İlqar Fəhmi — yağış kimi şair
Söz adamı 19 Avqust 2026, 13:05
4292
İlqar Fəhminin doğum günüdür. Onu illərdir tanıyıram. “Vahid” Poeziya Evində, rəhmətlik qəzəlxan şair Həkim Qəninin rəhbərlik etdiyi poeziya dərnəyində tanış olmuşduq. Bir qrup bakılı gənc idi: Sərraf, Mahir Cürət, İlqar və digərləri. Adlarını unutduqlarım da var, adlarını heç yaddaşıma köçürmədiklərim də...
İlqar Fəhmi isə elə ilk gündən fərqli idi. Həm şeirləri, həm oxunan şeirlərə münasibəti, həm də məclisdəki şairlərlə qurduğu ünsiyyətlə seçilirdi. Arada çay süfrəsi arxasında oturub söhbətləşəndə özünəməxsus təbəssümü, şirin Bakı ləhcəsi və danışdığı lətifələrlə yaddaşıma köçürdü.
Onu əsl şair, qəzəlxan kimi tanıdım və yaradıcılığına ehtiramla yanaşdım. Bu, mənim daxilimdə baş verirdi və heç də özünə sezdirmirdim. Heç vaxt fikir ayrılığımız olmayıb. Əksinə, ortaq məxrəcə gəldiyimiz məqamlar yetərincə idi.
Doğrusu, mən ondan Bakı şeir ənənəsini əxz edirdim. Bakı şairlərini, xüsusilə də Hacı Maili əzbərdən bilirdi, onlardan misallar gətirirdi. Mən isə bütün bu müşahidələri onun xəbəri olmadan aparırdım. Sanki bir şairi tanımaqla yanaşı, onun yaddaşındakı Bakı ədəbiyyatını da öyrənirdim.
Sevdiyim şairlərin sevdiyim şeirlərini tez-tez yadıma salıram. Baxır məqamına. Bəzən İlqarın da şeirlərini, qəzəllərini yaddaşımın kitablaşmış səhifələrindən “vərəqləyirəm”, öz-özümə pıçıldayıram:
İnsan deyiləm, indi bunu anlamışam mən,
Eşq adlı buluddan süzülən bir yağışam mən,
Şıltaq yağışam mən.
Eşqli, sevdalı olmaq, vurulmaq, cünun gününə düşmək, bəlkə də bir az şıltaqlıq kimi xarakterizə oluna bilər. Necə ki, İlqar bunu “Yağışam mən” şeirində deyir: “İnsan deyiləm, indi bunu anlamışam mən...”
Bu şeiri dəlicəsinə sevirəm. Necə ki, müasirlərim olan şairlərin , bir az irəli getsək Sabir Rüstəmxanlının, Ramiz Rövşənin, Vaqif Bayatlı Ödərin, Əjdər Olun, Saday Şəkərlinin və digərlərinin bəyəndiyim, əzbərimdə olan şeirləri var, eynən onlar kimi.
Bu misraları dəfələrlə özüm-özümə təskinlik verəndə, ətrafımdakı çamur xislətli insanların münasibətini görəndə təkrarlamışam:
Yağdırsa da çirkabə məni qarə buludlar,
Qəlbimdəki şəffaflığımı saxlamışam mən…
Bu şeirin hər misrası mənim taleyimdən keçib gedir desəm, heç şübhə olmasın:
Yox ayrı yolum ki, ona dərdim danışam mən,
Dilsiz yağışam mən.
Bəzən isə doğrudan da:
İsbat eliyə bilməyirəm eşqimi heç cür...
Necə də uşaqlıq, yeniyetməlik, gənclik xəyallarımın ifadəsi öz əksini tapır bu misralarda:
Yağsam da yerə, göylərə qaytar məni, ya Rəbb,
Torpaqlara biryolluğa qoyma qarışam mən…
Həmçinin oxuyun
Bəlkə də şair olmaq bir az yağış olmaqdır. Buluddan ayrılıb yerə düşmək, amma öz şəffaflığını itirməməkdir. Çirkaba qarışmamaq, çamura çevrilməmək, nə qədər yağdırılsan da içindəki saflığı qorumaqdır. İlqar Fəhminin şeirindəki yağış mənə görə elə bunun ifadəsidir.
İndi İlqar Fəhminin 50 yaşı tamam olur.
Ədəbiyyatımızda, əlbəttə, öz dəsti-xətti olan, yüksək intellekt və fəhm sahibi dostumu doğum günü münasibətilə təbrik edirəm, Çox yaşasın, xoş yaşasın!
