Rusiya miqrantlar üçün yeni dövlət rüsumları tətbiq edib
Dünya 01 Sentyabr 2025, 14:33

518
Sentyabrın 1-dən etibarən Rusiya miqrasiya axınlarının artması səbəbindən miqrantlar üçün yeni dövlət rüsumları tətbiq edib.
CityPost.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.
Məlumata görə, Prezident Vladimir Putin tərəfindən imzalanan qanuna əsasən sentyabrın 1-dən miqrantların yaşayış yerində qeydiyyata alınması üçün 500 rubl, müvəqqəti qalma müddətinin uzadılması üçün 1000 rubl rüsum tətbiq edilib. Xarici vətəndaşların yaşayış yerində qeydiyyat rüsumu isə 420 rubldan 1000 rubla qaldırılıb.
Həmçinin oxuyun
Qeyd olunur ki, bu tədbirlər dövlət büdcəsinə 17 milyard rubl vəsait gətirməklə yanaşı, miqrantlara nəzarəti gücləndirəcək və qeyri-qanuni miqrasiyanın risklərini azaltmağa kömək edəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Rusiya Yaponiyanın Kuril adalarına marağının səbəblərini açıqlayıb
Yaponiya Kuril adalarında ədalətə deyil, resurslara görə maraqlıdır. CityPost.az xəbər verir ki, bunu aif.ru saytına müsahibəsində Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib."Düzünü desək, bu gün yaponlara "şimal əraziləri" adlanan yerlə bağlı ədalətə deyil, resurslara ehtiyac var. Həm mineral, həm də bioloji", - deyə rus diplomat qeyd edib.Patruşevin sözlərinə görə, Kuril adaları yaxınlığındakı dəniz dərinlikləri “unikal hidroqrafiyaya” malikdir və bir çox balıqlar üçün qida ilə zəngindir. O, Tokionun iddialarının kommersiya maraqlarına əsaslandığını vurğulayıb.Daha əvvəl Patruşev bildirmişdi ki, Yaponiya artıq bəyan etdiyi pasifizmə əməl etmir; yalnız kağız üzərində qalır.Nigar...
02 Sentyabr 2025, 11:58

Telekanal: Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayır
Hindistan yenidən Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) tamhüquqlu üzvlük verilməsinə qarşı çıxıb.Bu barədə CityPost.az "AnewZ"a istinadən xəbər verir.Pekin Çində keçirilən ŞƏT sammitində Azərbaycanın ərizəsini dəstəklədiyini təsdiqləyib və onun "Şanxay ruhu" prinsiplərinə uyğun olduğunu qeyd edib."Öz növbəsində, vəziyyətlə tanış olan rəsmi şəxslər "AnewZ"a bildiriblər ki, Hindistanın qərarı çoxtərəfli diplomatiya və "Şanxay ruhu" prinsiplərinə ziddir. Bu prinsiplər ikitərəfli mübahisələrin çoxtərəfli platformalara köçürülməsinin yolverilməzliyini nəzərdə tutur. Bu məlumatlara əsasən, Hindistanın mövqeyi Azərbaycanın Pakistan ilə qardaşlıq münasibətləri ilə sıx bağlıdır", - telekanal qeyd edib.Telekanalın müsahiblərindən biri qeyd edib ki, belə addımlar Azərbaycanın strateji kursunu dəyişmir, yalnız Hindistan siyasətinin məhdudluğunu nümayiş etdirir....
01 Sentyabr 2025, 13:04

ABŞ onların pulunu kəsdi
ABŞ prezidenti Donald Trampın administrasiyası xarici yardımı daha 5 milyard dollar azaltmağı planlaşdırır.CityPost.az xəbər verir ki, bu barədə New York Post yazır.ABŞ büdcəsinə qaytarılan ümumi 5 milyard dolların 3,2 milyardı ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID), qalan vəsait isə Dövlət Departamentinin digər fondlarına göndərilib. Yardıma Hondurasda iqlim dəyişikliyi ilə mübarizə üçün 24,6 milyon dollar, keçmiş Yuqoslaviya ölkələrində LGBT təşəbbüslərini dəstəkləmək üçün 3,9 milyon dollar və resurslarında irqi nifrətlə bağlı materiallar dərc edən Cənubi Afrika Demokratiya Fondunun fəaliyyətinə 2,7 milyon dollar daxildir.Bundan əlavə, Ağ Ev ABŞ büdcəsinə Konqo Demokratik Respublikası və Mərkəzi Afrika Respublikasında BMT-nin sülhməramlı missiyalarına dəstək üçün yönəldilmiş 838...
29 Avqust 2025, 13:50

ABŞ vitse-prezidenti Trampın yerinə göz dikib
ABŞ-ın vitse-prezidenti J.D.Vens dövlət başçısı Donald Trampın başına “faciə” baş verərsə, Birləşmiş Ştatların prezidenti vəzifəsini icra etməyə hazır olduğunu bildirib. CityPost.az xəbər verir ki, Siyasətçi bunu USA Today-ə müsahibəsində deyib.Vance əlavə edib ki, ABŞ-ın vitse-prezidenti olduğu müddətdə o, “çox təcrübə qazanıb”.Avqust ayında Tramp demişdi ki, ictimaiyyət onun üçüncü müddətə namizəd olmasını istəyir.Miri
29 Avqust 2025, 13:47

Netanyahu Əmirlik yaratmaq istəyir
İsrail televiziyası xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bu gün Hebron şəhərinin Fələstin muxtariyyətinin nəzarətindən mümkün çıxarılması ilə bağlı iclas keçirəcək.CityPost.az xəbər verir ki, İqtisadiyyat naziri Nir Barkatın təklif etdiyi plan PA rəhbərliyini yerli klanlarla əvəz etməyi və İsraili yəhudi dövləti kimi tanıyacaq və İbrahim razılaşmalarına qoşulacaq ayrıca “əmirlik” yaratmağı təklif edir.i24NEWS-in məlumatına görə, layihə həm də təhlükəsizlik divarının yaxınlığında on minlərlə fələstinlinin işləyə biləcəyi 100 hektardan artıq birgə sənaye zonasının yaradılmasını əhatə edir. Lakin İsrailin təhlükəsizlik xidməti Şin Bet qorxur ki, belə bir addım terrorizmlə mübarizədə PA ilə əməkdaşlığı zəiflədə bilər.Bu arada İsrail mediası yazır ki, İsrail...
29 Avqust 2025, 13:30

Çin Amerika ilə danışmaq istəmir
Pekin Vaşinqtonun iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri arasında telefon danışığı keçirmək təklifini rədd edib və bu, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra ilk yüksək səviyyəli hərbi təmas ola bilərdi. CityPost.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Nikkei Asia məlumat yayıb.Portalın məlumatına görə, Pekin münasibətlərin yaxşılaşdırılması üçün aydın yol görmür və ABŞ-ın müdafiə naziri Pit Heqsetin son çıxışında diqqəti aqressiv dilə yönəldib. Xüsusilə, bu, Pentaqon rəhbərinin "Çinin yaratdığı təhlükə realdır və qaçılmaz ola bilər" ifadəsinə aiddir. Amerika tərəfi çıxışın Vaşinqtonun münaqişəyə girmək istəməməsindən bəhs edən hissəsini daha vacib hesab edir.Pit Heqsetin kiminlə danışıqlar apara biləcəyi ilə bağlı da fikir...
29 Avqust 2025, 13:28