Bizə yazın

Baku

-°C

USD

-

Necə deyərlər, "qurunun oduna yaş da yanır"- Ramidə Yaqubqızı yazır

Söz adamı 23 Avqust 2026, 13:07

4083

Deməli, istəsək hansısa nəticə əldə edə bilərik. Yetər ki, birliyimiz, həmrəyliyimiz olsun. Son  günlərin ajiataj doğuran xəbər başlıqlarına olan münasibət getdikcə ədalət nizam tərəzisinə yönəlir. İstər həmkarımız Kamilə xanımın anasının dünyasını dəyişməsi, istərsə də Anar Nəcəflinin işdən ayrılması ilə bağlı. Artıq bir çox müəlliflər, həmkarlar etiraz səsini ucaldır. Ağlınıza gələn, kefinizə uyan kimi informasiyalar yaymayın. Reytinq, baxış sayı çox şeyi həll edə bilər. Amma hər şeyi yox. 

Dönə-dönə təkrarlayıram, tanıdığım insanlar var ki, onun da anası evdə tək olan zaman ürək tutmasından dünyasını dəyişib. Övladları gəldikdə artıq gec olub. Və yaxud da, başqa bir nəfərin atası deyə-gülə evdən çıxıb, beş dəqiqə sonra küçədə rəhmətə gedib. Qismət...

O qədər belə hallar olub ki, hamımızın ətrafında. Xəbər yayarkən ehtiyatlı yanaşın, hələ hadisə ölüm faktıdırsa həssas olun. İnsanların çətin günündə hissləri ilə oynamayın. 

Filankəsin meyiti tapılıb cümləsi o anlama gəlir ki, günlərdir heç bir xəbər yox imiş, haradasa, dağda, bağda, dənizdə nəhayət tapılıb. Diqqətli olun lütfən. Söhbət insan taleyindən gedir. 

Yaxud da, Anar Nəcəfli işindən ayrılıb. Burada sensasiyalı nə var? Heç bir vəzifə, post daimi,  əbədi deyil. Bir gün hamı ayrıla, ya da başqa işə keçə bilər. Anar bəy də eynən. 

Sizlərin "bomba" kimi partlayacaq deyib yaydığınız xəbərin arxasında nə dayanır bilmirəm. Amma belə xəbərlər nə Anar Nəcəfliyə, nə də onun kimi digərlərinə minus gətirmir. Əksinə, burada tamam başqa məsələ də ola bilər. Şəxs bəlkə daha yüksək posta gedir. Axı o da bizlərdən biridir. Jurnalistikanın şinelindən çıxıb. Həmkarımızdır. 

Yox əgər, mətbuat katibi kimi işlədiyi müddətdə  media ilə isti münasibət qura bilməyib, bu ayrı məsələdir. Açığı bu haqda heç nə deyə bilmərəm, çünki rastlaşmamışam. 

Hər şeydən əvvəl peşə etikası və mədəniyyəti olmalıdır insanda. Hansı sahə olmasından asılı olmayaraq. O ki, qaldı, mətbuat-burada insanlar çox vaxt oxuduğu xəbərlərin axınına düşür, inanır, etibar edir. Ona görə də, əgər peşəkarsansa oxucunu keyfiyyətli informasiya dalğasına kökləyəcəksən. Yox bacarmasan, hər addımda qınaq obyektinə çevriləcəksən. Nə müəllif kimi sənə, nə də peşənə inam, hörmət olmayacaq. 

Odur ki, seçdiyiniz, sevdiyiniz (əgər sevirsinizsə) peşənizi urvatdan, hörmətdən salmayın. Sizin kimi təsadüfi insanların sayəsində çoxumuz bada gedirik. Necə deyərlər, "qurunun oduna yaş da yanır". 