Yenə də haqqında bəhs etdiyim şeirə dönürəm:
“Fəhmi, mənim sənin yaradıcılığına olan sevgim heç vaxt tükənməyəcək”. Bunu bil. Sənə yaradıcılığında daha böyük uğurlar, daha neçə-neçə yaddaşda qalacaq şeirlər, qəzəllər arzulayıram.
Qoy sözün həmişə öz yolunu tapsın.
Qoy yağışın heç vaxt dayanmasın, şair!
Hörmətlə,
Faiq Balabəyli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Anna Axmatovaya -Saday Şəkərlinin şeiri
...qalıb ürəyimdə zülmün çatları,bir də qollarımda qandalın yeri,düzgün işləmədi qum saatları,yerimdə sayıramillərdən bəri,hələ də qaradırdamarımda qan, gözlərim dünyanıqanlı görmədə, bir Saday qartaldırazad, firavan, bir Saday hələ dəölür türmədə,elə hey nəmlidirgözlərim, sudur, qurutmaq çətindirbu kəhrizləri, sanki dən səpilmişquş axurudur,qolumda saralanqandal izləri...Saday Şəkərli
26 Oktyabr 2026, 13:29
Samir Feyruzov: Yazıçılıq istedadla yanaşı intellekt də tələb edir
Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar. Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə...
26 Oktyabr 2026, 12:08
Məzarlıqda bitən yovşan... Rüstəm Behrudi
Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzaraYenə məndən danışırsan,Məzarlıqda bitən yovşan.Əlim qoynumda gəlmişəm,Əfv et, hönkürüb ağlasam;Öz qəbrim üstə qoyacam,Sənnən bir dəstə bağlasam,Məzarlıqda bitən yovşan.Sən arxasız, mən kimsəsiz,Sənnən axır göz yaşlarım;Burda daşlar daş deyil ki,Bacılarım, qardaşlarım,Məzarlıqda bitən yovşan.Bu son bahar da ölmədim,Ölmədim, yaz, yaz günaha.Mən öz tabutundan tutub,Dönən bir ölüyəm dahaMəzarlıqda bitən yovşan.Məni dərd deyil, adamlar,Adamlar öldürdü; sən, sən...Baş daşıma qoyulacaqÇiçəklərdən də gözəlsən,Məzarlıqda bitən yovşan.Vədə tamamdı, dönəcəm,Gəlim qarışım tüstünə.Gələcəm dua oxuyaq,Ölən bir şairin üstünə,Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzara,Yenə məndən danışırsan,Məzarlıqda bitən yovşan....
20 Oktyabr 2026, 10:59
Bir qızın telləri əsdi üzümə... Vaqif Bayatlı Odərin ŞEİRİ
Gizlicə-gizlicə gəldi buludlar,Gizlicə-gizlicə döndü ümidlər,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır.İllərin o başındanbir qız yaylığı üstdəbir ipək xatirə döndü qəlbimə,bir qızın telləri əsdi üzümə.Gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən,atlaz günlərdən,Gilənar göylərdən dolan yağışım,yollarda yorulubgözümdə, könlümdə qalan yağışım,bir çinar üstündəqoyub gəlmişdim səni,çinarın altında bir gilənar qız.İndiki yağışlar beləcə yağmır...Bu gilənar yağışmənim qəsdimə yağır,O dost çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərindönən yerindən yağır.Bəlkə də, bəlkə də lal məhəbbətlərindinən yerindən yağır.İllərin altında solmaz o tellər,Hər bulud lələyi ümidlə gələr,O barlı illərin sevgisi qızlarBir də gilə-gilə qızardı bəlkə......
19 Oktyabr 2026, 23:28
Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...”
“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.Citypost.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə...
09 Oktyabr 2026, 14:07
İZMİRİ GƏZƏRKƏN
Bu nə sevgidi, ilahi,süzülüb axır üzümə.Baxışlardan leysan kimitökülüb yağır üzümə.Göydən gələn nur selimi,Tanrı dağının yelimi,Ya mən ağılda dəlimi?!.fərəhi sıxır üzümə.Gülə sancılan arıtək,ulu ruhların yarıtək,Min ilin tanışlarıtək-daş-divar baxır üzümə...Mən düşünən kimi bu yer,ləhcə şirin,söhbət şeir.Osmanlı torpağı deyir-duyduğun çıxır üzünə. (Mövlanə məhəlləsi) Avdı Qoşqar
07 Oktyabr 2026, 17:06