Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda sosial müavinətlər artırılıb - FƏRMAN

Cəmiyyət 12 İyun 2025, 17:08

381

Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

CityPost.az xəbər verir ki, Fərmana əsasən 2025-ci il iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

1.1. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat;

1.2. ailə başçısını itirməyə görə 140 (yüz qırx) manat;

1.3. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 (yüz qırx) manat;

  

1.4. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 (yüz qırx) manat;

1.5. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 (yüz qırx) manat;

1.6. beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 (yüz qırx) manat;

1.7. övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 (iki yüz qırx) manat;

1.8. himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 (beş yüz) manat, 7–13 yaş arası uşağa görə 600 (altı yüz) manat, 14–18 yaş arası uşağa görə 650 (altı yüz əlli) manat;

1.9. uşağın anadan olmasına görə 600 (altı yüz) manat;

1.10. dəfn üçün 600 (altı yüz) manat.

2. 2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri aşağıdakı kimi müəyyən edilsin:

2.1. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat;

2.2. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 (iki min) manat;

2.3. şəhid ailəsi üçün 700 (yeddi yüz) manat;

2.4. 20 Yanvar şəhidinin ailəsi üçün 700 (yeddi yüz) manat;

2.5. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 (yeddi yüz) manat;

2.6. müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə:

2.6.1. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 (altı yüz) manat;

2.6.2. orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat;

2.6.3. orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat;

2.7. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 (yüz iyirmi) manat;

2.8. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 (iki yüz əlli) manat;

2.9. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 (üç yüz əlli) manat.

3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2025-ci il iyulun 1-dən 1700 (min yeddi yüz) manat müəyyən edilsin.

4. Fəxri adlara görə aylıq təqaüdün məbləği 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 (üç yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 (iki yüz) manat müəyyən edilsin.

5. “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 329 (Cild I) 2-ci hissəsində “1500 (min beş yüz)” sözləri “1700 (min yeddi yüz)” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594 (Cild I) 1-ci hissəsində “1800 (min səkkiz yüz)” sözləri “2000 (iki min)” sözləri ilə əvəz edilsin.

7. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 5 (Cild I) 1-ci hissəsində “600 (altı yüz)” sözləri “700 (yeddi yüz)” sözləri ilə əvəz edilsin.

8. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040 (Cild I) 1-ci hissəsində “600 (altı yüz)” sözləri “700 (yeddi yüz)” sözləri ilə əvəz edilsin.

9. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1.1-ci bənddə “500 (beş yüz)” sözləri “600 (altı yüz)” sözləri ilə əvəz edilsin;

9.2. 1.2-ci bənddə “400 (dörd yüz)” sözləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin;

9.3. 1.3-cü bənddə “330 (üç yüz otuz)” sözləri “400 (dörd yüz)” sözləri ilə əvəz edilsin.

10. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

10.1. 1.1.2-ci yarımbənd üzrə:

10.1.1. ikinci abzasda “270 (iki yüz yetmiş)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;

10.1.2. üçüncü abzasda “220 (iki yüz iyirmi)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin;

10.1.3. dördüncü abzasda “150 (yüz əlli)” sözləri “180 (yüz səksən)” sözləri ilə əvəz edilsin;

10.2. 1.1.3-cü yarımbənd üzrə:

10.2.1. ikinci abzasda “270 (iki yüz yetmiş)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;

10.2.2. üçüncü abzasda “220 (iki yüz iyirmi)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin;

10.2.3. dördüncü abzasda “150 (yüz əlli)” sözləri “180 (yüz səksən)” sözləri ilə əvəz edilsin;

10.3. 1.1.4-cü yarımbənd üzrə:

10.3.1. ikinci abzasda “270 (iki yüz yetmiş)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;

10.3.2. üçüncü abzasda “220 (iki yüz iyirmi)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin;

10.3.3. dördüncü abzasda “150 (yüz əlli)” sözləri “180 (yüz səksən)” sözləri ilə əvəz edilsin;

10.4. 1.1.6-cı yarımbənddə “120 (yüz iyirmi)” sözləri “140 (yüz qırx)” sözləri ilə əvəz edilsin;

10.5. 1.1.8-ci və 1.1.9-cu yarımbəndlərdə “120” rəqəmləri “140 (yüz qırx)” sözləri ilə əvəz edilsin;

