Bizə yazın

Baku

-°C

USD

-

Əminəm, yazsam, 100 min tiraj təmin olunacaq...

Söz adamı 31 Avqust 2026, 10:58

3784

2 aydan bir az artıqdır ki, atamın arxivi, kitabxanası ilə məşğulam. Son iki gündə isə köhnə evdə Həmidə xanımla iməcilik elədik. Bir az fiziki, bir az da mənəvi ağrıları, çevrədəki riyakar çoxluğu unutmaq üçün yaxşı məşğuliyyətdir; düşünürəm əsas məsələlərdə, insanlara etibar məsələsində  atam kimi davranmışam, yəni səhv eləmişəm və aqibətim də atamın aqibətindən fərqlənmir. 

Bir dəfə, xeyli əvvəl idi, 16-17 il keçib yəqin, bir beynəlxalq tədbirdə 20 nəfərlik dəyimi ziyafət masasında Əkrəm Əylisli ilə oturmalı oldum. Əslində yerim başqaydı, amma riyakar çoxluqdan biri o yeri tutmuşdu (onda hələ "Daş yuxular" yazılmamışdı, yaxud biz ondan xəbərsizdik, Əkrəm Əylisi isə millət vəkili idi; o təkliyin səbəbi bir başqaydı) . Durquza bilərdim həmin adamı, çünki yerlər adlı idi, amma eləmədim. Fikirləşdim ki, ağsaqqal adamdır, usta yazıçıdır, niyə tək otursun ki...

Gedib oturdum Əkrəm Əylisinin yanında. Xeyli sonra bizim masaya mərhum  Rauf Talışinski də qoşuldu. Əkrəm Əylisli yaxşı vurmuşdu. Markesdən, Şukşindən, Aytmatovdan danışdıq.Qəfil soruşdu ki, mənim əsərlərimi oxumusan? Təsdiqlədim. Hansı əsərim xoşuna gəlməyib? -soruşdu. - "Ətirşah Masan" la, "Əylisdən Əylisəcən", - dedim. Təəccübləndi, ya da "təəccübü oynadı".

- "Əylisdən Əylisəcən"də nə xoşuna gəlmədi ki? -  soruşdu. - Dostlarınız barədə qəzəblə yazmısız. Ya onlar dostunuz olmayıb, ya siz onlara dost olmamısız. Hər halda məncə adam dostları haqqında qəzəblə yazmaz...

Bu hadisənin çox maraqlı, çox ibrətamiz sonluğu var, keflənmiş Əkrəm Əylislini maşına qədər ötürəndə yolda elə bir "hadisə" baş verdi ki...naroçno ne pridumayeş...indi yazmaq istəmirəm.

Bunu yazmaqla məqsədim Əkrəm Əylisdən bəhs açmaq deyil.

16-17 il sonra "qəzəblə yazmısız" sözüm məni düşündürür. Bilirsiz niyə?

Çox əclaflıq və şər görmüşəm, hədsiz çox. Və qəzəblənmişəm. İndi atamın arxivində eşələnə-eşələnə düşünürəm ki, bunları, baş verənləri olduğu kimi yazımmı? Hamını və hər bir əməli öz adıyla...Dəyərmi?..Əminəm, yazsam, 100 min tiraj təmin olunacaq.

Halbuki məqsədim heç vaxt bu olmayıb...

Yazanda da gərək A. Blandiananın "Manipulyasiya haqqında saxta traktat"ı kimi yazasan...

Nəysə...

Atamın kitabxanasından uşaqlıq və yeniyetməlik illərimin bir xeyli kitabını tapdım, amma mütləq əksəriyyəti qeyb olub. Niyə? Nə cür? Bilmirəm. Bu kitablar isə qalıb. Bir bir xeyli əlyazmam, çap makinası yazıları və tərcümələrimi tapdım.

O kitabların bəzisinin üz qabıqlarını, 1991-ci ilə aid bir tərcüməmin əlyazmasını, mərhum atamın və anamın yaşı az qala altmış olan, Brestdə çəkilmiş  bir fotosunu paylaşıram.

