Zahid Oruc: Qarşılıqlı hüquqi yardım birtərəfli olmamalıdır
Siyasət 30 Sentyabr 2026, 13:19
9610
Müzakirəmizə təqdim olunan “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Konvensiyanın İkinci Əlavə Protokolunu qəbul edərkən, Avropada qarşılıqlı hüquqi yardım sistemindən üzv dövlətlərin bərabər istifadə imkanlarına diqqət yetirməyə ehtiyac var. Azərbaycan hüquq-mühafizə orqanlarının sənədi ratifikasiya edən dövlətlərə göndərdiyi müraciətlərin neçə faizi icra olunur, hansı sayda sorğu cavabsız qalır və yardım göstərilməsindən imtinaların hüquqi əsasları nədir? Əgər bir dövlət digər tərəfin sorğularını sistemli şəkildə icra etmir, cavabları gecikdirir və ya siyasi mülahizələrlə hüquqi əməkdaşlıqdan yayınırsa, Konvensiyanın ‘qarşılıqlı yardım’ prinsipi formal xarakter alır.
Ölkəmizə hərbi meydanda məğlub olan qüvvələr mübarizəni informasiya müstəvisinə keçiriblər. Prezident İlham Əliyev dəfələrlə çıxşlarında dezinformasiyanın, saxta xəbərlərin, hibrid təhdidlərin və “deepfake” əsaslı hücumların “dayanmadan artdığını” xüsusi vurğulayıb. Ölkə başçısı Türk Dövlətləri Təşkilatının təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə xarici hücumların ideoloji xarakter daşıdığını, onların dövlət quruluşunu sarsıtmağa, ictimai həmrəyliyi pozmağa, yad narrativ və dəyərləri aşılamağa yönəldiyini vurğuladı.
Dövlət başçısı təhlükəsizlik orqanlarının qarşısında konkret vəzifə qoydu: zəif yerlərimizi, bizə zərər vurmağa çalışan yad ünsürlərin hansı “pəncərələrdən” nüfuz edə biləcəyini müəyyənləşdirmək lazımdır.
2024-cü ildə də Parlamentdə bildirmişdik ki, xaricdən zorakılığa, terrora və konstitusiya quruluşuna qarşı cinayət xarakterli çağırışlar hüquqi baxımdan cavabsız qalmamalıdır. Dövlət himayəli casus qüvvələr, milli və sosial simasını itirmiş şəxslər haqlı mövqeyimizi fiziki zorakılığa çağırış kimi qiymətləndirib aylarla beynəlxalq təşkilatlara şikayət etdilər. Halbuki özləri hər gün dövlət adamlarına və Qələbəmizə qarşı linç kampaniyası aparırlar. İki gün əvvəl Strasburqda mühacir şəbəkəsinin 1-ci Konqresi keçirildi. Yəni, xarici mərkəzlər daha sistemli maliyyə və siyasi yardımla ölkəmizi ləkələnməsini intevsivləşdirəcəklər.
Azərbaycan Respublikasının Baş prokurorluğu konkret şəxslərin əməllərinin istintaqını həyata keçirərək, qiyabi məhkəmə qərarları çıxarıb. Fransada deputat Natali Luazo və digər siyasilərin əli ilə himayə və idarə olunan Məhəmməd Mirzəli barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələri üzrə hökm çıxarılıb və o 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Tural Sadıqlı və cinayət işi üzrə digər şəxslərə qarşı isə 178.3.1, 214-2 - terrorçuluğa açıq çağırışlar, 220.2, 281.2 və 320.1-ci maddələr üzrə ittihamlar irəli sürülüb. Lakin Avropada qaçqınlıq və mühaciər statusu altında həmin şəxslərin toxunulmaz elan edilərək,güclü qorunma altında fəaliyyətlərini davam etdirirlər.
Biz Fransa, Almaniya və digər dövlətlərdən qanundan kənar addım tələb etmirik. Əksinə, onların qoşulduqları hüquqi mexanizmlərin işləməsini gözləyirik. Avropa hüquq sistemində 1959-cu il Konvensiyasının əsas tələbi tərəflərin cinayət işləri üzrə bir-birinə mümkün qədər geniş yardım göstərməsidir.
Cəmi bir neçə gün öncə ölkə başçısı fransız vətəndaşını əfv edərək onu azadlığa buraxdı və beynəlxalq hüquqi prinsiplərə ehtiramını nümayiş etdirdi. Halbuki Merkorma şirkətinin çətiri altında indi bağışlanan şəxs ölkəmiz əleyhinə casusluq fəaliyyəti göstərmiş, məhkəmə hökmünə əsasən ətrafına daha çox şəxsləri cəlb etmək üçün gizli sövdələşmələr aparmışdı. Fransa Xarici İşlər Nazirliyi 23 sentyabrda prezidentin addımını “humanitar jest” adlandırıb və Azərbaycan tərəfinə təşəkkür edib. Lakin hüquqi əməkdaşlıq birtərəfli ola bilməz.
Əgər hər gün bir ölkənin ərazisi digərinə qarşı zorakılıq, terror, kütləvi iğtişaş törətmək və ya konkret şəxsə qarşı cinayətə çağırışlara çevrilirsə, onu “ifadə azadlığı” kimi qiymətləndirmək olmaz, əksinə ABŞ-ın qanunvericiliyi konkret cinayətlər üzrə eksterritorial yurisdiksiya prinsipi ilə hərəkət edir.
Ona görə də ölkəmizdə Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və aidiyyəti təhlükəsizlik və media qurumlarının iştirakı ilə Azərbaycan Respublikasına qarşı xaricdən həyata keçirilən cinayət xarakterli rəqəmsal və hibrid fəaliyyətlər, beynəlxalq hüquqi yardım və ekstradisiya mexanizmlərinin nəticələri haqqında xüsusi hesabatın hazırlanmasına ehtiyac var. Sənəddə son beş ildə ölkələr üzrə göndərilmiş hüquqi yardım sorğularının sayı, onların neçə faizinin icra edildiyi, neçə sorğunun cavabsız qaldığı, imtinanın hüquqi səbəbləri, elektron sübutların və platforma məlumatlarının təqdim edilməsi vəziyyəti, axtarışda olan şəxslərlə bağlı görülmüş tədbirlər ayrıca göstərilə bilər.
Eyni zamanda Avropa Şurası qarşısında da məsələ qaldırıla bilər ki, qarşılıqlı hüquqi yardım Konvensiyasının tətbiqinə dair ölkələr üzrə real göstəricilər daha şəffaf olsun. Qarşılıqlı hüquqi yardım birtərəfli olmamalıdır.
Azərbaycan prokurorluq orqanlarını mühüm beynəlxalq hüquqi alətlərdən daha fəal istifadə etməyə çağırırıq.
Zahid Oruc
Millət vəkili
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53