Bizə yazın

Baku

-°C

USD

-

Daşlara zikr edirəm - Aida Eyvazlı yazır

Söz adamı 08 Sentyabr 2026, 11:04

3777

“Mən dünyanı addım-addım dolanmışam,

Sabiriyyə, Yaqutiyyə çöllərində izim qalıb...

Neçə-neçə daş kitabə yazılarda

 sözüm qalıb, səsim qalıb...”...

Bu sətirlər mənim öz şerimdəndir. Və indi əbəs yerə xatırlamadım.  Hələ çoxları kitab yaza bilməyəndə, kitab görməyəndə, sonralar isə kitabın guya “göydən endiyini “- deyəndə bizim babalarımız İltəriş Xaqan, sonra Bilgə Xaqan, Kül Təkin, Tonyukuk Xaqan daş kitabələrə tarix yazdırdılar, türkün və dünyanın yaranışının salnaməsini yazdırdılar. Özləri yox, saraylarında xəttat Yaqbu bəy var idi. Daşlara yazıları o yazırdı...

Əgər biz bu gün öz elmimizi, axtarışlarımızı yalnız o  yazılı kitabə daşlara yönəltsək, hər sətrin  alt mənasından 7 qat taparıq. O yazılar insanlığın həyat konstitusiyası, dövləti yönətmənin qanun kitabıdır.

Bəs o daş kitabələr bizə necə gəlib çatıb? 

İnsan yaranışından sonra qayda-qanunlara çətin öyrənir. Bütün əsrlərdə cəmiyyətdə doğru, əxlaqlı insanlar olduğu kimi, bu insan tiplərinin əksi də olub. Cəmiyyətlər bütöv bir toplumu tərbiyə edə bilmir.

Görkəmli tədqiatçı və arxeoloqların araşdırıb tapdıqları  VI-VII əsrlərdən yadigar qalmış daş kitabələr bizim bu günümüzə necə gəlib çatıb? Hər dövrün vandalları və  vəhşi təbiətli , qurulanı qırıb-dağıdan adamları olur. 

Mən Monqolustanın Orxon vadisində- Ötükəndə  həmin daşları sındırılmış, başı kəsilmiş gördüm.  O zaman könlüm riqqətə gəldi. Yazdım ki: 

Tanrının qonağı olduq,

Kutluq Xaqanın evində.

Hüzr içində bəxtiyardıq,

Kutluq Xaqanın evində.

Keşikdə durmuşdu daşlar,

Bədəndən ayrılmış başlar,

Gözümdən selləndi yaşlar,

Kutluq Xaqanın evində.

Bizim Ana yurdumuz Azərbaycanda da belə yazılı daş kitabələr olub.  İpək Yolu üzərində yerləşən  yurdumuzdan  səlibçilər,  bu torpaqları zəbt etmək üçün  gələnlər keçdikcə, yurdlar viran qalıb, və o daş yazılar da vandallar tərəfindən, yeni dini gətirənlər  tərəfindən uçurulub, dağıdılıb ki, biz öz tariximizdən bixəbər olaq.

Yuxarıda qeyd etdiyim kimi hətta Ötükənin özündə belə  daş kitabələrimizi götürüb aparıb, baş daşı kimi, tikinti materialı kimi istifadə ediblər. Belə hadisələr  Uzaq Sibirdə, Qazaxıstanda, Özbəkistanda oland tarixi abidələrin və daş kitabələrin də başına gətirilib.

Mən yurdumuzun daş tarixi olan İçəri şəhərdə gəzərkən hər zaman əlimi o daş divarlara, darvaza sütunlarına vururam, kürəyimi o daşlara söykəyirəm. Fikirli, dərdli olanada dərdimi daşlara, divarla, hətta ağaclara deyirəm. Mən beləcə daşlara zikr edirəm.  

Bilirsiniz niyə? Çünki daşların da ruhu, yaddaşı var. O daşlardan, divarlardan enerji alıram.  Daşlar  insanların səsini külələrə qoşub Tanrıya çatdırırlar. 

Və bir də ki, mən Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın da müqəddəs və tarixi məkanlara gedəndə qollu-budaqlı qocaman ağacları qucaqladığı,  tarixə şahidlik edən  qoca daşları əlləri ilə tumarladığı diqqətimdən yayınmayıb.

 2019-cu ilin qış ayları idi.  Yenə İçəri şəhərdən keçirdim. Diqqətimi bir eybəcər mənzərə cəlb etdi. İçəri şəhərin qala divarları darvazasınnı yanında daşlardan  və tariximizdən xəbəri olmayan birisi üçmərtəbəli restoran  binası ucaldırdı. Bu mənzərə məni çox pərişan etdi. Evə gəlib, Azərbaycan Prezidentinə və Birinci xanıma  Açıq məktub yazdım. Qeyd etdim ki, “Tarixinə sahib çıxmayanın tarixini başqaları zəbt edər”. Müraciətim yayımlanan günün səhərisi bir də xəbər tutdum ki, Mehriban xanım Əliyeva  İçəri şəhərə özü şəxsən gələrək, həmin hadisə yerində olub və tikintini dayandırıb. 

Bəli, bizim dövlətin birinci insanları əgər tariximizə sahib çıxmağı özlərinə əsas vəzifə bilirlərsə, bizim də hər birimiz öz şəhərimizi, məhəlləmizi, kəndimizi qorumalıyıq.

Qala divarlarına , mədəniyyət abidələrinə  rəngli qraffiti ilə yazı yazanlar, ölkəmizdəki mədəni abidələrə, tarixi abidələrə ziyan vuranlar  törətdikləri cinayətə uyğun olaraq,  ən böyük məbləğdə çərimələnməli və  təbiətə, şəhərə və ya tarixi abidəyə vurduqları ziyanın həddi çərçivəsində hətta həbs olunmalıdırlar.

