Bizə yazın

Baku

-°C

USD

-

Bu çərəz qanda pis xolesterol səviyyəsini AZALDIR

Tibb 13 İyun 2025, 17:30

1339

Gündəlik badam yemək qanda pis xolesterinin səviyyəsini aşağı salaraq, ürək-damar xəstəliklərinin inkişaf riskini azalda bilər. "Linus Pauling" İnstitutunun və Oreqon Dövlət Universitetinin İctimai Səhiyyə Kollecinin alimləri belə nəticəyə gəliblər.

CityPost.az xəbər verir ki, araşdırmanın nəticələri "Nutrition Research" ("NutriRes") jurnalında dərc olunub.

Tədqiqatda qarın boşluğunda piylənmə, yüksək qan təzyiqi, yüksək qan şəkəri, aşağı yaxşı xolesterin və yüksək trigliseridlərlə xarakterizə olunan metabolik sindrom diaqnozu qoyulmuş böyüklər iştirak etmişdir. İştirakçılar iki qrupa bölündü: Biri 12 həftə ərzində hər gün təxminən 45 badam (320 kilokaloriyə bərabər) yeyirdi, digəri isə kraker şəklində eyni miqdarda kalori aldı.

Cəmi dörd həftədən sonra birinci qrupdakı iştirakçılar E vitamini səviyyəsində artım göstərdilər. Bu, hüceyrələri sərbəst radikallar (qeyri-sabit molekullar) tərəfindən zədələnmədən qorumağa kömək edən güclü antioksidantdır. Həmçinin, badam istehlak edən subyektlər qan damarlarının divarlarında lövhə əmələ gətirə bilən ümumi və pis xolesterol səviyyəsində azalma göstərdilər. Bundan əlavə, bağırsaqların vəziyyətində müsbət dəyişikliklər və bel ətrafının azalması qeyd edildi.

Alimlərin fikrincə, E vitamini çatışmazlığı bir çox insanlarda rast gəlinir və badamın müntəzəm istehlakı pəhrizdəki bu boşluğu doldurmağa kömək edə bilər. Tədqiqatın müəllifləri əks göstərişləri olmayan, xüsusən də ürək-damar xəstəlikləri riski olan insanların gündəlik qida rasionuna qoz-fındıq daxil etməyi tövsiyə edir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub - RƏSMİ 

Bu ilin yeddi ayı ərzində aparılan müayinələr nəticəsində 762 nəfər İnsanın immunçatışmazlığı virusu ilə (İİV) yaşayan şəxs aşkar edilərək qeydiyyata alınıb.Bu barədə  Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.Bildirilib ki, onlardan 749 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 542 nəfəri kişi, 207 nəfəri qadındır.Cari dövrdə İİV-ə yoluxan Azərbaycan vətəndaşları arasında inyeksion narkotik istifadəsi ilə əlaqəli hallar 35 nəfər təşkil edib.2024-cü ilin eyni dövrü ilə müqayisədə (799 nəfər) bu il yoluxma hallarında cüzi azalma müşahidə olunur. Bu göstərici, vaxtında aparılan müayinələrin və profilaktik tədbirlərin əhəmiyyətini bir daha təsdiqləyir."Qeyd edək ki, İİV-in qarşısının alınmasında ən vacib...

14 Avqust 2025, 10:26

Çinli həkimlər 5000 kilometr uzaqlıqdan əməliyyat ediblər  

Çinli cərrahlar peyk texnologiyasından istifadə etməklə 5000 kilometr uzaqlıqdan robot əməliyyatlar ediblər.CityPost.az  xəbər  verir   ki, Çinli cərrah Prof. Dr. Rong Liunun rəhbərlik etdiyi qrup, Lhasada 5000 kilometr uzaqlıqdan peyk və robot cərrahiyyə texnologiyasından istifadə etməklə Pekində iki xəstə üzərində əməliyyat keçirib.Ənənəvi 5G dəstəkli cərrahi sistemlərdə məsafə məhdudiyyəti olsa da, bu əməliyyatda 'Apstar-6D' peykinin aktivləşdirilməsi ilə gecikmələrin minimuma endirildiyi bildirilib.Professor Rong Liunun rəhbərlik etdiyi həkimlər qaraciyər xərçəngi və hemangioma olan iki xəstəni təxminən 124 dəqiqə davam edən əməliyyatlarla müalicə ediblər. Bildirilib ki, yeni nəsil qoşulma sistemləri sayəsində əməliyyat zamanı məlumat axını fasiləsiz təmin edilib və əməliyyatlar yüksək dəqiqliklə həyata keçirilə bilir....

02 İyul 2025, 15:54

Ağ çörək bağırsaq xərçəngi riskinin artırır - TƏDQİQAT

Yeni genişmiqyaslı araşdırma göstərdi ki, müntəzəm olaraq ağ çörək yemək xərçəngin ən çox yayılmış və təhlükəli növlərindən biri olan bağırsaq xərçəngin inkişaf riskini artıra bilər.

23 İyun 2025, 16:30

Hər gün oruc tutmaq klassik pəhrizlərdən daha effektivdir

Fasiləli oruc, ənənəvi pəhrizlərdən daha effektiv şəkildə arıqlamağa kömək edir. Alternativ gün orucu arıqlamaq üçün xüsusilə yaxşıdır.

21 İyun 2025, 18:44

Gəncədə iki nəfər qidadan zəhərlənib 

Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.Hadisə şəhər ərazisində qeydə alınıb.1981-ci il təvəllüdlü Zaur Cəfərov və 1990-cı il təvəllüdlü Qədir Kazımov qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.Onlara dərhal tibbi yardım göstərilib. Hazırda hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir.İlkin məlumata görə, zəhərlənməyə qəbul etdikləri qida səbəb olub. Faktla bağlı araşdırma aparılır.

21 İyun 2025, 00:20

Bu əlamətlər Parkinson xəstəliyindən xəbər verir

"Zhejiang" Universitetinin alimləri qulaq kiri qoxusunun təhlili əsasında Parkinson xəstəliyinin (PD) erkən skrininq sistemini hazırlayıblar. 

20 İyun 2025, 16:16