ŞAIR, SSENARİST İLQAR FƏHMININ DOĞUM GÜNÜDÜR
Söz adamı 18 Avqust 2026, 10:44
4364
İlqar Fəhmi (İlqar Əli-Abbas oğlu Paşayev) Bakının Zirə kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb (1992-1996), sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib.
“Axırıncı qatar” (“İtlər”) pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib (2002), şeirlərinə musiqilər bəstələnib. “Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən?”, şeirləri, “Çənlibel tülküsü”, “Qarğa yuvası”, “Kölgəboğanlar”, “Akvarium”, “Aktrisa” romanları, “Karmen” povesti, “Bakı tarixindən kollaj” bədii-publisistik kitabı əsərlərindən bəziləridir. Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb.
Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə, "Heydər əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə (2024) təltif edilib.
Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.
Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.
Uzun illər AYB-nin "Ulduz" jurnalında işləyib. Bir müddət Xəzər Universitetində "Creative Writing" (Yaradıcı yazı) fənnindən dərs deyib.
Hal - hazırda Azərbaycan Dövlət və Mədəniyyət Universitetində ekran yaradıcılığı fakultəsində kino və serial ssenarisi fənnindən dərs deyir.
2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Yaradiciliq məsələləri üzrə katibi vəzifəsində çalışır.
2014-2022-ci illərdə Azərbaycan Dövlət Televiziyasında yayimlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcı-redaktoru olub..
2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Dövlət televiziyasında hazirlanan Muğam-televiziya müsabiqəsinin münsiflər heyətinin üzvü, 2019-cu ildə isə layihənin icraçı direktoru təyin edilib.
===
Son illərdə pyesləri ardıcıl şəkildə ölkə teatrlarında səhnələşdirilib:
2016 - cı ildə - “Son reportaj” pyesi. Əməkdar incəsənət xadimi Bəhram Osmanov tərəfindən Mingəçevir Dövlət Dram teatrında;
2019 - cu ildə - “Mənəm, mən” pyesi. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tərəfindən Dövlət Yuğ teatrında;
2020 - ci ildə - “İsgəndərə yeni namə” pyesi. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tərəfindən Akademik Milli Dram teatrında;
2023 - cü ildə - “Balaca kişilər” pyesi. Əməkdar artist Nicat Kazımov tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında səhnələşdirilmişdir.
2025- ci ildə - “Şah Abbas Namə” pyesi Əməkdar artist Nicat Kazımov tərəfindən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında səhnələşdirilmişdir.
===
ƏSƏRLƏRİ
Sənli sözüm gəldi sənə (şeir). 2000
Ölüm gözəldi, yoxsa sən? (şeir). 2001
Yenə də qəzəllər (şeir). 2005
İlk sui-qəsd (Çənlibel tülküsü - 1-ci kitab) (roman). 2005
Qarğa yuvası (Çənlibel tülküsü - 2-ci kitab) (roman). 2006
Kölgədə əqrəb (Çənlibel tülküsü - 3-cü kitab) (roman). 2007
Akvarium (roman). 2006
Aktrisa (roman). 2005
Aqvalanq (roman). 2008
Bakı tarixindən kollaj (roman). 2007
Karmen (povest). 2005
Səndən nigaranam (povest). 2009
Maygülü (povest). 2013
===
PYESLƏRİ
Axırıncı qatar. 2000
Krupye və Ulduz. 2009
Tut ağacı. 2010
Müsibəti-Fəxrəddin və... 2011
Son reportaj. 2013
Zümrüd parıltısı. 2013
Şahnamə. 2014
===
KİNOROMANLAR
"Pejo 307". 2008
Evtanaziya. 2009
Vampir. 2010
===
Filmoqrafiya:
Məcnunlar (2007, qısametrajlı bədii film) – ssenari müəllifi
Sirat körpüsü (2007, tammetrajlı bədii film) – ssenari müəllifi
Məcnunlar (film, 2008) — (İTV)- ssenari müəllifi
100000 AZN (2009, tammetrajlı bədii film) - ssenari müəllifi
Qaydasız döyüş (2009, bədii serial) – ssenari müəllifi
Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – ssenari müəllifi
Aktrisa (2011, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
Hörümçək toru (2011-2012, bədii serial) – ssenari müəllifi
Dərvişin qeydləri (2013, tammetrajlı bədii film) – ssenari müəllifi
Səni ürəyim sevdi (2014, bədii serial) – əsərindən istifadə olunub,
Çaqqal nəfəsi (2013-2014, bədii serial) – ssenari müəllifi
Axırıncı dayanacaq (2014, tammetrajlı bədii film) – ssenari müəllifi, mahnı mətni müəllifi
Qurbağa (2014, qısametrajlı bədii film) – ssenari müəllifi
100 kağız (2015, tammetrajlı bədii film) – redaktor
