Deputatın canlı efirdə dili topuq vurdu: “Zəngəzur dəhlizi səmərəsiz ərazidir” — VİDEO
Cəmiyyət 10 Avqust 2025, 22:37

686
Milli Məclisin deputatı Aydın Hüseynov Real TV-nin canlı efirində Vaşinqtonda keçirilən Sülh sammiti və Zəngəzur dəhlizi barədə fikirlərini bölüşüb. Lakin çıxış zamanı millət vəkilinin bir neçə dəfə rabitəsiz cümlələr işlətməsi və fikirlərini ardıcıl ifadə edə bilməməsi diqqətdən yayınmayıb.
Editor.az xəbər verir ki, xüsusilə deputatın Zəngəzur dəhlizini “səmərəsiz bir ərazi” kimi səsləndirməsi efirdə çətin anlar yaradıb. Aparıcı dərhal mövzuya müdaxilə edərək, Hüseynovdan fikrini dəqiqləşdirməsini istəyib. Deputat düzəliş etmək istəsə də, yenidən rabitəsiz nitqə yol verib.
Sözügedən çıxışın görüntüləri və dialoqun tam mətni təqdim edirik:
Deputat: “Bu Rusiyanın, regionda konkret olaraq Ermənistandakı təsir dairəsinin, konkret təsiri altında olduğu bir dövrdə biz nə gördük? Orada müharibə gördük, təhdidlər gördük. Eyni zamanda, bütövlükdə dünya iqtisadiyyatının əsas seqmentlərindən biri olan Zəngəzur dəhlizinin,(indən sonrakı fəaliyyətə başlayacaq) bu sahənin səmərəsiz bir ərazi olduğunu gördük. Eləcə də digər cənub qonşumuz da…
Aparıcı müdaxilə edir: Əgər siz demişkən, səmərəsiz olsaydı ABŞ buna bu dərəcədə… Onların düşüncəsi ilə desək…
Deputat: Yox, üzr istəyirəm. Ayrı fikrə gəlirəm. Əslində vacib bir sahəni Rusiyanın nəzarət altında, təsiri altında olduğu kənarda qalmışdı. Yeni, səmərəli, faydalı dünya iqtisadiyyatında əsas oynayacaq bir seqment inteqrasiya olunmamışdı.
Həmçinin oxuyun

Lənkəranda yolun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Məşhur idmançını döyüb öldürdülər
Azərbaycan və Ermənistanı sülhə aparan bəndlər – paraflanan sazişin tarixi maddələri - ŞƏRH
Business Insider: ABŞ ordusu işə qəbul çatışmazlığı ilə üzləşə bilər
-Maraqlar var idi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Qusarda ana doğuşdan sonra ölüb
Qusar rayonunda ana doğuşdan sonra ölüb.Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra ölüb.Yaxınları onun əməliyyatdan sonra komaya düşdüyünü, ötən gün xəstəxanada öldüyünü bildiriblər.Y.Ospatovanın avqustun 11-də dünyaya gətirdiyi körpənin (qız) vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.Bu, onun ikinci hamiləliyi olub.
13 Avqust 2025, 10:52

Elçin müəllimin unudulmaz təbəssümü - Sərvaz HÜSEYNOĞLU
Böyük oğluma Xalq yazıçısı, unudulmaz Elçinin adını qoymuşam.Böyük sənətkar əlamətdar tədbirlər zamanı hər qarşılaşdığımızda özünəməxsus təbəssümlə soruşardı ki, adaşım necədi?Rayonumuzun ucqar kəndində yaşayan 96 yaşlı atama poçtla "Ölüm hökmü" kitabını göndərmişdi. Ömrünün son günlərinəcən atam o kitabı xüsusi həssaslıqla yanına gələnlərə göstərib, dərin ehtiramla "İlyas Əfəndiyevin oğlu göndərib" - deyə o möhtəşəm kitabın qalın cildini ehmalca sığallayardı.Ən ümidsiz günlərimdə bilirdim ki, bu böyük, başı özünə qarışmış şəhərdə qayğıkeş Elçin müəllim var.Təsəllimdi ki, Elçin müəllimin əziz adı ədəbiyyat və əbədiyyət üfüqlərində daim yaşayacaq. Çağdaş ədəbi nəslin üstündə əbədi Elçin yaxşılığı var.Unutmamalıyıq.Elçin Əfəndiyev imzası böyük sabahlar üçün var olan imzadı. Səmimiyyət və...
12 Avqust 2025, 21:21

Vilayət Eyvazovun Xaçmazdakı vətəndaş qəbulunun tarixi dəyişdirilib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun Xaçmaz rayonunda nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişdirilib.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, 2025-ci il avqust ayının 22-də Xaçmaz Rayon Polis Şöbəsinin binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi avqust ayının 29-a dəyişdirilib.
12 Avqust 2025, 16:45

Zəngəzura ABŞ yox, bu ölkə NƏZARƏT EDƏCƏK
“Vaşinqtonda İrəvan-Bakının memorandumun imzalanmasında Ankaranın mühüm rolu olub və gələcəkdə onun Zəngəzur dəhlizinin açılmasında iştirak dərəcəsi ABŞ-dən qat-qat yüksək olacaq”.CityPost.az xəbər verir ki, bunu erməni türkoloq Mqer Abramyan deyib.“Bu sənəddən ən çox razı qalan Türkiyədir. Belə desək, sənəd Türkiyənin istəklərinə uyğunlaşdırıldı və Ankara onun ABŞ-də imzalanmasını hər cür təşviq etdi. Əgər bu məsələyə Amerika tərəfindən hər cür şərait yaradılarsa, o zaman bu məsələyə aydınlıq gətiriləcək”, - ekspert bildirib.Abramyan qeyd edib ki, dəhlizə Ankara nəzarət edəcək, çünki ABŞ və Türkiyə strateji müttəfiqdir və NATO-nun bir hissəsidir.Analitik əlavə edib ki, NATO-nun son bəyanatları fonunda Türkiyənin regiondakı rolu artıb və ölkənin Avropanın təhlükəsizliyini...
12 Avqust 2025, 11:49

Bu hakimin fəaliyyətinə xitam verildi
Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verilib.Bu qərar xanım hakimin öz müraciəti əsasında qəbul olunub.A.Paşayeva ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçəcəyini bildirib. Bu səbəbdən vəzifədən getmək üçün ərizə təqdim edib. Məhkəmə-Hüquq Şurası ərizəni təsdiqləyib.Qeyd edək ki, Adilə Paşayeva həm də Sabunçu Rayon Məhkəməsinin spiker hakimi vəzifəsini icra edirdi.(QAFQAZİNFO)
11 Avqust 2025, 19:24

Bakıda Uluqbəy küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 11 avqust saat 18:00-dan etibarən Uluqbəy küçəsinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.CityPost.az xəbər verir ki, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
11 Avqust 2025, 15:25