Zahid Oruc:"Serj Sarkisyan və Robert Koçaryan BMT-də çıxış edərkən neçə müsəlman lideri və Qərb dövləti..”
Siyasət 30 Sentyabr 2026, 12:16
10241
BMT Baş Assambleyasının 81-ci sessiyası İkinci Dünya müharibəsindən sonra yaradılan beynəlxalq təhlükəsizlik sisteminin böhran keçirdiyini açıq göstərdi. Müzakirələr qarşılıqlı ittiham, boykot və hərbi təhdidlərlə yadda qaldı.
Bu sözləri Milli Məclisin deputatı Zahid Oruc Citypost.az-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan müstəqillik qazananda beynəlxalq qurumlardan gözləntiləri böyük idi. 1994-cü ilin 29 sentyabrında milli lider Heydər Əliyevin Assambleyadakı çıxışı ölkəmizin məruz qaldığı işğalın beynəlxalq səviyyədə tanıdılması və gələcək Zəfərin əsasını qoydu. Ona görə 32 il sonra Azərbaycan dövlətinin ədaləti təmin etməsi 81-ci sessiyanın əsas siyasi mövzusu olmalı idi.Lakin əvəzində qardaş Türkiyənin müəyyən sol və islamçı media platformalarında ölkəmiz ayrıca hədəfə alındı və xeyli müddətdir aparılan sistemli kampaniya iki dövlətin münasibətlərinə zərər vurmağa yönəldi. İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışına qarşı onlarla etirazçının plenar zalı tərk etməsi hər bir dövlətin apardığı siyasətin ölçüsünə çevrildi. Halbuki Azərbaycanın Fələstin məsələsində iki dövlətli həll variantını, daimi atəşkəsi və humanitar yardımları ardıcıl dəstəkləməsi bir günlük zal boykotundan daha əhəmiyyətlidir.On illər boyu fələstinlilərin hüquqlarını sümürən və onu geosiyasi maraqları üçün alətə çevirən mərkəzlər ölkəmizin 30 illik işğalına qarşı hansı etiraz və yardım siyasətini həyata keçiriblər? Serj Sarkisyan və Robert Koçaryan Assambleyada çıxış edərkən Xocalı qətliamına görə neçə müsəlman lideri və aparıcı Qərb dövlət təmsilçisi Nyu Yorkun baş binasını tərk ediblər? Qəzza məsələsini dünyanın bir nömrəli problemi elan edən dairələr torpaqlarıızın azad olunmasına yox, heç olmasa indi Zəfərimizin legitimliyini tanımağa və Qarabağda Yeni Vətən quruculuğuna hansı köməyi göstəriblər?
Zahid Oruc qeyd edib ki, Müharibə qurbanlarına dəstək yalnız bəyanat, qətnamə qəbulu və zalı tərk etməklə ölçülmür. Ötən əsrdə o torpaqlarda qanlı toqquşmaları yaradan indi salonu tərk edən bir çox dövlətlərdir. Emanuel Makron islam dünyasının rəğbətini qazanmaq üçün alovlu bir çıxış etdi, halbuki 2020-ci ilin 25 noyabrında hökuməti ikinci erməni dövlətini tanımağa çağıran da məhz Fransa Senatı idi. İkinci dünya müharibəsindən sonra Almaniyanın bərpasında Marşal Planı mühüm rol oynamışdı. Azad Qarabağda ortaq “İslam və Türk Marşalı” layihəsini həyata keçirib Zəngilanda bir kəndi inşa etməyənlərin özlərini qlobal prokuror kimi aparmağa ixtiyarı yoxdur. Həmrəylik təkcə salondan çıxmaqla ölçülmür, dağıdılmış şəhərləri, məktəbləri, xəstəxanaları və insanların həyatını yenidən qurmaqla sübut olunur.81-ci sessiyada mühakimə edilməli ölkə biz deyilik, icrasız qətnamələr və otuz illik münaqişəni həll etməyən beynəlxalq təşkilatlardır. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini özü təmin edib və indi Qafqazda çoxəsrlik düşmənçiliyə son qoyaraq sülh erasını başladır. BMT-nin ölkəmizdən öyrənəcəyi dərs, bir diplomatın kresloda qalıb-qalmamasından qat-qat böyükdür.
Millət vəkili qeyd vurğulayıb ki, təklif edirik ki, BMT-nin müvafiq institutları ilə birlikdə parlamentin payız sessiyasında qlobal dünya nizamını təmin edən Zəfərimizə həsr olunan ardıcılı tədbirlər keçirilsin.İkinci məsələ, Zəfərin yaratdığı yeni hüquqi, sosial, iqtisadi və təhlükəsizlik reallığının qanunlarını formalaşdırmaq da Milli Məclisin üzərinə düşür. Ermənistanla münasibətlər normalllaşan kimi onun ardınca gömrük, tranzit, sərhəd ticarəti və digər əlaqələri üzrə geniş hüquqi münasibətlərin zərurəti meydana çıxacaq. Sabah sərhədlər açılarsa, hansı gömrük rejimi işləyəcək, tranzit yüklərin hüquqi və sığorta təminatı necə olacaq, yeni mərhələdə enerji xətlərinin, dəmir yollarının, rəqəmsal kommunikasiya şəbəkələrinin və beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyi ön plana çıxır. Təklif edirik ki, Parlamanetin payız sessiyasında Cənubi Qafqaz sülh və inteqrasiya mövzusunda ardıcıl tədbirlər keçirilsin.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53