Bakı gecələri (2015, qısametrajlı bədii film, kinoalmanax) – ssenari müəllifi
Gecə qonağı (2015, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
Dəfnə ağacı (2016, bədii serial) – əsərindən istifadə olunub, redaktor
Qayıdış (V) (2016, tammetrajlı bədii film) – ssenari müəllifi
Günəşim ol (2016-2017, bədii serial) – əsərindən istifadə olunub
Sən olmasaydın (2016-2017, bədii serial) –əsərindən istifadə olunub
Gecə qonağı 2 (2017, tammetrajlı bədii film) – əsərindən istifadə olunub
Əlvida, Şmidt (2019, tammetrajlı bədii film) – redaktor
Bir qadın (2019-2023, bədii serial) – baş redaktor
Xurmalar saralanda (2020, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
İdarə (2020-2021..., bədii serial) – baş redaktor
Xosrov və Şirin (2021, bədii serial) –ssenari müəllifi
İdarə (2020, bədii serial) – ssenari müəllifi
İstintaq (2023, bədii –sənədli qısametrajlı film) – ssenari müəllifi
Çarəsiz (2025, ...bədii serial) – baş redaktor
Seçim (2026, bədii serial) – ssenari müəllifi
===
— Ilqar Fehmi ilə.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Anna Axmatovaya -Saday Şəkərlinin şeiri
...qalıb ürəyimdə zülmün çatları,bir də qollarımda qandalın yeri,düzgün işləmədi qum saatları,yerimdə sayıramillərdən bəri,hələ də qaradırdamarımda qan, gözlərim dünyanıqanlı görmədə, bir Saday qartaldırazad, firavan, bir Saday hələ dəölür türmədə,elə hey nəmlidirgözlərim, sudur, qurutmaq çətindirbu kəhrizləri, sanki dən səpilmişquş axurudur,qolumda saralanqandal izləri...Saday Şəkərli
26 Oktyabr 2026, 13:29
Samir Feyruzov: Yazıçılıq istedadla yanaşı intellekt də tələb edir
Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar. Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə...
26 Oktyabr 2026, 12:08
Məzarlıqda bitən yovşan... Rüstəm Behrudi
Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzaraYenə məndən danışırsan,Məzarlıqda bitən yovşan.Əlim qoynumda gəlmişəm,Əfv et, hönkürüb ağlasam;Öz qəbrim üstə qoyacam,Sənnən bir dəstə bağlasam,Məzarlıqda bitən yovşan.Sən arxasız, mən kimsəsiz,Sənnən axır göz yaşlarım;Burda daşlar daş deyil ki,Bacılarım, qardaşlarım,Məzarlıqda bitən yovşan.Bu son bahar da ölmədim,Ölmədim, yaz, yaz günaha.Mən öz tabutundan tutub,Dönən bir ölüyəm dahaMəzarlıqda bitən yovşan.Məni dərd deyil, adamlar,Adamlar öldürdü; sən, sən...Baş daşıma qoyulacaqÇiçəklərdən də gözəlsən,Məzarlıqda bitən yovşan.Vədə tamamdı, dönəcəm,Gəlim qarışım tüstünə.Gələcəm dua oxuyaq,Ölən bir şairin üstünə,Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzara,Yenə məndən danışırsan,Məzarlıqda bitən yovşan....
20 Oktyabr 2026, 10:59
Bir qızın telləri əsdi üzümə... Vaqif Bayatlı Odərin ŞEİRİ
Gizlicə-gizlicə gəldi buludlar,Gizlicə-gizlicə döndü ümidlər,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır.İllərin o başındanbir qız yaylığı üstdəbir ipək xatirə döndü qəlbimə,bir qızın telləri əsdi üzümə.Gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən,atlaz günlərdən,Gilənar göylərdən dolan yağışım,yollarda yorulubgözümdə, könlümdə qalan yağışım,bir çinar üstündəqoyub gəlmişdim səni,çinarın altında bir gilənar qız.İndiki yağışlar beləcə yağmır...Bu gilənar yağışmənim qəsdimə yağır,O dost çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərindönən yerindən yağır.Bəlkə də, bəlkə də lal məhəbbətlərindinən yerindən yağır.İllərin altında solmaz o tellər,Hər bulud lələyi ümidlə gələr,O barlı illərin sevgisi qızlarBir də gilə-gilə qızardı bəlkə......
19 Oktyabr 2026, 23:28
Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...”
“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.Citypost.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə...
09 Oktyabr 2026, 14:07
İZMİRİ GƏZƏRKƏN
Bu nə sevgidi, ilahi,süzülüb axır üzümə.Baxışlardan leysan kimitökülüb yağır üzümə.Göydən gələn nur selimi,Tanrı dağının yelimi,Ya mən ağılda dəlimi?!.fərəhi sıxır üzümə.Gülə sancılan arıtək,ulu ruhların yarıtək,Min ilin tanışlarıtək-daş-divar baxır üzümə...Mən düşünən kimi bu yer,ləhcə şirin,söhbət şeir.Osmanlı torpağı deyir-duyduğun çıxır üzünə. (Mövlanə məhəlləsi) Avdı Qoşqar
07 Oktyabr 2026, 17:06