İsveçdə, Norveçdə, Amerikada belə  xuliqanlıq edənlər 20 min avrodan çox cərimə olunurlar.  O zaman biz niyə bu qaydalardan yan ötməliyik?

Daşa-divara hansısa şəhidin, və ya sevgilinin adını yazmaqla o yaşamır. Bu bir vandallıqdır. Və ya canlı ağacın bağrını yarıb, onun  gövdəsini bıçaqla cızanda, özünüzü bir onun yerinə qoyun. Təsəvvür edin ki, sizin sinənizə kimsə damğa basır və ya bıçaqla yazır. Ağrıdırmı? Bax ağacı da, daşı da elə ağrıdır.

Yox əgər sən daşa tarixi nəqqaş kimi, sevgi ilə,  həkk edirsənsə,  bu  əsər tarixlərə nişanə qalır. Daşa yazı yazmaq işini nəqqaşlara, daş yonanlara, memarlara həvalə etsək, dünya da gözəlləşər, ətrafımız da , könlümüz, gözümüz də. Özbəkistanın mərhum Birinci Prezidenti İslam Kərimov deyirdi ki: “Abadlıq könüldən başlar!”. Əvvəlcə könlünüzü abad edin, savadlanın, sonra bilin ki, bir sətir cümləni yazıb tamamlaya bilməyənin , yazdığı könül bulnadırar.

Aida Eyvazlı Göytürk.

İpək Yolu Mədəni və Tarixi Araşdırmala İB-nin sədri, Az TV-nin İnformasiya departamentinin böyük redaktoru.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Anna Axmatovaya  -Saday Şəkərlinin şeiri

...qalıb ürəyimdə zülmün çatları,bir də qollarımda qandalın yeri,düzgün işləmədi qum saatları,yerimdə sayıramillərdən bəri,hələ də qaradırdamarımda qan, gözlərim dünyanıqanlı görmədə, bir Saday qartaldırazad, firavan, bir Saday hələ dəölür türmədə,elə hey nəmlidirgözlərim, sudur, qurutmaq çətindirbu kəhrizləri, sanki dən səpilmişquş axurudur,qolumda saralanqandal izləri...Saday Şəkərli

26 Oktyabr 2026, 13:29

Samir Feyruzov: Yazıçılıq istedadla yanaşı intellekt də tələb edir

Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar. Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə...

26 Oktyabr 2026, 12:08

Məzarlıqda bitən yovşan... Rüstəm Behrudi 

Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzaraYenə məndən danışırsan,Məzarlıqda bitən yovşan.Əlim qoynumda gəlmişəm,Əfv et, hönkürüb ağlasam;Öz qəbrim üstə qoyacam,Sənnən bir dəstə bağlasam,Məzarlıqda bitən yovşan.Sən arxasız, mən kimsəsiz,Sənnən axır göz yaşlarım;Burda daşlar daş deyil ki,Bacılarım, qardaşlarım,Məzarlıqda bitən yovşan.Bu son bahar da ölmədim,Ölmədim, yaz, yaz günaha.Mən öz tabutundan tutub,Dönən bir ölüyəm dahaMəzarlıqda bitən yovşan.Məni dərd deyil, adamlar,Adamlar öldürdü; sən, sən...Baş daşıma qoyulacaqÇiçəklərdən də gözəlsən,Məzarlıqda bitən yovşan.Vədə tamamdı, dönəcəm,Gəlim qarışım tüstünə.Gələcəm dua oxuyaq,Ölən bir şairin üstünə,Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzara,Yenə məndən danışırsan,Məzarlıqda bitən yovşan....

20 Oktyabr 2026, 10:59

Bir qızın telləri əsdi üzümə... Vaqif Bayatlı Odərin ŞEİRİ

Gizlicə-gizlicə gəldi buludlar,Gizlicə-gizlicə döndü ümidlər,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır.İllərin o başındanbir qız yaylığı üstdəbir ipək xatirə döndü qəlbimə,bir qızın telləri əsdi üzümə.Gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən,atlaz günlərdən,Gilənar göylərdən dolan yağışım,yollarda yorulubgözümdə, könlümdə qalan yağışım,bir çinar üstündəqoyub gəlmişdim səni,çinarın altında bir gilənar qız.İndiki yağışlar beləcə yağmır...Bu gilənar yağışmənim qəsdimə yağır,O dost çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərindönən yerindən yağır.Bəlkə də, bəlkə də lal məhəbbətlərindinən yerindən yağır.İllərin altında solmaz o tellər,Hər bulud lələyi ümidlə gələr,O barlı illərin sevgisi qızlarBir də gilə-gilə qızardı bəlkə......

19 Oktyabr 2026, 23:28

Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...” 

“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.Citypost.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə...

09 Oktyabr 2026, 14:07

İZMİRİ GƏZƏRKƏN  

Bu nə sevgidi, ilahi,süzülüb axır üzümə.Baxışlardan leysan kimitökülüb yağır üzümə.Göydən gələn nur selimi,Tanrı dağının yelimi,Ya mən ağılda dəlimi?!.fərəhi sıxır üzümə.Gülə sancılan arıtək,ulu ruhların yarıtək,Min ilin tanışlarıtək-daş-divar baxır üzümə...Mən düşünən kimi bu yer,ləhcə şirin,söhbət şeir.Osmanlı torpağı deyir-duyduğun çıxır üzünə.                                  (Mövlanə məhəlləsi)     Avdı Qoşqar

07 Oktyabr 2026, 17:06