Bizə yazın

Baku

-°C

USD

-

Ət kəskin bahalaşacaq - Bu qiymətə olacaq

Cəmiyyət 02 Sentyabr 2025, 11:31

305

Son müşahidələrə əsasən ölkədə ətin miqdarı nəzərəçarpacaq dərəcədə azalıb. Ət kəsim məntəqələrində bir növ qıtlıq yaşanır. Eyni zamanda, qiymətlərdə də artım müşahidə olunur. Artıq mal əti 17, quzu əti isə 24 manata təklif edilir.

Maraqlıdır, mövcud qıtlığın və qiymət artımının səbəbi nədir?

Bu və digər suallarla müraciət etdiyimiz kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Publika.az-a açıqlamasında sözügedən problemin əsas səbəblərindən danışdı.

Onun sözlərinə görə, ölkədə ət qıtlığının yaşanmasının arxasında 4 əsas faktor dayanır:

“Azərbaycanda xüsusilə xırdabuynuzlu heyvanların sayı kəskin şəkildə azalıb. Bu da ölkədə ət məhsullarının, xüsusilə quzu və qoç ətinin bahalaşmasına səbəb olub. Hazırda bəzi yerlərdə quzu ətinin qiyməti 30 manata qədər yüksəlib.

Son 5 ildə xırdabuynuzlu heyvanların sayı təxminən 1,7 milyon baş azalıb ki, bu da 20 faizdən çox azalma deməkdir. Bunun əsas səbəbləri kimi aşağıdakı faktorları göstərmək olar:

Yem qıtlığı: Ölkədə heyvandarlıq üçün lazım olan yemlərin istehsalı kifayət qədər deyil. Otlaq sahələrində məhsuldarlıq aşağı düşüb. Əgər əvvəl il ərzində xırdabuynuzlu heyvandan 15-16 kilo ət almaq olurdusa, artıq bu, mümkün deyil. Həmçinin, əvvəl bir heyvan qısa müddətdə yetişdirilirdisə, artıq yem qıtlığı səbəbindən daha uzun müddət lazım olur.

Təbii otlaq-örüş sahələrinin zəbt edilməsi: İmkanlı şəxslər, məmurlar örüş və biçənək sahələrini özəlləşdirərək villalar tikib, istirahət zonaları yaradıblar. Artıq heyvandarlıq sahəsi demək olar ki, onların əlindədir. Kəndlilər məcburiyyət qarşısında qalıb heyvanlarını kəsimə verir, ya da satırlar. İşbazların məqsədi əllərində az sayda heyvan saxlayıb, daha yüksək qiymətə satıb, daha çox qazanc əldə etməkdir. Bu isə heyvandarlığa ciddi zərbə vurur.

Doğum səviyyəsinin enməsi: Dişi heyvanların sayının azalması doğum səviyyəsinin də aşağı düşməsinə səbəb olub. Əvvəllər kəsim məntəqələrində, məsələn, gündə 2 heyvan kəsilirdisə, indi bu rəqəm yarıya enib. Say o qədər azalıb ki, 6-7 il əvvəlki qiymətlərə qayıtmaq üçün bir il ərzində xırdabuynuzlu heyvanların sayı 1 milyon 700 min baş artırılmalıdır. Bunun üçün də ilk olaraq sadaladığım digər problemlər həll olunmalıdır.

Diri heyvan idxalı: Son 7 ayda ölkəyə gətirilən diri heyvanların sayı 2 dəfədən çox artıb. Lakin bu, daxili tələbatı tam təmin edə bilmir. Ölkəyə idxal olunan heyvanlar daxili istehsal kimi təqdim edilir. İşbazlar bu heyvanları idxal qiymətindən iki dəfə baha qiymətə təklif edirlər. İdxal olunan heyvanlar ucuz olsa da, bazarda inhisar şəraiti onların da baha qiymətə satılmasına səbəb olur”.

Ekspert hesab edir ki, bu problemlərin qarşısı alınmasa önümüzdəki aylarda qiymətlərdə daha çox artım müşahidə olunacaq:

“Əslində, təklif azaldıqca qiymətlərin artması səbəbindən artıq əhali arasında tələbat da azalıb. Son günlər ət kəsim və ya satış məntəqələrində alıcıların da azaldığını görürük. Proqnozlaşdırıram ki, bu ilin qışında mal ətinin qiyməti 20, quzu və qoç ətinin qiyməti isə 30 manatdan yuxarı ola bilər. Biz dəfələrlə bu barədə hökuməti məlumatlandırmışıq ki, bizi qarşıda çox çətin günlər gözləyir, ət, süd istehsalı daha da azalacaq. Artıq bu gün bunun şahidi oluruq.

