin və dövlətçilik ənənələrinin təntənəsidir. Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasəti və bu siyasi kursu son dərəcə uğurla davam etdirən Prezident İlham Əliyevin misilsiz xidmətləri sayəsində müstəqilliyini qoruyub saxlamaqla yanaşı, dövlət suverenliyini möhkəmləndirərək regionda və dünyada nüfuzlu, etibarlı tərəfdaşa çevrilmişdir. İnanırıq ki, məhz bu siyasətin nəticəsində Vətənimiz Azərbaycan gələcək illərdə də daha da güclənərək, qlobal miqyasda davamlı və hərtərəfli inkişafa nail olan dövlət olacaqdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53