Bizə yazın

Baku

-°C

USD

-

Qulamhüseyn Əlibəyli: “Türk dünyasının inteqrasiyası yeni mərhələdədir”

Siyasət 21 Sentyabr 2026, 09:10

3355

Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” fikri Bakının xarici siyasətində Türk dünyasının yerini dəqiq ifadə edir. Burada söhbət yalnız ortaq tarixdən, dildən və mədəniyyətdən deyil, getdikcə daha aydın görünən siyasi, iqtisadi və təhlükəsizlik birliyindən gedir.

Ümumiyyətlə, Azərbaycanın bütövlükdə Türk Dövlətləri Təşkilatı və bu təşkilata daxil olan türk dövlətləri ilə münasibətlərini  çoxvektorlu diplomatiya əsasında iki paralel istiqamətdə qurur: bir tərəfdən TDT-nin çoxtərəfli regional beynəlxalq təşkilat kimi güclənməsinə çalışır, digər tərəfdən isə üzv dövlətlərin ayrı-ayrılıqda hər biri ilə ikitərəfli münasibətləri strateji  müttəfiqlik səviyyəsinə yüksəldir. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzalanmış müttəfiqlik müqavilə və bəyannamələri, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları bu siyasətin praktik ifadəsidir. Prezident İlham Əliyev sentyabrın 17-də TDT ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə bu əməkdaşlığı Azərbaycanın əsas xarici siyasət prioriteti kimi xarakterizə edib. 

Azərbaycanın ayrı-ayrı türk dövlətləri ilə qurduğu sıx ikitərəfli münasibətlər həm də bütövlükdə TDT-nın perspektivlərinə əhəmiyyətli təsir göstərə bilən amil kimi qiymətləndirilməlidir. Hər şeydən əvvəl, ikitərəfli müttəfiqlik münasibətləri TDT daxilində siyasi etimadın dayaqlarını daha da möhkəmləndirir. TDT kimi yeni formalaşan çoxtərəfli regional qurumlar yalnız razılığa gəldikləri ortaq məsələlər üzrə vahid mövqe ifadə edən  sənədlərlə deyil, həm də  bu quruma daxil olan ayrı-ayrı dövlətlər arasında mövcud olan etimadın səviyyəsi ilə güclü olurlar. İkitərəfli münasibətlərin inkişafı isə bu etimadı daha da yüksək səviyyəyə qaldırır və mohkəmləndirir. TDT-ya daxil olan iki dövlət təhlükəsizlik, müdafiə, xarici siyasət və iqtisadiyyat sahələrində yaranan müttəfiqlik münasibətləri dərhal olmasa da təşkilat daxilində digər üzv ölkələrin də qoşula biləcəyi platformaya və vahid institusional mexanizmə  çevrilə bilər.

Bu baxımdan Azərbaycan–Türkiyə müttəfiqliyi TDT məkanında siyasi və strateji koordinasiyanın mümkünlüyünü göstərən ilk nümunədir. Azərbaycanın Mərkəzi Asiyanın türk dövlətləri ilə ikitərəfli münasibətlərinin  münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsinə isə həmin modelin yalnız Bakı–Ankara xətti ilə məhdudlaşmadığını nümayiş etdirən əsas amil kimi baxılmalıdır. Beləliklə, ayrı-ayrı ikitərəfli müttəfiqlik münasibətləri birləşərək bütövlükdə TDT daxilində vahid etimad şəbəkəsi formalaşdırır.

Bundan başqa, ikitərəfli əməkdaşlıq TDT qərarlarının həyata keçirilməsi üçün etibarlı baza rolunu yerinə yetirə bilər.. Belə ki, çoxtərəfli formatda razılaşdırılan böyük təşəbbüslərin bütün üzv dövlətlər tərəfindən eyni vaxtda icrası həmişə asan olmur. İki ölkə arasında həyata keçirilən layihələr isə daha çevik başlanır, idarəetmə mexanizmləri yoxlanılır və nəticə əldə edildikdən sonra bütün təşkilat məkanına yayıla bilir.

Yaradılması nəzərdə tutulan birgə investisiya fondlarının bütövlükdə TDT üçün  əhəmiyyətini də məhz bunda axtarmaq lazımdır. Bu fondlar yalnız sadəcə maliyyə aləti deyil. Onlar türk dövlətlərinin iqtisadiyyatlarını konkret müəssisələr, istehsal zəncirləri, logistika mərkəzləri və infrastruktur layihələri vasitəsilə bir-birinə bağlayır. Siyasi yaxınlıq iqtisadi maraqla tamamlandıqda qarşılıqlı münasibətlər daha dayanıqlı olur. Dövlətlər artıq yalnız ortaq keçmişə deyil, ortaq sərmayələrə və gələcək gəlirlərə də sahib olurlar.

Azərbaycanın TDT-na daxil olan ayrı-ayrı türk dövlətləri ilə ikitərəfli münasibətlərinin inkişafı həm də Türk dünyasının coğrafi parçalanmasını aradan qaldırmağa kömək edir. Azərbaycan Mərkəzi Asiya ilə Türkiyə arasında təbii körpüdür. Bakı Qazaxıstan və Özbəkistanla nəqliyyat, enerji və investisiya əməkdaşlığını genişləndirdikcə, bu əlaqələr yalnız həmin dövlətlər arasında qalmır. Onlar Xəzər dənizindən keçərək Türkiyəyə və Avropaya uzanan daha böyük iqtisadi və loqistika  xətlərinin aparıcı  hissəsinə çevrilir.

