Bizə yazın

Baku

-°C

USD

-

Tədqiqatçı-tarixçi İldırım Şükürzadənin şair Oqtay Rza ilə bağlı xatirə yazısı

Söz adamı 19 Avqust 2026, 20:39

4158

Oqtay Rzanın vəfatı və ya müəllim, alim və şair itkisi.

Dünən sosial şəbəkədə şair Oqtay Rzanın vəfatı xəbərini oxudum. Bu acı xəbər hamı kimi məni də bərk sarsıtdı. Oqtay Rzanı qiyabi olaraq ötən əsrin 80-ci illərindən mətbuat vasitəsilə tanımışam. Həmin vaxtlarda respublika mətbuatında dərc olunmuş şeirlərini oxuyurdum. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Univesitetinin tarix fakültəsində təhsil alarkən o da universitetdə dərs deyirdi. Günlərin birində universitetin dəhlizində tələbə yoldaşlarımla söhbət edərkən kimsə yanımızdan keçən orta boylu və həm də orta yaşlı kişinin şair Oqtay Rza olduğunu söylədi. Bu təqribən 1993-cü ilə təsadüf edir. Beləliklə mətbuatda şeirlərini oxuduğum Oqtay Rzanı ilk dəfə əyani olaraq gördüm. Sonralar onunla tez-tez ADPU-nun dəhlizində rastlaşardıq. Oqtay müəllimlə şəxsi tanışlığım 27 may 2019-cu il tarixinə təsadüf edir. Həmin gün "Lənkəran məscidləri" kitabımı çap olunmaq üçün Azərbaycan Nəşriyyatında yerləşən "Ecoprint" məətbəsinə aparmışdım. Nəşriyyatın I mərtəbəsində yerləşən yeməkxanasında Oqtay Rzanı gördüm. Ona yaxınlaşıb lənkəranlı və həm də dərs dediyi ADPU-nun məzunu olduğumu bildirdim. Məni mehribanlıqla qarşılayıb, yanında oturmağımı istədi. Təqribən 20 dəqiqə söhbətimiz oldu. Gəlişimin səbəbini soruşduqdan sonra hər ikimizin bioqrafiyasına daxil olmuş ADPU-dan (tələbəlik illərimizdən) bəhs edən "Bizim tələbəlik illəri" (2018) kitabımı ona uzatdım. Kitabı diqqət və maraqla nəzərdən keçirib, bir neçə dəfə mənə "əhsən" dedi. Tələbəlik illərindən bəhs edən kitabın yazıldığını ilk dəfə gördüyünü və eyni zamanda böyük bir iş gördüyümü bildirdi.  

Oqtay müəllim "Lənkəran Dövlət Universitetinin hansı kafedrasında çalışırsan?" sualına "Havzava kənd tam orta məktəbində" cavabını aldıqda çox təəccübləndi. Özünün də orta məktəbdə dərs dediyini bildirib, ünvanıma xoş sözlər söylədi. Çox əfsuslar olsun ki, bu ilk və son görüşümüz oldu. 

Oqtay Rza özündə müəllim, alim və şair kimi müqəddəs adları cəmləşdirmişdir. Bu adların hər üçünə müqəddəs İslam dinində yüksək qiymət verilmişdir. Şair dostum Firdovsi Sarvanlının sosial şəbəkədəki paylaşımından bəlli oldu ki, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim, şair Oqtay Rza yaşadığı Bakı şəhərində deyil, Salyanda, doğmalarının yanında dəfn edilmişdir. 

Düşünürəm ki, bu təqdirəlayiq bir işdir. Xalq yazıçıları Əbülhəsən Ələkbərzadə (İsmayıllı rayonu, Basqal qəsəbəsi), Əzizə Cəfərzadə (Hacıqabul rayonu, Tağılı kəndi), Xalq artisti İlham Əsgərov (Masallı rayonu, Xoşçobanlı kəndi), filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı (Xaçmaz rayonu, Nabran qəsəbəsi), tarix elmləri doktoru Qiyasəddin Qeybullayev (Quba rayonu, Rustov qəsəbəsi) və digər tanınmış elm, mədəniyyət, incəsənət xadimləri dünyaya göz açdıqları yurdun qəbiristanlıqlarında dəfn olunmuşlar. Həmin qəbiristanlıqları ziyarətə edənlər belə şəxslərin orada uyuduqlarını görməklə, o elin, yurdun yetişdirdiyi şəxsiyyət(lər) haqqında bilgiyə sahib olmuş olurlar. Eyni zamanda belə şəxsiyyətlərin doğum və anım günlərində məzarlarının şagirdlər tərəfindən ziyarət olunması, şagirdlərdə elmə, təhsilə marağın daha da artmasına səbəb olacaqdır. 

