Zaur Şükürov: “Mineral ehtiyatlar potensialı işə salınmalıdır”
Siyasət 24 Sentyabr 2026, 11:43
3821
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkənin qeyri-neft sənayesinin inkişafın istiqamətində mühüm qərarların qəbul edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Müşavirədə müzakirə edilən "Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" bu sahənin inkişafına təkan verəcək vacib çərçivə sənədidir .
Bu sözləri Citypost.az-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov bildirib.
Deputatın sözlərinə görə, Dövlətimizin başçısı çıxışında ölkə iqtisadiyyatının ümumi mənzərəsinə diqqət çəkərək bildirdi ki, "Azəri-Çıraq-Günəşli" yatağının 30 ilə yaxın istismarda olması ilə bağlı hasilatın azalması ölkənin ümumi iqtisadi artım templərinə təsir göstərir. Lakin buna baxmayaraq, qeyri-neft sektorunda 8 ayda 5,4 faizlik artım qeydə alınması bu istiqamətdə atılan addımlar, o cümlədən qəbul olunmuş dövlət proqramlarının nəticəsində mümkün olmuşdur. Dağ-mədən sənayesinin inkişafı məsələsinə diqqət ayrılması isə son illər qəbul edilmiş kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı proqramları ilə eyni məntiqi ardıcıllığın davamıdır.Xüsusi diqqətçəkən məqam işğal illərində Ermənistanın təbii sərvətlərimizə vurduğu ziyanla bağlı Prezidentin fikirləridir. Dövlət başçısı qeyd etdi ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv və talan edilib. Hətta ikinci Qarabağ müharibəsindən sonra erməni silahlı qüvvələrinə Kəlbəcər və Laçın rayonlarından çıxmaları üçün verdiyimiz 2-3 həftə vaxt ərzində də öz vandallıqlarından əl çəkməyərək, ağacları yandırıb məhv etdilər. Həmçinin təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi. Müsbət məqamlardan biri ondan ibarətdir ki, Sovet dövründə Azərbaycanda daha çox neft sənayesinin inkişafı diqqət mərkəzində idi və dağ-mədən sənayesi o qədər də prioritet hesab edilmirdi. Bu səbəbdən bir çox perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu isə həmçinin işğaldan azad edilmiş ərazilərimizin iqtisadi reinteqrasiyasının yeni bir istiqamətini — mineral ehtiyatlar potensialının işə salınmasını gündəmə gətirir.
Zaur Şükürov vurğulayıb ki, statistik rəqəmlər qarşıya mühüm hədəflərin qoyulduğunu göstərir. Belə ki, qarşıdan gələn 3-4 il ərzində bu sektorun ÜDM-də payının 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Qeyd olunan nəticələrin əldə edilməsi üçün həmin dövr ərzində ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur. Dövlət Proqramının icrası üzrə məsul olan qurumlarımızadan biri "AzerGold" QSC-nin məlumatına görə 2017-ci illə müqayisədə qızıl hasilatı 2 dəfə, gəlirlər 3,5 dəfə, EBITDA isə təxminən 6 dəfə artıb. Şirkətin 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmaq hədəfi qoyulub. "Söyüdlü", "Ortakənd", "Filizçay" və "Daşkəsən" layihələri üzrə ümumilikdə 3,63 milyard manatlıq investisiya nəzərdə tutulur ki, bunun yalnız 10 faizi dövlət büdcəsindən maliyyələşəcək — qalanı şirkətin daxili gəlirləri, borc vəsaitləri və potensial investor iştirakı hesabına formalaşacaq. Ölkə başçısı qeyd etdi ki, Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının istismara hazırlanması ilə bağlı işlər görülür, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalı və yekun investisiya qərarı da qəbul edilməlidir. "AzerGold" QSC-nin bu yatağın 100 faiz səhmdarı olması nəzərdə tutulur. Eyni zamanda, istismar prosesində təbii ki, bu yatağın dəyəri də qalxacaq. Böyük ehtimalla, xarici investorlar da bu yatağa maraq göstərəcək və o halda, müəyyən payla xarici sərmayədarların layihəyə cəlb olunması mümkün ola bilər.
Həmçinin oxuyun
Millət vəkili əlavə edib ki, digər vacib məqamlar isə qeyd olunan sənaye sektorunda yeni iş yerlərinin və tam istehsal zəncirinin yaradılmasıdır. Ölkə başçısı bu məsələ ilə bağlı bildirdi ki: „Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”.Prezident İlham Əliyev çıxışında xüsusilə önəmli bir məsələyə vurğu etdi – sözügedən sənayenin inkişafı prosesində ekoloji məsələlər daim diqqətdə olmalıdır: "Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik. Əgər ona əməl etməsələr, onlar cəzalandırılacaq. Təbii ki, dövlət şirkəti olan “AzerGold” bütün ekoloji standartlara cavab verməlidir."
Z. Şükürov qeyd edib ki, Prezidentimizin bu fikirləri heç şübhəsiz ölkəmizdə və ümumiyyətlə bölgəmizdə ekoloji tarazlığın qorunmasına hesablanmış strateji yanaşmanı nümayiş etdirir. İnanırıq ki, "Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nın uğurla icra edilməsi Prezident cənab İlham Əliyevin rəhbərliyi ölkə iqtisadiyyatının şaxələndirilməsi və davamlı inkişafı, xüsusilə də qeyri-neft sektorunda sabit artıma nail olunması istiqamətində fəaliyyətə mühüm töhfə verəcəkdir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53