10.6. 1.1.10-cu yarımbənddə “100 (bir yüz)” sözləri “140 (yüz qırx)” sözləri ilə əvəz edilsin;

10.7. 1.1.12-ci yarımbəndin 1-ci abzasında “200” rəqəmləri “240 (iki yüz qırx)” sözləri ilə əvəz edilsin;

10.8. 1.1.13-cü yarımbəndin 2-ci abzasında “395” rəqəmləri “500 (beş yüz)” sözləri ilə, “415” rəqəmləri “600 (altı yüz)” sözləri ilə, “435” rəqəmləri “650 (altı yüz əlli)” sözləri ilə əvəz edilsin;

10.9. 1.2.2-ci və 1.2.3-cü yarımbəndlərdə “500 (beş yüz)” sözləri “600 (altı yüz)” sözləri ilə əvəz edilsin.

11. “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1539 (Cild I) 1-ci hissəsində “105 (yüz beş)” sözləri “140 (yüz qırx)” sözləri ilə əvəz edilsin.

12. “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 249 (Cild I) 1-ci hissəsində “200 (iki yüz)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin.

13. “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 962 (Cild I) 1-ci hissəsində “600 (altı yüz)” sözləri “700 (yeddi yüz)” sözləri ilə əvəz edilsin.

14. “Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 643 (Cild I) 1-ci hissəsində “100 (bir yüz)” sözləri “120 (yüz iyirmi)” sözləri ilə əvəz edilsin.

15. “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1488 (Cild I) 1-ci hissəsində “2000 (iki min)” sözləri “2200 (iki min iki yüz)” sözləri ilə əvəz edilsin.

16. “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1494 (Cild I) 1-ci hissəsində “300 (üç yüz)” sözləri “350 (üç yüz əlli)” sözləri ilə əvəz edilsin.

17. “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609 (Cild I) 1-ci hissəsinin birinci abzasında “200 (iki yüz)” sözləri “300 (üç yüz)” sözləri ilə, “150 (yüz əlli)” sözləri “200 (iki yüz)” sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Küləkli hava şəraiti ilə bağlı əhaliyə sarı xəbərdarlıq edilib  

İyunun 14-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Salyan, Neftçala, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik və Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

13 İyun 2025, 16:49

Xankəndi, Şuşa, Ağdərə və Xocalıda milli park yaradılır  

Azad olunmuş Xankəndi və Şuşa şəhərlərində, eləcə də Ağdərə və Xocalı rayonlarının ərazisində yeni milli park yaradılır.CityPost.az Report-a istinadən xəbər verir ki, bunu Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, milli park 100 min hektar ərazini əhatə edəcək:"Artıq parkın xəritəsi də hazırlanıb və sənəd Əmlak məsələləri üzrə Dövlət Komitəsinə göndərilib. Bu ilin sonuna qədər yeni parkın yaradılması nəzərdə tutulub"....

13 İyun 2025, 14:50

Sabahın hava proqnozu açıqlandı  

Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən məlumata görə, şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 20-22° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi bir sıra ərazilərdə arabir güclənəcək.Havanın temperaturu gecə 18-22° isti,...

13 İyun 2025, 13:00

Qanunsuz aborta görə cəzalar sərtləşdirilir  

Qanunsuz abort zamanı şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vuranlar 1 ilədək həbs ediləcək.CityPost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vurulduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.Eyni zamanda layihəyə əsasən, həmin əməllər nəticəsində zərərçəkmiş şəxsin...

13 İyun 2025, 11:44

Müharibə və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin təqaüdü artırılıb  

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırılıb.CityPost.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmana əsasən, 2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 500 manatdan 600 manata, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 400 manatdan 500 manata, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 330 manatrdan 400 manata qaldırılıb....

12 İyun 2025, 20:32

"Naxçıvan" TV-nin sədri vəzifəsindən azad edilib  

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.CityPost.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb. Sərəncama əsasən, Sahil Abdulla oğlu Tahirli “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunub.Digər sərəncamla “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinin müvəqqəti icrası QSC-nin sədr müavini Novruzova İlhamə Tofiq qızına həvalə edilib....

12 İyun 2025, 19:45