Bizə yazın

Baku

-°C

USD

-

Amid Əliyev: “Dünya 5-dən böyükdür” tezisi yeni məna qazandı

Siyasət 23 Sentyabr 2026, 09:03

2955

Dünya 5-dən böyükdür” ifadəsi artıq Türkiyə Prezidentinin BMT çıxışlarında formalaşdırdığı siyasi doktrinanın əsas tezislərindən birinə çevrilib. Dünənki çıxışda isə bu tezis daha konkret məzmun aldı: məsələ yalnız Təhlükəsizlik Şurasının genişləndirilməsi deyil, veto mexanizminin özünün yenidən nəzərdən keçirilməsidir. Türkiyə prezidenti hesab edir ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış BMT strukturu XXI əsrin siyasi reallıqlarını artıq tam əks etdirmir. BMT təhlükəsizliyin qarantı rolunda öz funksiyalarını artıq lazımı şəkildə icra edə bilmir.

Burada diqqətiçəkən əsas siyasi paradoks ondan ibarətdir ki, BMT Baş Assambleyasında 190-dan çox dövlət təmsil olunur, lakin Təhlükəsizlik Şurasında beş daimi üzvün veto hüququ istənilən qərarın taleyinə həlledici təsir göstərə bilir. Ərdoğanın “190-dan çox ölkənin iradəsinin beş ölkənin istəyindən asılı olması ədalətli deyil” fikri məhz bu struktur problemini hədəfə alır.

Əslində Türkiyənin təklifinin daha maraqlı tərəfi budur. Ankara sadəcə “beşliyə daha bir neçə dövlət əlavə edilsin” demir. R.T.Ərdoğanın dünənki mesajında yeni daimi üzvlərin yaradılmasının da problemin mahiyyətini həll etməyəcəyi vurğulanır. Yəni beş dövlətin veto imtiyazını on dövlətə çatdırmaq deyil, veto üzərində qurulan qərarvermə modelinin özünü dəyişmək təklif olunur.

Bu mövqenin arxasında həm də son illərin beynəlxalq böhranları dayanır. Qəzza, Ukrayna, Sudan, Suriya və digər böhranlar BMT Təhlükəsizlik Şurasının böyük güclər arasında fikir ayrılıqları səbəbindən effektiv qərar qəbul etmək imkanlarının məhdud olduğunu bir daha göstərib. Ərdoğan da çıxışında son bir ildə 60-dan çox münaqişə və müharibənin yaşandığını, beynəlxalq sistemə inamın ciddi sınaqdan keçdiyini bildirib. Lakin burada mühüm siyasi reallıq var. BMT islahatı yalnız siyasi çağırışla həyata keçirilə biləcək proses deyil. Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququ BMT Nizamnaməsinin fundamental mexanizmlərindən biridir və həmin mexanizmin dəyişdirilməsi özü də çox mürəkkəb institusional proses tələb edir. Üstəlik, mövcud beşliyin öz maraqları da bir-birindən ciddi şəkildə fərqlənir.

Bunun bariz əlaməti dünən Rusiyanın reaksiyasında da göründü. Moskva Təhlükəsizlik Şurasının genişləndirilməsini mümkün variant kimi dəstəkləsə də, veto hüququnun saxlanmasını müdafiə etdi. Beləliklə, Ankara ilə Moskvanın “islahat lazımdır” fikrində müəyyən yaxınlığı olsa da, islahatın məzmunu məsələsində mövqelər ciddi şəkildə ayrılır.

R.T.Ərdoğanın çıxışını Qəzza məsələsindən ayrıca düşünmək də mümkün deyil. 🇹🇷Türkiyə Prezidenti BMT-də Fələstin məsələsini Təhlükəsizlik Şurasının mövcud strukturunun effektivliyinə dair əsas nümunələrdən biri kimi təqdim etdi və Fələstin dövlətini tanımayan ölkələri mövqelərini yenidən nəzərdən keçirməyə çağırdı. Beləliklə, Ankara üçün BMT islahatı abstrakt institusional məsələ deyil, Qəzza, Fələstin və ümumilikdə qlobal Cənubun beynəlxalq qərarvermədə daha çox təmsil olunması ilə əlaqələndirilir.

Bu baxımdan “Dünya 5-dən böyükdür” ifadəsinin ikinci siyasi mənası da ortaya çıxır. 🇹🇷Türkiyə özünü yalnız regional dövlət kimi deyil, qlobal idarəetmə sisteminin necə qurulmalı olduğu barədə söz deyən aktor kimi təqdim edir. Ankara BMT islahatını Qlobal Cənubun, orta güclərin və əhalisinin böyük hissəsini təşkil edən dövlətlərin beynəlxalq qərarvermədə daha çox rol alması kontekstində gündəmə gətirir.

Bununla belə, bu ideyanın qarşısında ciddi sual qalır: veto hüququ aradan qaldırılsa, onun yerinə hansı qərarvermə mexanizmi gələcək? Sadəcə üzvlərin sayını artırmaq beynəlxalq konsensus problemini həll edəcəkmi? Böyük dövlətlərin təhlükəsizlik maraqları ilə daha geniş beynəlxalq təmsilçilik arasında balans necə qurulacaq? Türkiyənin təklifinin real siyasi nəticəsi məhz bu suallara veriləcək cavabdan asılı olacaq.

Nəticədə isə dünənki çıxışın əsas mesajını bir cümlə ilə belə ifadə etmək olar, Türkiyə mövcud beynəlxalq sistemin yalnız daha çox dövlət əlavə edilməklə deyil, qərarvermə fəlsəfəsinin dəyişdirilməsi ilə yenilənməsini təklif edir. Bu isə BMT daxilində sadə texniki islahatdan daha böyük, dünya siyasətində güc bölgüsünün yenidən müzakirəyə çıxarılması deməkdir.

Türkiyə prezidenti tərəfindən səsləndirilən bu tezisin nə dərəcədə reallaşa biləcəyindən asılı olmayaraq, bir məsələ artıq aydındır ki, XXI əsrin çoxqütblü reallığı ilə 1945-ci ildə formalaşmış beynəlxalq institutlar arasındakı uyğunsuzluq getdikcə daha açıq müzakirə olunur. Türkiyənin “Dünya 5-dən böyükdür” tezisi də məhz bu institusional boşluğun siyasi ifadəsinə çevrilib.

Amid Əliyev

Politoloq

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53