Azərbaycan lideri Vyetnam Prezidentinə məktub ünvanlayıb
Cəmiyyət 02 Sentyabr 2025, 11:45

381
Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa təbrik məktubu ünvanlayıb.
CityPost.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Böyük inkişaf yolu keçmiş Vyetnam bu gün bütün sahələrdə sanballı nailiyyətlər əldə etmiş və uğurlara imza atmışdır.
Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur. May ayında Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrimizin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində bir sıra istiqamətlər üzrə imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Vyetnam əlaqələrini daha yüksək pilləyə qaldırdı.
Həmçinin oxuyun
Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər sahələr üzrə böyük əməkdaşlıq potensialı mövcuddur. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Biz sağlam təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizi bundan sonra da inkişaf etdirmək əzmindəyik.
Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ət kəskin bahalaşacaq - Bu qiymətə olacaq
Son müşahidələrə əsasən ölkədə ətin miqdarı nəzərəçarpacaq dərəcədə azalıb. Ət kəsim məntəqələrində bir növ qıtlıq yaşanır. Eyni zamanda, qiymətlərdə də artım müşahidə olunur. Artıq mal əti 17, quzu əti isə 24 manata təklif edilir.Maraqlıdır, mövcud qıtlığın və qiymət artımının səbəbi nədir?Bu və digər suallarla müraciət etdiyimiz kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Publika.az-a açıqlamasında sözügedən problemin əsas səbəblərindən danışdı.Onun sözlərinə görə, ölkədə ət qıtlığının yaşanmasının arxasında 4 əsas faktor dayanır:“Azərbaycanda xüsusilə xırdabuynuzlu heyvanların sayı kəskin şəkildə azalıb. Bu da ölkədə ət məhsullarının, xüsusilə quzu və qoç ətinin bahalaşmasına səbəb olub. Hazırda bəzi yerlərdə quzu ətinin qiyməti 30 manata qədər yüksəlib.Son...
02 Sentyabr 2025, 11:31

Vilayət Eyvazov Naftalanda 8 rayon üzrə vətəndaşları qəbul edəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 4-də Naftalan Rayon Polis Şöbəsinin inzibati binasında Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.09.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər....
01 Sentyabr 2025, 11:11

DYP: Sürət həddini aşmaq, qəfil manevrlər yol qəzalarının əsas səbəblərindəndir
Respublikanın müxtəlif bölgələrində son günlər baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sükan arxasında məsuliyyətsiz davranış və yol hərəkəti qaydalarının pozulması təkcə sürücünün deyil, onunla birgə hərəkətdə olan ailə üzvlərinin, uşaqların və yaxınlarının həyatına ciddi təhlükə yaradır.CityPost.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yollarda qayda pozuntuları barədə sürücülərə müraciətində deyilir:"Təəssüf ki, yollarda törədilən qayda pozuntuları çox zaman geri dönüşü mümkün olmayan faciələrlə yekunlaşır. Xüsusilə vurğulamaq lazımdır ki, qəzaların ən ağır və acı tərəfi qaydaları pozan sürücülərin deyil, çox vaxt onların günahsız sərnişinlərinin – körpə uşaqların, valideynlərin və yaxınların həyatlarını itirməsidir. Bu isə yol hərəkətində...
01 Sentyabr 2025, 10:25

Azərbyacan Prezidenti Malayziya Kralını təbrik edib
Prezident İlham Əliyev Malayziyanın Kralı Sultan İbrahimə təbrik məktubu ünvanlayıb.CityPost.az xəbər verir ki, məktubda deyilir:"Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və arzularımı çatdırıram.Xoş ənənələr üzərində qurulan Azərbaycan-Malayziya dövlətlərarası əlaqələrinin, qarşılıqlı inam və dəstəyə əsaslanan əməkdaşlığının inkişafı və genişlənməsi məmnunluq doğurur.Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Malayziya xalqına daim rifah və firavanlıq...
31 Avqust 2025, 12:29

"Qayğı və himayə " xeyriyyə fondunun tədbiri keçirilib
22 avqust 2025- ci ildə ,, Qayğı və himayə,, xeyriyyə fondunun həyata keçirdiyi ,,Gənclərin kreativ baxışları,, adlı layihəyənin yekun tədbiri keçirilmişdir. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Gənclərin kreativ baxışları " adlı layihə tədbiri, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı olan Əliağa Vahid adına kitabxana-muzeyndə keçirilmişdir. Tədbirdə ,,Qayğı və Himayə,, Xeyriyyə Fondunun rəhbəri Gülayə Rzayeva ilk olaraq Agentliyinin rəhbərliyinə minnətdarlığını bildirməklə bərabər tərtib etdiyi ,,Qalibiyyət nəğmələri,, adlı kitabı haqqında tədbir iştirakçılarına məlumat təqdim etdi. Kitaba Azərbaycanın görkəmli şair və yazıçılarının böyük Zəfərimizi tərənnüm edən, doğma yurd, vətən sevgisi, qəhrəmanlıq duyğları aşılayan əsərləri daxil edilib. Kitabın tərtibçisi...
31 Avqust 2025, 12:28

Baş Prokurorluqda yeni şöbələr - Rəislər təyin olundu
Baş Prokurorluqda struktur dəyişikliyi aparılıb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin tərkibində ilk dəfə Kibertəhlükəsizlik və İnformasiya Texnologiyaları şöbələri yaradılıb.Baş prokuror Kamran Əliyevin Əmri ilə Aydın Verdiyev Kibertəhlükəsizlik, Akif Məmmədyarov isə İnformasiya Texnologiyaları şöbəsinin rəisi təyin edilib.Qeyd edək ki, idarədə daha əvvəl təsis olunmuş Kriminalistika şöbəsi də fəaliyyətini davam etdirir.
29 Avqust 2025, 12:49