Bizə yazın

Baku

-°C

USD

-

Əliabbas Bağırov Azər Turanın kitabından yazdı

Söz adamı 04 Sentyabr 2026, 17:42

4052

Görkəmli ədəbiyyatşünas Azər Turan mənim və düşünürəm ki, elə çoxlarının nəzərində olduqca fərqli qələmə məxsus imzadır. O yazanda ki, “Az i Ya” Sovet İttifaqında yaşayan türklərin yaddaşını bərpa etdi. Həm də rus alimlərinə izah etdi ki, böyük rus mədəniyyəti müstəqil şəkildə yaranmayıb. Onun təməlində güclü bir türk qatı var” (“Ermənilərin məşhur “Ocaq” kitabı kimə cavab olaraq yazılmışdı?”) ədəbiyyatşünasdan daha çox, ədəbiyyat tarixçisi kimi çıxış edir.

        Yaxud götürək (“Mən bir diriyəm, etdi məni dəfn təsadüf...”) araşdırmasını... “Sovet dövrü ədəbiyyatşünaslığı Hadinin bütün “qüsurlarını” Əli bəy Hüseynzadənin adına yazıb” 

        Lap olsun (“Məmməd Arazın unudulan Fransa səfəri”) yazısındakı izah və təhlil sistemi: “Xalq hakim ideologiya baxımından Rusiya ilə birləşməyi “bayram” edir, şair isə bu birləşməyə aparan yolu milli fəlakət olaraq dəyərləndirir” 

       Azər bəy burda da üzərinə ədəbiyyat tarixçisi kimi çox məsuliyyətli bir missiya götürmüş kimi görünür. Onun qələminə məxsus onlarca belə misal çəkə bilərəm, ancaq məqsədim bu olmadığından birbaşa mətləbə, Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabına keçirəm və vurğuladığım o fikrin burda da hökm-fərma olduğunu bəri başdan oxucuların diqqətinə çatdırıram. Bir qədər də irəli gedərək deyim ki, bu, artıq tarixdir, tarixi kitabdır, ədəbiyyatdan söhbət belə gedə bilməz. Bunu kitaba yazdığı ön sözdə (“Qəbulə xanım – unutdurulan qürur səhifəmiz”) Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova da təsdiq edir: “Kitab XVIII əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin psixoloji durumunu, xalqımızın yaşadığı məşəqqətli tale yolu və travma tarixini öyrənmək baxımından nadir nümunələrdən biridir. Bu kiçik tədqiqata XVIII əsr, hətta ondan əvvəlki və sonrakı dövrlərin tarix diskursunun bir faktı kimi baxmaq lazımdır” 

        Söhbət nədən gedir? 1723-cü il iyulun 26-da Bakı rus qoşunlarına təslim oldu, 1724-cü ilin payızında isə işğalçılar Salyana girdilər. Onda artıq dörd ay idi ki, bölgənin sultanı Həsən bəy Bakıda ruslara sədaqət andı içmişdi. Amma... Hər şey də elə bu “amma”dan sonra başlanır. Podpolkovnik Zambulatovun rəhbərliyi ilə Həsən bəyin malikanəsinə təntənəli ziyafətə toplaşmış 500 nəfərlik hərbi heyət son adamına qədər qətlə yetirilir. Yalnız bir neçə əsgər gəmilərlə Bakıya qaçmağa müvəffəq olur. Hadisəni törədənin isə Həsən bəy yox, onun xanımı Qəbulə olduğu bildirilir. Salyan hakimi olan bu qadını bəzi mənbələrdə Salyanlı şahzadə Xanım da adlandırırdılar.    

       Hadisə A.S.Puşkinin xronoloji qeydlərində, A.A.Bakıxanovun “Gülüstani-İrəm”ində və digər rəsmi rus mənbələrində də olduğu kimi işıqlandırılıb. 

      Bu, resenziya yox, bir fb paylaşımı olduğundan təfsilata varmadan az-çox mütaliəyə malik biri kimi bu hadisədən son vaxtlaracan bixəbər olduğumu və Qəbulə adlı cəsarətli bir Azərbaycan qızının adını ilk dəfə sözügedən əsərdən eşitdiyimi xəcalətlə boynuma alır, belə qiymətli kitabı hər bir azərbaycanlının oxumalı olduğunu tövsiyə edir və tam əminliklə bildirirəm ki, şanlı tariximizin qaranlıq olduğu qədər də unudulmaz bir səhifəsi ilə baş-başa qaldığınıza əsla peşman olmayacaqsınız. Tək mənim yox, həm də müəllifin – Azər Turanın özünə qoşulub onun özü kimi siz də o suallara cavab axtaracaqsınız ki, “Uzun illər Qəbulə xanımın tarix kitablarımızda nəzərə çarpmayan varlığı niyə heyrət qarışıq suallar doğurur?... Niyə siyasiləşmiş tarixçilər Salyandakı hərəkəti ilə Peterburqu silkələyən o böyük xanımı tarixin qapısı arxasında saxladılar? Abidələşməsinə imkan vermədilər? Qəbuləni öz halal ocağına – övladlarının yaddaşına yaxın buraxmadılar? Halbuki Salyanın girişində Qəbulənin heykəli ucaldılmalıydı. Nəinki heykəli olmadı, bu qəhrəman qadının adı belə unutduruldu. Ondan sonra doğulan qız uşaqlarına Qəbulə adını verən olmadı, adını tarix səhnəsindən sildilər. Sonrakı aqibətindən bir sətir belə yazılmadı. O, sonuncu Qəbulə oldu”

