Sabir Rüstəmxanlı: “Soydaşlarımız doğma Vətəndən uzaq düşməməlidir”
Siyasət 22 Sentyabr 2026, 09:52
3023
Müharibə dövründə fəaliyyətimizdə fasilə yaransa da Dünya Azərbaycanlıları konqresinin səfərləri, bir-birindən əhəmiyyətli görüşlərimiz çox geniş bir coğrafiyanı əhatə etmişdir.
“Azərbaycan adından” adlı kitabımın böyük bir hissəsi həmin səfərlərə və görüşlərimizə həsr olunub:
“….ABŞ, Kanada, Belçika, Niderland, Almaniya, İsveç, Avstriya, Türkiyə... indi də, Avstraliya... yəni dünyanın dörd qitəsi. Turist təşkilatlarının həsəd aparacağı bir coğrafi genişlikdir. Lakin DAK bir turist şirkəti deyil və biz bu səfərlərə xoşbəxtlikdən, əhli-keflilikdən getmirik. Əksinə, belə uzun və çətin yollar, bu qədər uzaq nöqtələrdə görüşlər xalqımızın taleyinin və üzləşdiyi faciələrin daha bir göstəricisidir.
Bu səfərlərdə həmin ölkələrin diplomatları, məclis üzvləri, dövlət xadimləriylə yanaşı, minlərlə soydaşımızla görüşürük. Hər birinin həyatı Azərbaycan xalqının taleyinin, yaşantılarının, tarixinin bir parçasıdır. Az bir qismi sənətinin, peşəsinin tələbi və istedadını daha geniş miqyaslarda tanıtmaq kimi təbii və gözəl bir istəklə gedibsə, böyük əksəriyyətinin mühacirliyi bir tikə çörək dərdindən, öz ləyaqətini qorumaq istəyindən doğur; bölünmüş, torpaqlarından qovulmuş, yurdu işğal olunmuş bir xalqın faciələrindən irəli gəlir. Azərbaycan miqrantlarının taleyi dəhşətli bir güzgüdür, ora baxandan sonra insan nə edəcəyini və evində necə rahat oturacağını bilmir. Çünki bu insanlar öz torpaqlarında rahat yaşaya, öz güc və qabilliyətlərini üzə çıxarmaq, yurdlarına xidmət etmək, bacarığını vətəninin inkişafına sərf eləmək imkanı əldə etsəydilər, hər bir insanın təbii haqqı olan yaşayış minimumuna qovuşsaydılar, öz ocaqlarını tərk etmək, payız yarpaqlarına, köçəri quşlara, qaçqına, köçkünə, miqranta, yada, gəlməyə çevrilməzdilər.
İnsan güclüdür. Xüsusən, türk insanı hər yerə uyğunlaşmağı, dil tapmağı, çörəyini daşdan çıxartmağı, əziyyəti də toy-bayrama çevirməyi bacarır. Min zillətlə ayaqüstə dayanandan sonra Vətənə qayıdanda çoxları onlara həsədlə baxır. Bəzən vaxtilə üz göstərməmiş rəsmi dairələr də köməklərinə, Vətənlə bağlanmalarına ehtiyac duyurlar. Lakin onların xaricdə söz sahibi, çörək, ev-eşik, hörmət yiyəsi olana qədər nələrdən keçdiklərini bilmir və düşünmürlər. Həm də, həyat təkcə qarnını doyurmaqdan və başını bir damın altına soxmaqdan ibarət deyil. Bəs yurd xiffəti, bəs illər uzunu ayrı düşdüyün yaxınlar, ata, ana, dost-qardaş?! Ürəyini sızıldadan el-oba nəfəsi, içmək istədiyin sular, keçmək istədiyin yollar, ətrini udmaq istədiyin çöl-çəmən?! Axı Vətən bütün vətəndaşlara məxsusdur və onun təbii, mənəvi, tarixi “əmlak”ı hamıya, o cümlədən, mühacirlərə də aiddir. Onlar yurd dışında yaşasalar da, yurdları qalıb. Talesizlikdən və bəzən də vəzifə sahiblərinin günahları səbəbindən özgə qapılara düşən hər bir vətəndaşın ümumi Vətən əmlakına haqqı çatır.
