ŞEİRİN QOCASISAN, DƏRDİN TƏZƏSİ! -Əmir Pəhləvan yazır
Söz adamı 15 Avqust 2026, 12:42
4315
Əmir Pəhləvan
Azərbaycanın görkəmli şairi, böyük ziyalı və fikir adamı Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.
Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.
Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şerlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalaryazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, – qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.
Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Şeirlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur (1995).
Qocalığın adı sənin yaşıdın,
Qismətini qələminlə daşıdın,
Sən həyatı kişi kimi yaşadın,
Şeirin Qocasısan, dərdin təzəsi!
Dərdi dərd bölənə qonaq eylədin,
Bəxtini bəxtsizə sınaq eylədin,
Sən sözü dünyaya bayraq eylədin,
Şeirin Qocasısan, dərdin təzəsi!
Həmçinin oxuyun
Tanrı dərgahına xonça gəlmisən,
Şeir baxçasına qönçə gəlmisən,
Sənət meydanına cəngə gəlmisən,
Şeirin Qocasısan, dərdin təzəsi!
Əmir Pəhləvan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Anna Axmatovaya -Saday Şəkərlinin şeiri
...qalıb ürəyimdə zülmün çatları,bir də qollarımda qandalın yeri,düzgün işləmədi qum saatları,yerimdə sayıramillərdən bəri,hələ də qaradırdamarımda qan, gözlərim dünyanıqanlı görmədə, bir Saday qartaldırazad, firavan, bir Saday hələ dəölür türmədə,elə hey nəmlidirgözlərim, sudur, qurutmaq çətindirbu kəhrizləri, sanki dən səpilmişquş axurudur,qolumda saralanqandal izləri...Saday Şəkərli
26 Oktyabr 2026, 13:29
Samir Feyruzov: Yazıçılıq istedadla yanaşı intellekt də tələb edir
Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar. Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə...
26 Oktyabr 2026, 12:08
Məzarlıqda bitən yovşan... Rüstəm Behrudi
Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzaraYenə məndən danışırsan,Məzarlıqda bitən yovşan.Əlim qoynumda gəlmişəm,Əfv et, hönkürüb ağlasam;Öz qəbrim üstə qoyacam,Sənnən bir dəstə bağlasam,Məzarlıqda bitən yovşan.Sən arxasız, mən kimsəsiz,Sənnən axır göz yaşlarım;Burda daşlar daş deyil ki,Bacılarım, qardaşlarım,Məzarlıqda bitən yovşan.Bu son bahar da ölmədim,Ölmədim, yaz, yaz günaha.Mən öz tabutundan tutub,Dönən bir ölüyəm dahaMəzarlıqda bitən yovşan.Məni dərd deyil, adamlar,Adamlar öldürdü; sən, sən...Baş daşıma qoyulacaqÇiçəklərdən də gözəlsən,Məzarlıqda bitən yovşan.Vədə tamamdı, dönəcəm,Gəlim qarışım tüstünə.Gələcəm dua oxuyaq,Ölən bir şairin üstünə,Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzara,Yenə məndən danışırsan,Məzarlıqda bitən yovşan....
20 Oktyabr 2026, 10:59
Bir qızın telləri əsdi üzümə... Vaqif Bayatlı Odərin ŞEİRİ
Gizlicə-gizlicə gəldi buludlar,Gizlicə-gizlicə döndü ümidlər,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır.İllərin o başındanbir qız yaylığı üstdəbir ipək xatirə döndü qəlbimə,bir qızın telləri əsdi üzümə.Gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən,atlaz günlərdən,Gilənar göylərdən dolan yağışım,yollarda yorulubgözümdə, könlümdə qalan yağışım,bir çinar üstündəqoyub gəlmişdim səni,çinarın altında bir gilənar qız.İndiki yağışlar beləcə yağmır...Bu gilənar yağışmənim qəsdimə yağır,O dost çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərindönən yerindən yağır.Bəlkə də, bəlkə də lal məhəbbətlərindinən yerindən yağır.İllərin altında solmaz o tellər,Hər bulud lələyi ümidlə gələr,O barlı illərin sevgisi qızlarBir də gilə-gilə qızardı bəlkə......
19 Oktyabr 2026, 23:28
Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...”
“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.Citypost.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə...
09 Oktyabr 2026, 14:07
İZMİRİ GƏZƏRKƏN
Bu nə sevgidi, ilahi,süzülüb axır üzümə.Baxışlardan leysan kimitökülüb yağır üzümə.Göydən gələn nur selimi,Tanrı dağının yelimi,Ya mən ağılda dəlimi?!.fərəhi sıxır üzümə.Gülə sancılan arıtək,ulu ruhların yarıtək,Min ilin tanışlarıtək-daş-divar baxır üzümə...Mən düşünən kimi bu yer,ləhcə şirin,söhbət şeir.Osmanlı torpağı deyir-duyduğun çıxır üzünə. (Mövlanə məhəlləsi) Avdı Qoşqar
07 Oktyabr 2026, 17:06