Uzunmüddətli həll yolu kimi, heyvandarlıqda məhsuldarlığın artırılması, örüş sahələrinin kəndlilərə qaytarılması və yem təminatının yaxşılaşdırılmasını təklif edirəm. Hazırkı şəraitdə isə bahalaşma tendensiyası davam edəcək”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan lideri Vyetnam Prezidentinə məktub ünvanlayıb 

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa təbrik məktubu ünvanlayıb.CityPost.az    xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.Böyük inkişaf yolu keçmiş Vyetnam bu gün bütün sahələrdə sanballı nailiyyətlər əldə etmiş və uğurlara imza atmışdır.Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur. May ayında Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrimizin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində bir sıra istiqamətlər üzrə imzalanmış...

02 Sentyabr 2025, 11:45

Vilayət Eyvazov Naftalanda 8 rayon üzrə vətəndaşları qəbul edəcək 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 4-də Naftalan Rayon Polis Şöbəsinin inzibati binasında Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.CityPost.az   xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.09.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər....

01 Sentyabr 2025, 11:11

DYP: Sürət həddini aşmaq, qəfil manevrlər yol qəzalarının əsas səbəblərindəndir 

Respublikanın müxtəlif bölgələrində son günlər baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sükan arxasında məsuliyyətsiz davranış və yol hərəkəti qaydalarının pozulması təkcə sürücünün deyil, onunla birgə hərəkətdə olan ailə üzvlərinin, uşaqların və yaxınlarının həyatına ciddi təhlükə yaradır.CityPost.az  xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yollarda qayda pozuntuları barədə sürücülərə müraciətində deyilir:"Təəssüf ki, yollarda törədilən qayda pozuntuları çox zaman geri dönüşü mümkün olmayan faciələrlə yekunlaşır. Xüsusilə vurğulamaq lazımdır ki, qəzaların ən ağır və acı tərəfi qaydaları pozan sürücülərin deyil, çox vaxt onların günahsız sərnişinlərinin – körpə uşaqların, valideynlərin və yaxınların həyatlarını itirməsidir. Bu isə yol hərəkətində...

01 Sentyabr 2025, 10:25

Azərbyacan Prezidenti Malayziya Kralını təbrik edib 

Prezident İlham Əliyev Malayziyanın Kralı Sultan İbrahimə təbrik məktubu ünvanlayıb.CityPost.az xəbər verir ki, məktubda deyilir:"Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və arzularımı çatdırıram.Xoş ənənələr üzərində qurulan Azərbaycan-Malayziya dövlətlərarası əlaqələrinin, qarşılıqlı inam və dəstəyə əsaslanan əməkdaşlığının inkişafı və genişlənməsi məmnunluq doğurur.Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Malayziya xalqına daim rifah və firavanlıq...

31 Avqust 2025, 12:29

"Qayğı və himayə " xeyriyyə fondunun tədbiri keçirilib   

22 avqust 2025- ci ildə ,, Qayğı və himayə,, xeyriyyə fondunun həyata keçirdiyi ,,Gənclərin kreativ baxışları,, adlı layihəyənin yekun tədbiri keçirilmişdir. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Gənclərin kreativ baxışları " adlı layihə tədbiri, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı olan Əliağa Vahid adına kitabxana-muzeyndə keçirilmişdir. Tədbirdə ,,Qayğı və Himayə,, Xeyriyyə Fondunun rəhbəri Gülayə Rzayeva ilk olaraq Agentliyinin rəhbərliyinə minnətdarlığını bildirməklə bərabər tərtib etdiyi ,,Qalibiyyət nəğmələri,, adlı kitabı haqqında tədbir iştirakçılarına məlumat təqdim etdi.  Kitaba Azərbaycanın görkəmli şair və yazıçılarının böyük Zəfərimizi tərənnüm edən, doğma yurd, vətən sevgisi, qəhrəmanlıq duyğları aşılayan əsərləri daxil edilib.  Kitabın tərtibçisi...

31 Avqust 2025, 12:28

Baş Prokurorluqda yeni şöbələr - Rəislər təyin olundu 

Baş Prokurorluqda struktur dəyişikliyi aparılıb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin tərkibində ilk dəfə Kibertəhlükəsizlik və İnformasiya Texnologiyaları şöbələri yaradılıb.Baş prokuror Kamran Əliyevin Əmri ilə Aydın Verdiyev Kibertəhlükəsizlik, Akif Məmmədyarov isə İnformasiya Texnologiyaları şöbəsinin rəisi təyin edilib.Qeyd edək ki, idarədə daha əvvəl təsis olunmuş Kriminalistika şöbəsi də fəaliyyətini davam etdirir.

29 Avqust 2025, 12:49