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Anna Axmatovaya  -Saday Şəkərlinin şeiri

...qalıb ürəyimdə zülmün çatları,bir də qollarımda qandalın yeri,düzgün işləmədi qum saatları,yerimdə sayıramillərdən bəri,hələ də qaradırdamarımda qan, gözlərim dünyanıqanlı görmədə, bir Saday qartaldırazad, firavan, bir Saday hələ dəölür türmədə,elə hey nəmlidirgözlərim, sudur, qurutmaq çətindirbu kəhrizləri, sanki dən səpilmişquş axurudur,qolumda saralanqandal izləri...Saday Şəkərli

26 Oktyabr 2026, 13:29

Samir Feyruzov: Yazıçılıq istedadla yanaşı intellekt də tələb edir

Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar. Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə...

26 Oktyabr 2026, 12:08

Məzarlıqda bitən yovşan... Rüstəm Behrudi 

Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzaraYenə məndən danışırsan,Məzarlıqda bitən yovşan.Əlim qoynumda gəlmişəm,Əfv et, hönkürüb ağlasam;Öz qəbrim üstə qoyacam,Sənnən bir dəstə bağlasam,Məzarlıqda bitən yovşan.Sən arxasız, mən kimsəsiz,Sənnən axır göz yaşlarım;Burda daşlar daş deyil ki,Bacılarım, qardaşlarım,Məzarlıqda bitən yovşan.Bu son bahar da ölmədim,Ölmədim, yaz, yaz günaha.Mən öz tabutundan tutub,Dönən bir ölüyəm dahaMəzarlıqda bitən yovşan.Məni dərd deyil, adamlar,Adamlar öldürdü; sən, sən...Baş daşıma qoyulacaqÇiçəklərdən də gözəlsən,Məzarlıqda bitən yovşan.Vədə tamamdı, dönəcəm,Gəlim qarışım tüstünə.Gələcəm dua oxuyaq,Ölən bir şairin üstünə,Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzara,Yenə məndən danışırsan,Məzarlıqda bitən yovşan....

20 Oktyabr 2026, 10:59

Bir qızın telləri əsdi üzümə... Vaqif Bayatlı Odərin ŞEİRİ

Gizlicə-gizlicə gəldi buludlar,Gizlicə-gizlicə döndü ümidlər,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır.İllərin o başındanbir qız yaylığı üstdəbir ipək xatirə döndü qəlbimə,bir qızın telləri əsdi üzümə.Gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən,atlaz günlərdən,Gilənar göylərdən dolan yağışım,yollarda yorulubgözümdə, könlümdə qalan yağışım,bir çinar üstündəqoyub gəlmişdim səni,çinarın altında bir gilənar qız.İndiki yağışlar beləcə yağmır...Bu gilənar yağışmənim qəsdimə yağır,O dost çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərindönən yerindən yağır.Bəlkə də, bəlkə də lal məhəbbətlərindinən yerindən yağır.İllərin altında solmaz o tellər,Hər bulud lələyi ümidlə gələr,O barlı illərin sevgisi qızlarBir də gilə-gilə qızardı bəlkə......

19 Oktyabr 2026, 23:28

Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...” 

“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.Citypost.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə...

09 Oktyabr 2026, 14:07

İZMİRİ GƏZƏRKƏN  

Bu nə sevgidi, ilahi,süzülüb axır üzümə.Baxışlardan leysan kimitökülüb yağır üzümə.Göydən gələn nur selimi,Tanrı dağının yelimi,Ya mən ağılda dəlimi?!.fərəhi sıxır üzümə.Gülə sancılan arıtək,ulu ruhların yarıtək,Min ilin tanışlarıtək-daş-divar baxır üzümə...Mən düşünən kimi bu yer,ləhcə şirin,söhbət şeir.Osmanlı torpağı deyir-duyduğun çıxır üzünə.                                  (Mövlanə məhəlləsi)     Avdı Qoşqar

07 Oktyabr 2026, 17:06