Bizə yazın

Baku

-°C

USD

-

Aclığı söndürən neyron şəbəkəsi aşkar edilib

Tibb 13 İyun 2025, 17:44

2028

"Maks Plank" İnstitutunun alimləri siçanlarda aclıq hissini söndürən neyron şəbəkəsini aşkar ediblər – heyvan yemək iyini aldıqdan dərhal sonra. Amma bu mexanizm kök siçanlarda işləmir.

CityPost.az xəbər verir ki, tədqiqat "Nature Metabolism" jurnalında dərc olunub.

Tədqiqatçılar beynin medial septumunda qoxuları emal etmək üçün ilk düyün olan iybilmə lampası ilə birbaşa əlaqəli olan yeni sinir hüceyrələri qrupu tapdılar. Siçan yeməyin iyini alan kimi neyronlar aktivləşir və toxluq hissi yaradır. Ancaq yeməklə əlaqəli olmayan dad və qoxular öz-özünə bu reaksiyaya səbəb olmur.
"Bu, çox güman ki, təkamül mexanizmidir,-deyə tədqiqat müəllifi Janis Bulk bildirib. Təbiətdə tez yeyib qaçan siçanın yırtıcıdan xilas olmaq şansı daha yüksəkdir.
Amma kök siçanlarda bu mexanizm söndürülür: yeməyin qoxusu neyronları aktivləşdirmir və onlar həmişəki kimi yeməyə davam edirlər. Tədqiqatçılar qeyd edirlər ki, piylənmə özü qoxu sistemini, o cümlədən yeni neyronlar qrupunu poza bilər.
İnsanlarda da bu neyronlar var. Üstəlik, bəzi tədqiqatlar göstərir ki, yeməkdən əvvəl müəyyən qoxular iştahı azaldır – ancaq arıq insanlarda. Artıq çəkili insanlarda qoxular, əksinə, aclıq hissini artırır. Yeni kəşf səbəbini izah edə bilər.
"İndi biz bilirik ki, qoxu hissi iştahın tənzimlənməsində əsas rol oynayır. Və əgər yemək qoxusu bəzi insanlarda toxluq hissi yaradırsa, digərləri üçün deyilsə, bu o deməkdir ki, həddindən artıq yeməyin qarşısını almaq üçün yanaşma fərdiləşdirilməlidir", - tədqiqatın rəhbəri Sofi Stekulorum əlavə edib.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub - RƏSMİ 

Bu ilin yeddi ayı ərzində aparılan müayinələr nəticəsində 762 nəfər İnsanın immunçatışmazlığı virusu ilə (İİV) yaşayan şəxs aşkar edilərək qeydiyyata alınıb.Bu barədə  Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.Bildirilib ki, onlardan 749 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 542 nəfəri kişi, 207 nəfəri qadındır.Cari dövrdə İİV-ə yoluxan Azərbaycan vətəndaşları arasında inyeksion narkotik istifadəsi ilə əlaqəli hallar 35 nəfər təşkil edib.2024-cü ilin eyni dövrü ilə müqayisədə (799 nəfər) bu il yoluxma hallarında cüzi azalma müşahidə olunur. Bu göstərici, vaxtında aparılan müayinələrin və profilaktik tədbirlərin əhəmiyyətini bir daha təsdiqləyir."Qeyd edək ki, İİV-in qarşısının alınmasında ən vacib...

14 Avqust 2025, 10:26

Çinli həkimlər 5000 kilometr uzaqlıqdan əməliyyat ediblər  

Çinli cərrahlar peyk texnologiyasından istifadə etməklə 5000 kilometr uzaqlıqdan robot əməliyyatlar ediblər.CityPost.az  xəbər  verir   ki, Çinli cərrah Prof. Dr. Rong Liunun rəhbərlik etdiyi qrup, Lhasada 5000 kilometr uzaqlıqdan peyk və robot cərrahiyyə texnologiyasından istifadə etməklə Pekində iki xəstə üzərində əməliyyat keçirib.Ənənəvi 5G dəstəkli cərrahi sistemlərdə məsafə məhdudiyyəti olsa da, bu əməliyyatda 'Apstar-6D' peykinin aktivləşdirilməsi ilə gecikmələrin minimuma endirildiyi bildirilib.Professor Rong Liunun rəhbərlik etdiyi həkimlər qaraciyər xərçəngi və hemangioma olan iki xəstəni təxminən 124 dəqiqə davam edən əməliyyatlarla müalicə ediblər. Bildirilib ki, yeni nəsil qoşulma sistemləri sayəsində əməliyyat zamanı məlumat axını fasiləsiz təmin edilib və əməliyyatlar yüksək dəqiqliklə həyata keçirilə bilir....

02 İyul 2025, 15:54

Ağ çörək bağırsaq xərçəngi riskinin artırır - TƏDQİQAT

Yeni genişmiqyaslı araşdırma göstərdi ki, müntəzəm olaraq ağ çörək yemək xərçəngin ən çox yayılmış və təhlükəli növlərindən biri olan bağırsaq xərçəngin inkişaf riskini artıra bilər.

23 İyun 2025, 16:30

Hər gün oruc tutmaq klassik pəhrizlərdən daha effektivdir

Fasiləli oruc, ənənəvi pəhrizlərdən daha effektiv şəkildə arıqlamağa kömək edir. Alternativ gün orucu arıqlamaq üçün xüsusilə yaxşıdır.

21 İyun 2025, 18:44

Gəncədə iki nəfər qidadan zəhərlənib 

Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.Hadisə şəhər ərazisində qeydə alınıb.1981-ci il təvəllüdlü Zaur Cəfərov və 1990-cı il təvəllüdlü Qədir Kazımov qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.Onlara dərhal tibbi yardım göstərilib. Hazırda hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir.İlkin məlumata görə, zəhərlənməyə qəbul etdikləri qida səbəb olub. Faktla bağlı araşdırma aparılır.

21 İyun 2025, 00:20

Bu əlamətlər Parkinson xəstəliyindən xəbər verir

"Zhejiang" Universitetinin alimləri qulaq kiri qoxusunun təhlili əsasında Parkinson xəstəliyinin (PD) erkən skrininq sistemini hazırlayıblar. 

20 İyun 2025, 16:16