Allah Oqtay Rzaya qəni-qəni rəhmət eləsin! Qəbri nurla dolsun! Məkanı cənnət olsun! 

İldırım ŞÜKÜRZADƏ

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Anna Axmatovaya  -Saday Şəkərlinin şeiri

...qalıb ürəyimdə zülmün çatları,bir də qollarımda qandalın yeri,düzgün işləmədi qum saatları,yerimdə sayıramillərdən bəri,hələ də qaradırdamarımda qan, gözlərim dünyanıqanlı görmədə, bir Saday qartaldırazad, firavan, bir Saday hələ dəölür türmədə,elə hey nəmlidirgözlərim, sudur, qurutmaq çətindirbu kəhrizləri, sanki dən səpilmişquş axurudur,qolumda saralanqandal izləri...Saday Şəkərli

26 Oktyabr 2026, 13:29

Samir Feyruzov: Yazıçılıq istedadla yanaşı intellekt də tələb edir

Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar. Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə...

26 Oktyabr 2026, 12:08

Məzarlıqda bitən yovşan... Rüstəm Behrudi 

Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzaraYenə məndən danışırsan,Məzarlıqda bitən yovşan.Əlim qoynumda gəlmişəm,Əfv et, hönkürüb ağlasam;Öz qəbrim üstə qoyacam,Sənnən bir dəstə bağlasam,Məzarlıqda bitən yovşan.Sən arxasız, mən kimsəsiz,Sənnən axır göz yaşlarım;Burda daşlar daş deyil ki,Bacılarım, qardaşlarım,Məzarlıqda bitən yovşan.Bu son bahar da ölmədim,Ölmədim, yaz, yaz günaha.Mən öz tabutundan tutub,Dönən bir ölüyəm dahaMəzarlıqda bitən yovşan.Məni dərd deyil, adamlar,Adamlar öldürdü; sən, sən...Baş daşıma qoyulacaqÇiçəklərdən də gözəlsən,Məzarlıqda bitən yovşan.Vədə tamamdı, dönəcəm,Gəlim qarışım tüstünə.Gələcəm dua oxuyaq,Ölən bir şairin üstünə,Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzara,Yenə məndən danışırsan,Məzarlıqda bitən yovşan....

20 Oktyabr 2026, 10:59

Bir qızın telləri əsdi üzümə... Vaqif Bayatlı Odərin ŞEİRİ

Gizlicə-gizlicə gəldi buludlar,Gizlicə-gizlicə döndü ümidlər,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır.İllərin o başındanbir qız yaylığı üstdəbir ipək xatirə döndü qəlbimə,bir qızın telləri əsdi üzümə.Gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən,atlaz günlərdən,Gilənar göylərdən dolan yağışım,yollarda yorulubgözümdə, könlümdə qalan yağışım,bir çinar üstündəqoyub gəlmişdim səni,çinarın altında bir gilənar qız.İndiki yağışlar beləcə yağmır...Bu gilənar yağışmənim qəsdimə yağır,O dost çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərindönən yerindən yağır.Bəlkə də, bəlkə də lal məhəbbətlərindinən yerindən yağır.İllərin altında solmaz o tellər,Hər bulud lələyi ümidlə gələr,O barlı illərin sevgisi qızlarBir də gilə-gilə qızardı bəlkə......

19 Oktyabr 2026, 23:28

Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...” 

“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.Citypost.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə...

09 Oktyabr 2026, 14:07

İZMİRİ GƏZƏRKƏN  

Bu nə sevgidi, ilahi,süzülüb axır üzümə.Baxışlardan leysan kimitökülüb yağır üzümə.Göydən gələn nur selimi,Tanrı dağının yelimi,Ya mən ağılda dəlimi?!.fərəhi sıxır üzümə.Gülə sancılan arıtək,ulu ruhların yarıtək,Min ilin tanışlarıtək-daş-divar baxır üzümə...Mən düşünən kimi bu yer,ləhcə şirin,söhbət şeir.Osmanlı torpağı deyir-duyduğun çıxır üzünə.                                  (Mövlanə məhəlləsi)     Avdı Qoşqar

07 Oktyabr 2026, 17:06