Bir də: dünən köhnə evdəki kitabxanamdan 431 kitabı ləğv elədim, atamın kitabxanasındakılar xaric, hamısı öz aldığım kitablardı. Birini 50 qəpikdən bir köhnə bukinist tanışıma "taksit"lə verdim.

Səlim Babullaoğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Anna Axmatovaya  -Saday Şəkərlinin şeiri

...qalıb ürəyimdə zülmün çatları,bir də qollarımda qandalın yeri,düzgün işləmədi qum saatları,yerimdə sayıramillərdən bəri,hələ də qaradırdamarımda qan, gözlərim dünyanıqanlı görmədə, bir Saday qartaldırazad, firavan, bir Saday hələ dəölür türmədə,elə hey nəmlidirgözlərim, sudur, qurutmaq çətindirbu kəhrizləri, sanki dən səpilmişquş axurudur,qolumda saralanqandal izləri...Saday Şəkərli

26 Oktyabr 2026, 13:29

Samir Feyruzov: Yazıçılıq istedadla yanaşı intellekt də tələb edir

Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar. Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə...

26 Oktyabr 2026, 12:08

Məzarlıqda bitən yovşan... Rüstəm Behrudi 

Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzaraYenə məndən danışırsan,Məzarlıqda bitən yovşan.Əlim qoynumda gəlmişəm,Əfv et, hönkürüb ağlasam;Öz qəbrim üstə qoyacam,Sənnən bir dəstə bağlasam,Məzarlıqda bitən yovşan.Sən arxasız, mən kimsəsiz,Sənnən axır göz yaşlarım;Burda daşlar daş deyil ki,Bacılarım, qardaşlarım,Məzarlıqda bitən yovşan.Bu son bahar da ölmədim,Ölmədim, yaz, yaz günaha.Mən öz tabutundan tutub,Dönən bir ölüyəm dahaMəzarlıqda bitən yovşan.Məni dərd deyil, adamlar,Adamlar öldürdü; sən, sən...Baş daşıma qoyulacaqÇiçəklərdən də gözəlsən,Məzarlıqda bitən yovşan.Vədə tamamdı, dönəcəm,Gəlim qarışım tüstünə.Gələcəm dua oxuyaq,Ölən bir şairin üstünə,Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzara,Yenə məndən danışırsan,Məzarlıqda bitən yovşan....

20 Oktyabr 2026, 10:59

Bir qızın telləri əsdi üzümə... Vaqif Bayatlı Odərin ŞEİRİ

Gizlicə-gizlicə gəldi buludlar,Gizlicə-gizlicə döndü ümidlər,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır.İllərin o başındanbir qız yaylığı üstdəbir ipək xatirə döndü qəlbimə,bir qızın telləri əsdi üzümə.Gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən,atlaz günlərdən,Gilənar göylərdən dolan yağışım,yollarda yorulubgözümdə, könlümdə qalan yağışım,bir çinar üstündəqoyub gəlmişdim səni,çinarın altında bir gilənar qız.İndiki yağışlar beləcə yağmır...Bu gilənar yağışmənim qəsdimə yağır,O dost çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərindönən yerindən yağır.Bəlkə də, bəlkə də lal məhəbbətlərindinən yerindən yağır.İllərin altında solmaz o tellər,Hər bulud lələyi ümidlə gələr,O barlı illərin sevgisi qızlarBir də gilə-gilə qızardı bəlkə......

19 Oktyabr 2026, 23:28

Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...” 

“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.Citypost.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə...

09 Oktyabr 2026, 14:07

İZMİRİ GƏZƏRKƏN  

Bu nə sevgidi, ilahi,süzülüb axır üzümə.Baxışlardan leysan kimitökülüb yağır üzümə.Göydən gələn nur selimi,Tanrı dağının yelimi,Ya mən ağılda dəlimi?!.fərəhi sıxır üzümə.Gülə sancılan arıtək,ulu ruhların yarıtək,Min ilin tanışlarıtək-daş-divar baxır üzümə...Mən düşünən kimi bu yer,ləhcə şirin,söhbət şeir.Osmanlı torpağı deyir-duyduğun çıxır üzünə.                                  (Mövlanə məhəlləsi)     Avdı Qoşqar

07 Oktyabr 2026, 17:06