       Ramidə Yaqubqızı.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Anna Axmatovaya  -Saday Şəkərlinin şeiri

...qalıb ürəyimdə zülmün çatları,bir də qollarımda qandalın yeri,düzgün işləmədi qum saatları,yerimdə sayıramillərdən bəri,hələ də qaradırdamarımda qan, gözlərim dünyanıqanlı görmədə, bir Saday qartaldırazad, firavan, bir Saday hələ dəölür türmədə,elə hey nəmlidirgözlərim, sudur, qurutmaq çətindirbu kəhrizləri, sanki dən səpilmişquş axurudur,qolumda saralanqandal izləri...Saday Şəkərli

26 Oktyabr 2026, 13:29

Samir Feyruzov: Yazıçılıq istedadla yanaşı intellekt də tələb edir

Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar. Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə...

26 Oktyabr 2026, 12:08

Məzarlıqda bitən yovşan... Rüstəm Behrudi 

Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzaraYenə məndən danışırsan,Məzarlıqda bitən yovşan.Əlim qoynumda gəlmişəm,Əfv et, hönkürüb ağlasam;Öz qəbrim üstə qoyacam,Sənnən bir dəstə bağlasam,Məzarlıqda bitən yovşan.Sən arxasız, mən kimsəsiz,Sənnən axır göz yaşlarım;Burda daşlar daş deyil ki,Bacılarım, qardaşlarım,Məzarlıqda bitən yovşan.Bu son bahar da ölmədim,Ölmədim, yaz, yaz günaha.Mən öz tabutundan tutub,Dönən bir ölüyəm dahaMəzarlıqda bitən yovşan.Məni dərd deyil, adamlar,Adamlar öldürdü; sən, sən...Baş daşıma qoyulacaqÇiçəklərdən də gözəlsən,Məzarlıqda bitən yovşan.Vədə tamamdı, dönəcəm,Gəlim qarışım tüstünə.Gələcəm dua oxuyaq,Ölən bir şairin üstünə,Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzara,Yenə məndən danışırsan,Məzarlıqda bitən yovşan....

20 Oktyabr 2026, 10:59

Bir qızın telləri əsdi üzümə... Vaqif Bayatlı Odərin ŞEİRİ

Gizlicə-gizlicə gəldi buludlar,Gizlicə-gizlicə döndü ümidlər,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır.İllərin o başındanbir qız yaylığı üstdəbir ipək xatirə döndü qəlbimə,bir qızın telləri əsdi üzümə.Gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən,atlaz günlərdən,Gilənar göylərdən dolan yağışım,yollarda yorulubgözümdə, könlümdə qalan yağışım,bir çinar üstündəqoyub gəlmişdim səni,çinarın altında bir gilənar qız.İndiki yağışlar beləcə yağmır...Bu gilənar yağışmənim qəsdimə yağır,O dost çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərindönən yerindən yağır.Bəlkə də, bəlkə də lal məhəbbətlərindinən yerindən yağır.İllərin altında solmaz o tellər,Hər bulud lələyi ümidlə gələr,O barlı illərin sevgisi qızlarBir də gilə-gilə qızardı bəlkə......

19 Oktyabr 2026, 23:28

Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...” 

“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.Citypost.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə...

09 Oktyabr 2026, 14:07

İZMİRİ GƏZƏRKƏN  

Bu nə sevgidi, ilahi,süzülüb axır üzümə.Baxışlardan leysan kimitökülüb yağır üzümə.Göydən gələn nur selimi,Tanrı dağının yelimi,Ya mən ağılda dəlimi?!.fərəhi sıxır üzümə.Gülə sancılan arıtək,ulu ruhların yarıtək,Min ilin tanışlarıtək-daş-divar baxır üzümə...Mən düşünən kimi bu yer,ləhcə şirin,söhbət şeir.Osmanlı torpağı deyir-duyduğun çıxır üzünə.                                  (Mövlanə məhəlləsi)     Avdı Qoşqar

07 Oktyabr 2026, 17:06