Azərbaycan dövlət başçısı Davosda Latviya Prezidenti ilə görüşüb
Siyasət 21 Yanvar 2025, 12:00

835
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə görüşüb.
Edqars Rinkeviçs dövlət başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.
Latviya Prezidenti bugünkü görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Həmçinin oxuyun
Edqars Rinkeviçs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib.
Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev də öz növbəsində bugünkü görüşün əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğulayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.CityPost.az xəbər verir ki, dövlət başçısı əvvəlcə kəndə köçən Məhəmməd Fərəcovun evinə baş çəkib.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülən və həyata keçiriləcək işlər barədə məlumat verib.Bildirilib ki, kənddə 2025-ci ilin sonunadək ümumilikdə 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq. 2025-ci il iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, 15,5 kilometr uzunluğunda 10...
18 İyul 2025, 14:24

Prezident ötən ilin dövlət büdcəsinin icrasını təsdiqləyib
Prezident İlham Əliyev Milli Məclisin iyulun 4-də qəbuı etdiyi "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun təsdiqləyib.CityPost.az xatırladır ki, ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 %, proqnozdan isə 2,1 % çoxdur.Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır.İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib....
11 İyul 2025, 13:36

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.CityPost.az xəbər verir ki, İlham Əliyev Mariam Kvrivişviliyə nazir təyin olunması münasibətilə təbriklərini çatdıraraq, onun vəzifəsinin icrasına başlamasından qısa müddət sonra ölkəmizə səfərini sıx əməkdaşlığımızın göstəricisi kimi qiymətləndirib.Qonaqpərvərliyə və təbriklərə görə minnnətdarlığını bildirən Mariam Kvrivişvili dövlət başçısı ilə görüşdən şərəf hissi keçirdiyini deyib.Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını dövlət başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İrakli Kobaxidzeyə çatdırmağı xahiş edib.Ölkə başçısı Gürcüstanda keçirilən parlament seçkilərindən sonra İrakli Kobaxidzenin bu ilin yanvarında ilk xarici səfərini Azərbaycana etməsini məmnunluqla xatırlayaraq, bunun...
11 İyul 2025, 13:24

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iyulun 10-da başa çatıb.CityPost.az "Report" xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər yola saldılar.
10 İyul 2025, 21:34

Azərbaycan Prezidentinin Ermənistan Baş naziri ilə görüşünün nəticəsi məlum olub
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib.CityPost.az xəbər verir ki, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda, daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib....
10 İyul 2025, 14:29

Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü – normallaşma üçün mühüm addım - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüş iyulun 10-da Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Əbu-Dabi şəhərində baş tutur.Sonuncu dəfə liderlər bu il mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı çərçivəsində görüşüblər. O zaman danışıqların məhsuldar keçdiyinə dair məlumatlar yayılmışdı.Liderlərin Əbu-Dabi görüşü gələcəkdə atılacaq addımlar baxımından vacib sayılır. Bu görüş Azərbaycan və Ermənistan arasında sülh sazişi və ya müqaviləsinin imzalanması, normallaşma prosesi üçün ciddi təkan ola bilər.İndiki şərait dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi fürsət olaraq dəyərləndirilir. Əvvəla, tərəflər sülh sazişi layihəsinin mətni ilə bağlı müzakirələri artıq tamamlayıblar. İkincisi...
10 İyul 2025, 13:32