Pərvanə Vəliyeva: “Füzulinin azadlığı tarixi Zəfərimizin rəmzidir”
Siyasət 16 Oktyabr 2026, 18:37
2655
Xalqımızın tarixi yaddaşında xüsusi əhəmiyyət daşıyan, milli iradənin, qəhrəmanlığın, vətənpərvərliyin və ərazi bütövlüyümüzün bərpasının rəmzi olan 17 oktyabr tarixi 2020-ci ildə Füzuli şəhərinin Ermənistanın işğalından azad edilməsini, Azərbaycan Ordusunun misilsiz şücaətini və Azərbaycan xalqının tarixi torpaqlarına qovuşmaq əzmini təcəssüm etdirən bir gündür. Bu gün həm də, onilliklər ərzində doğma torpaq həsrəti ilə yaşayan insanların sevincini, şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin fədakarlığını və Azərbaycanın gələcəyə inamla irəliləməsini ehtiva edən mühüm bir tarixdir.
Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, Füzuli rayonu Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilən bölgələrindən biridir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə həmsərhəd olmaqla, Araz çayı boyunca uzanan əraziləri bölgənin iqtisadi və coğrafi əhəmiyyətini artırır.Füzuli torpağı əsrlər boyu Azərbaycan xalqının tarixi-mədəni həyatında mühüm yer tutmuş, burada milli-mənəvi dəyərlərimiz formalaşmış, el sənətkarlığı, ədəbiyyat və ənənələr inkişaf etmişdir. Rayonun ərazisində yerləşən tarixi və memarlıq abidələri bu torpağın qədim keçmişindən xəbər verir. Arğalı türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Hacıqiyasəddin məscidi və karvansara kimi tarixi-mədəni irs nümunələri Füzulinin zəngin keçmişini əks etdirən mühüm abidələrdəndir. Təəssüf ki, işğal illərində bölgənin bir sıra tarixi və dini abidələrinə ciddi ziyan dəymiş, yaşayış məntəqələri dağıdılmışdır.
Millət vəkili xatırladıb ki, 1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuşdur. Bu hadisə bölgənin həyatında ağır və faciəli bir dövrün başlanğıcı oldu. Minlərlə insan doğma evini, torpağını və illərlə qurduğu həyatını tərk etmək məcburiyyətində qaldmışdır. İşğal nəticəsində yaşayış evləri, sosial obyektlər, təhsil və mədəniyyət müəssisələri, tarixi abidələr dağıntılara məruz qaldı. İnsanların həyat tərzi dəyişdi, ailələr doğma torpaqlarından uzaqda məskunlaşmağa məcbur qalmışdır.Bu illər ərzində Füzulinin adı Azərbaycan xalqının yaddaşında həm ağır itkilərin, həm də sarsılmaz müqavimətin rəmzinə çevrildi. Doğma torpaqların azad edilməsi arzusu xalqımızın milli birliyini və mübarizə əzmini daha da gücləndirdirmişdir.
Onun sözlərinə görə,27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin həlledici mərhələsi oldu. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüş əməliyyatlarını uğurla davam etdirərək işğal altında olan ərazilərin azad olunması istiqamətində mühüm nailiyyətlər qazandı. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin ən əlamətdar hadisələrindən biri kimi tarixə düşdü. Bu qələbə Azərbaycan Ordusunun döyüş qabiliyyətini, hərbi peşəkarlığını, əsgər və zabitlərimizin cəsarətini və xalqımızın qələbəyə olan inamını nümayiş etdirdi.Füzuli uğrunda gedən döyüşlər böyük hərbi-strateji əhəmiyyət daşıyırdı. Şəhərin azad edilməsi cənub istiqamətində əməliyyatların inkişafına, sonrakı hərbi uğurlar üçün əlverişli şəraitin yaranmasına və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi prosesinin sürətlənməsinə töhfə verdi. Füzulinin azadlığı böyük qəhrəmanlıq, fədakarlıq və qətiyyət bahasına əldə edildi. Bu zəfərin arxasında canını Vətən uğrunda fəda edən şəhidlərimizin müqəddəs xatirəsi, sağlamlığını itirən qazilərimizin qəhrəmanlığı və Azərbaycan xalqının sarsılmaz həmrəyliyi dayanır. Füzulinin azad edilməsi göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarına bağlılığını heç vaxt itirmir və tarixi ədalətin bərpası naminə əzmindən dönmür.