Bu baxımdan Orta Dəhliz və onun infrastrukturu - limanlar, dəmir yolları, rəqəmsal rabitə xətləri və enerji marşrutları TDT-nin strateji anatomiyasını formalaşdırır. Orta Dəhliz yalnız Çin malının Avropaya daşındığı yol,  Mərkəzi Asiyanın türk dövlətləri və Azərbaycan isə yalnız tranzit ölkə deyil. Orta Dəhliz həm də, bir tərəfdən,  Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin öz aralarında xarici iqtisadi və ticarət əlaqələrinin inkişafı, digər tərəfdən isə Qazaxıstan, Özbəkistan, Türkmənistan və regionun digər iqtisadiyyatlarının Avropa bazarlarına alternativ çıxış imkanlarının genişlənməsi üçün də iqtisadi infrastrukturdur. Azərbaycanla Qazaxıstan arasında tranzit əməkdaşlığının inkişafı, məsələn, eyni zamanda Özbəkistan və Qırğızıstanın da dünya bazarlarına çıxış imkanlarını genişləndirir. Deməli, zahirən ikitərəfli görünən layihə əslində çoxtərəfli nəticə yaradır və TDT-nın inkişafını stimullaşdıran amilə çevrilir.

Azərbaycanın ayrı-ayrı türk dövlətləri ilə ikitərəfli müttəfiqlik münasibətlərinin inkişafı həm də TDT-nin təhlükəsizlik arxitekturasının formalaşmasına və inkişafına təkan verir. Qeyd etmək lazımdır ki, müasir dövrdə təhlükəsizlik yalnız hərbi məsələlərlə məhdudlaşmır. Enerji və nəqliyyat xətlərinin qorunması, kibertəhdidlər, terrorizm, mütəşəkkil cinayətkarlıq, informasiya təhlükəsizliyi və fövqəladə vəziyyətlərə birgə reaksiya ümumi koordinasiya tələb edir.

Azərbaycanın üzv ölkələrlə ikitərəfli səviyyədə qurduğu təhlükəsizlik mexanizmləri gələcəkdə TDT daxilində daha geniş məlumat və təcrübə mübadiləsinin əsasını təşkil edə bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, təhlükəsizlik qurumları arasında koordinasiya və operativ məlumat mübadiləsi ümumi təhdidlərin qarşısının alınması üçün həyati əhəmiyyət daşıyır. TDT-nin təhlükəsizlik ölçüsünün formalaşması da məhz belə praktik əməkdaşlıqdan başlayır.

Beləliklə, Azərbaycanın ikitərəfli müttəfiqlik münasibətləri və ikitərəfli layihələr bütövlükdə  iümumtürk nteqrasiyasını siyasi şüardan gündəlik həyatın reallığına, TDT-nı isə tədricən vahid institusional quruma çevrilməsini və regionalı güc mərkəzi kimi çıxış etməsini şərtləndirir. Türk dünyasının inteqrasiyası yalnız zirvə toplantıları, ortaq bəyanatlar və mədəni tədbirlərlə məhdudlaşa  bilməz. Bu inteqrasiya sürətlə inkişaf edən iqtisadi və ticarət əlaqələrində, ortaq layihələrdə və institusional qurumlarda, yeni iş yerlərində, ortaq müəssisələrdə, nəqliyyat və kommunikasiya  imkanlarında və s. təzahür etməlidir.

İkitərəfli əməkdaşlığın nəticələri  öz növbəsində belə ortaq nailiyyətlərin yaranmasını daha da sürətləndirə bilər. Başqa sözlə, ikitərəfli əməkdaşlığın nailiyyətləri yalnız iki ölkənin sərhədləri daxilində qalmır, uğurlu modellər mərhələli şəkildə TDT-nin ümumi mexanizmlərinə çevrilə bilər. Birgə investisiya fondlarının təcrübəsi ümumtürk investisiya məkanına, ikitərəfli nəqliyyat razılaşmaları vahid tranzit siyasətinə, təhlükəsizlik sahəsində məlumat mübadiləsi isə təşkilat daxilində daimi koordinasiya mexanizminin yaradılmasına gətirib şıxarmalıdır.  Əks halda güclü ikitərəfli əlaqələr yaransa da, onların vahid institusional mexanizmə çevrilməsi çətinləşə bilər. 

Azərbaycanın TDT-nın inkişafına yönəlik siyasətinin strateji mənası məhz burada daha aydın görünür. Azərbaycan TDT-nin güclənməsini yuxarıdan qəbul edilən qərarlarla yanaşı, həm də daxildən  konkret dövlətlərarası layihələr, qarşılıqlı sərmayələr və müttəfiqlik münasibətləri vasitəsilə təmin edir. Başqa sözlə, ikitərəfli münasibətlər, hər bir müttəfiqlik əlaqələri TDT-nın  siyasi dayaqlarını, hər bir investisiya fondu, iqtisadi və ticarət əlaqələri onun  iqtisadi dayaqlarını, hər bir nəqliyyat layihəsi isə geostrateji dayaqlarlnl daha da möhkəmləndirir.

Bütövlükdə Türk dünyasını yalnız ortaq etnik mənsubiyyət və tarixi yaddaşla birlikdə  ortaq maraqlar, ortaq infrastrukturlar, qarşılıqlı təhlükəsizlik öhdəlikləri və birlikdə yaradılan iqtisadi dəyər də birləşdirməlidir. Azərbaycan məhz belə bir Türk dünyasının keçmişin qohumluğundan gələcəyin güc mərkəzinə çevrilən birliyin qurulmasına çalışır.

Qulamhüseyn Əlibəyli

Sabiq deputat, politoloq

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53