Minlərlə, milyonlarla tale əsərləri vərəq-vərəq, parça-parça olub səpələnib dünya yollarına. Biz də bu yolları tutub gedirik. Hər bir dərnəyə, hər bir Azərbaycan, türk icmasına, birliyinə baş vurmağı arzulayırıq. Amma buna ömür yetməz. Di gəl ki, təkcə dərnək və diaspor təşkilatlarına yox, uzaq Şimalda, Yeni Zelandiyada, Alyaskada və ya Antarktidanın buzlu sahillərində yaşamasından asılı olmayaraq, özünə sığınacaq tapıb yuva qurmuş tək-tək insanlarımızın da Vətənlə bağları qorunmalı, onlar da axtarılmalı, halları soruşulmalı, doğma dildə “darıxma, biz varıq, Vətənin var!” kəlmələrini eşitməlidirlər. Onların da buna ehtiyacları və mənəvi haqqı var. Bu, tarixin onlara verdiyi ən böyük hüquqi sənəd, inkar edilə bilməyən vərəsəlikdir.
Diasporla məşğul olmağın bütün maddi, fiziki sıxıntılarını, sonda İranda yaşayan qardaşlarımızın hüquqlarını müdafiə etməyimin “cavabı” olan “ölüm fitvası” və ara verməyən televiziya təhqirlərini, əziyyət və risklərini, yol, əsəb yorğunluqlarını daha da ağırlaşdıran məhz bu dözülməz mənəvi-psixoloji yükdür. Yüzlərlə, minlərlə dərdə, taleyə qoşulmaq və onları da öz həyatının bir parçasına çevirmək mümkün olmasa, bu yoldan çəkilməlisən!
Bu cür, karvanlar daşıya bilməyən dərdləri daşımaq, hər bir vətəndaşına dərd ortağı olmaq, uçmuş körpüləri bərpa etmək məcburiyyətidir. Bu, təkcə İran-fars rejiminə və ya başqa ölkələrlə müqayisədə Azərbaycan mühacirlərinə ögey baxan (təəssüf ki, bunun bir səbəbkarı da öz davranışlarımızdır!) Qərb dünyası və Qərb siyasətinə qarşı mübarizə işi deyil. Bu, eyni zamanda, öz müstəqil dövlətimizdə də diaspor təşkilatlarına siyasi mülahizələrlə yanaşan, qürbətdə yaşayanları da “bizimki-özgəninki” prinsipləri ilə bölməyə çalışanlara qarşı, Vətəninə gələnləri bağrına basmaqdansa, qapıdan başlayaraq vağzal əməkdaşlarının, gömrükçülərin, taksi sürücülərinin, hotel xidmətçilərinin, restoran qarsonlarının, pasport və miqrasiya xidməti işçilərinin aldatmaq cəhdinə, mədəni səviyyənin aşağılığından və vicdansızlıqdan doğan inkaredilməz kobudluq və cahilliklərinə qarşı, bir sözlə, bir sürü pul hərisi, qanmaz, ələ baxan, düşkün, dilənçi, tərbiyəsiz adamın yurdumuza ayaq basan hər kəsin yanında millətimizi biabır etməsinə qarşı mübarizədir. Soydaşlarımızı Vətəndə təhsil və iş qurmaq haqqından məhrum edənlərlə, yurdunda üzünə gülə-gülə anadan əmdiyi südü burnundan tökənlərlə, soyub yenidən lat-lüt geri döndərənlərlə mübarizə daha çətindir.
Sabir Rüstəmxanlı
VHP sədri, sabiq millət vəkili, Xalq şairi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53