Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - RƏSMİ
Tibb 18 Yanvar 2025, 12:35

1968
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb.
Citypost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.
Qeyd olunub ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
Məlumata görə, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.
Həmçinin oxuyun
Bildirilib ki, simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.
"Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək", - birgə məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Kofein yuxu zamanı beyin fəaliyyətinin xaosunu artırır - ARAŞDIRMA
Kofein gecə beyin fəaliyyətini dəyişdirə və yuxu zamanı həm fiziki, həm də koqnitiv bərpanın effektivliyini azalda bilər. Monreal Universitetinin alimləri belə nəticəyə gəliblər. CityPost.az xəbər verir ki, tədqiqatın nəticələri "Communications Biology" (ComBio) jurnalında dərc olunub.Təcrübədə 40 sağlam yetkin iştirak etdi. Birinci gecə yatmazdan əvvəl (üç saat və bir saat yatmazdan əvvəl) kofein kapsullarını, ikinci gecə isə plasebo qəbul etdilər. Onların beyin funksiyası elektroensefaloqramma vasitəsilə yoxlanılırdı. Tədqiqat, kofeinin, xüsusən yaddaşın bərpası və konsolidasiyasından məsul olan yavaş dalğalı yuxu (NREM) mərhələsində sinir fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyini göstərdi.Tədqiqatın ilk müəllifi Philipp Telke izah etdi: "Kofein beyin fəaliyyətini daha xaotik və daha az proqnozlaşdırıla...
30 May 2025, 16:44

Pivə xərçəng və sonsuzluğa səbəb olur - ARAŞDIRMA
Şimali Karolinadakı RTI beynəlxalq tədqiqat institutunun mütəxəssisləri 23 növ pivəni sınaqdan keçiriblər.Bütün nümunələr ABŞ, Meksika və Hollandiyadan məşhur içkilərdir.
23 May 2025, 19:00

Uşaqlarda beyin şişləri: məlumatlılıq həyatları xilas edə bilər
Hər il dünyada minlərlə uşağa nadir, lakin həyati təhlükəsi olan bir xəstəlik diaqnozu qoyulur: beyin şişi.
22 May 2025, 18:51

Dünyanın ən populyar içkilərindən biri xərçəngi YANDIRIR
Yeni bir araşdırma insan orqanizmi tərəfindən istehsal olunan qida maddəsi olan taurinin gözlənilməz rolunu ortaya qoydu.
22 May 2025, 17:17

Hormon qaraciyər piylənməsi xəstəliyini geri qaytara bilər
Oklahoma Universitetinin Hüceyrə Metabolizmi jurnalında dərc edilən araşdırması FGF21 hormonunun (fibroblast böyümə faktoru) siçanlarda qaraciyər yağlanmasının təsirini necə aradan qaldıra biləcəyini təsvir edir.
22 May 2025, 16:45

Havanın çirklənməsi yüksək təzyiq riskini 15 faiz artırır
Mütəxəssislər havada incə tozun miqdarının hər 10 mikroqram artmasının yüksək təzyiq riskini təxminən 15 faiz artırdığını açıqlayıb.
21 May 2025, 20:39