Həmçinin oxuyun
P. Vəliyeva qeyd edib ki, Tarixi Zəfərin əbədiləşdirilməsi, işğaldan azad edilmiş şəhərlərin əhəmiyyətinin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il iyulun 31-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncam Füzulinin azad edilməsinin dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha təsdiqləyir. Şəhər Gününün təsis edilməsi həm şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi, həm də gələcək nəsillərin Vətən müharibəsinin tarixi həqiqətlərini öyrənməsi baxımından mühüm əhəmiyyət daşıyır.Azadlıqdan sonra şəhərin və rayonun infrastrukturunun bərpası, müasir yaşayış mühitinin yaradılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və sosial obyektlərin inşası istiqamətində genişmiqyaslı işlər həyata keçirilməyə başlandı. Dağıdılmış şəhərin yenidən qurulması yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır. Yeni yaşayış məhəllələrinin salınması, yolların çəkilməsi, enerji və kommunal təminatın yaxşılaşdırılması, təhsil və digər sosial infrastrukturun yaradılması Füzulinin müasir şəhər kimi inkişafına xidmət edir. Füzulinin yenidən qurulması Azərbaycanın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.Prezident cənab İlham Əliyev azad olunmuş Füzuliyə dəfələrlə müxtəlif məqsədlərlə səfər etmişdir. 2020-ci ildə Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi, 2021-ci ildə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyulması, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanışlıq, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi, eləcə də Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə və Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanışlıq, bundan başqa, “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyasının açılış mərasimi, Füzuli-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, eləcə də, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və bir çox əhəmiyyətli tədbirləri buna misal gətirmək olar.Füzuli şəhərində yenidənqurma işlərinin aparılmasında, həmçinin, bu şəhərdə sakinlərin həyat səviyyələrinin yüksəlməsində bir neçə Mərkəzi Asiya ölkələrinin də böyük dəstəyi olmuşdur. Belə ki, dost ölkə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunmuşdur. Bundan başqa, Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilmiş və bu Mərkəzin açılış mərasimində Ölkə Başçısı cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iştirak etmişdir.Füzulinin inkişafında mühüm rol oynayan layihələrdən biri Füzuli Beynəlxalq Hava Limanıdır. Müasir nəqliyyat infrastrukturu kimi hava limanı bölgənin ölkənin digər əraziləri və beynəlxalq istiqamətlərlə əlaqələrinin genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Hava limanının istifadəyə verilməsi Qarabağ və ətraf ərazilərə səfərlərin asanlaşdırılmasına, nəqliyyat imkanlarının genişlənməsinə və gələcək iqtisadi inkişaf üçün yeni perspektivlərin yaranmasına xidmət edir. Füzuli Beynəlxalq Hava Limanı eyni zamanda azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin miqyasını nümayiş etdirən mühüm infrastruktur layihələrindən biridir. O, bölgənin investisiya imkanlarının, turizm potensialının və iqtisadi əlaqələrinin inkişafına töhfə vermək imkanına malikdir.
Deputatın fikrincə, Füzulinin azad edilməsindən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri uzun illər doğma torpaqlarından ayrı düşmüş sakinlərin təhlükəsiz və dayanıqlı şəkildə geri qayıtmasının təmin edilməsidir. 2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı başlanıb. Bu hadisə şəhərin müasir tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, minlərlə insanın illərlə gözlədiyi arzunun gerçəkləşməsi deməkdir.Böyük Qayıdış proqramı çərçivəsində insanların yaşayış şəraitinin yaradılması, sosial xidmətlərə çıxışının təmin olunması, məşğulluq imkanlarının genişləndirilməsi və doğma torpaqlarda normal həyatın bərpası əsas prioritetlərdəndir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə hazırda yüz minə yaxın əhali yaşayır, işləyir və təhsil alır. Bu günə kimi həmin ərazilərin bərpasına və yenidən qurulmasına iyirmi altı milyard manata yaxın vəsait sərf olunmuşdur.Bir sözlə, Füzulinin dirçəlişi ümumilikdə Qarabağın inkişafı, Azərbaycanın iqtisadi potensialının genişlənməsi və milli həmrəyliyin möhkəmlənməsi üçün mühüm əhəmiyyət daşıyır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53