Bu il Azərbaycanda 1.6 milyard ədəddən çox yumurta istehsal edilib
Cəmiyyət 15 Sentyabr 2025, 12:27

241
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 383,9 min ton ət, 1493,4 min ton süd, 1 milyard 605,7 milyon ədəd yumurta, 14,3 min ton yun, 186,6 ton barama istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,1 faiz, ət istehsalı 1,2 faiz, süd istehsalı 0,3 faiz artıb, yun istehsalı 1,4 faiz, barama istehsalı 22,1 faiz azalıb.
Həmçinin oxuyun
Xatırladaq ki, 2025-ci ilin yanvar-avqust ayları üzrə ölkədə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9 milyard 424,2 milyon manat təşkil etmişdir ki, onun da 4 milyard 648,1 milyon manatı heyvandarlıq, 4 milyard 776,1 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,8 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,5 faiz azalıb, heyvandarlıq məhsulları istehsalı isə 1,1 faiz artıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Fərid Qayıbov yola salınır
AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsində çalışan Elxan Məmmədov yaxın vaxtlarda fəaliyyətini Azərbaycanda davam etdirə bilər.CityPost.az publika.az-a istinadən xəbər verir ki, o, gənclər və idman naziri təyin olunmağa yaxındır.Məmmədov bu vəzifədə Fərid Qayıbovu əvəz edəcək.Ehtimallara görə, onun təyinatı bu ilin oktyabrından sonra reallaşacaq. Buna səbəb ölkəmizdə keçiriləcək III MDB Oyunlarıdır.Elxan Məmmədovun son günlər Azərbaycanda olması məhz bununla əlaqədardır. O, FİFA-dakı gərgin iş qrafikinə rəğmən, tez-tez Bakıya səfərlər edir və yeni işinə hazırlaşır. Qitənin ali futbol qurumu da vəziyyətdən xəbərdardır.Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ,...
15 Sentyabr 2025, 14:09

“HRENGINEERING” MMC-nin tərəfdaşı olduğu beynəlxalq sammit başa çatdı
8 - 10 sentyabr 2025-ci il tarixlərində İstanbulda 18 ölkənin yüksək səviyyəli rəhbərlərini bir araya gətirən “Executive Leadership & AI Transformation Summit”-də ölkəmiz "HRENGİNEERIG" MMC tərəfindən təmsil olundu. Beş ulduzlu otellərin birində baş tutan sammitdə Azərbaycandan yeganə tərəfdaş qismində “HRENGINEERING” MMC iştirak etdi. Şirkətin dəstəyi ilə “SOCAR Group” və “Veysəloğlu Şirkətlər Qrupu” - nun rəhbər heyəti tədbirdə təmsil olunaraq beynəlxalq müzakirələrdə iştirak etdilər və qlobal şəbəkələşmə imkanlarından yararlandılar.Üç gün davam edən tədbirdə Qətər, Əlcəzair, Türkiyə və digər ölkələrdən sahə üzrə qlobal ekspert və alimlər çıxış edərək süni intellektin həyatımızda və liderlikdə rolu, biznes və liderlik sahəsində gətirdiyi imkanlarla yanaşı, yaratdığı riskləri...
15 Sentyabr 2025, 11:31

Müdafiə Nazirliyindən xəbərdarlıq
Pirəkəşkül və Ağdərədə 15-19 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - MN-dən bildirilib....
15 Sentyabr 2025, 10:51

Həmin erməni bir il əvvəl müsahibə veribmiş... - Video
Xəbər verdiyimiz kimi, ötən gün Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç şəhərdə keçirilən tədbir yerində silahlı təxribat etmək istəyərkən saxlanılıb.CityPost.az-ın məlumatına görə, adıçəkilən şəxsin 2024-cü il martın 22-də Baku TV-yə müsahibə verdiyi məlum olub.Belə ki, müsahibə zamanı özünü azərbaycanlı olaraq təqdim edən Albertoviç bu torpaqlardan getmək istəmədiyini də vurğulayıb.“16 yaşımda Azərbaycan vətəndaşı oldum. Mən Ermənistan vətəndaşı deyiləm. 30 il əvvəl banda bura gəldi. Çox insanlar qaçqın oldu. Mən Azərbaycan tarixini yaxşı bilirəm. Çünki azərbaycanlıyam”, – deyə o bildirmişdi.Qeyd edək ki, Katen Avanesyan qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5...
15 Sentyabr 2025, 10:38

Prezident Xocalının Daşbulaq kəndində tut bağında görülmüş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında olub.CityPost.az xəbər verir ki, dövlət başçısına görülmüş işlər barədə məlumat verildi.Bildirildi ki, burada Çin Xalq Respublikasından idxal olunmuş 130 min ting əkilib. Tut bağında damcılı suvarma sistemi yaradılıb.Qeyd olunub ki, 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama istehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 tondur. Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma sisteminin tətbiqi və təxminən 1,5 milyon tut tinginin əkilməsi, klaster modeli əsasında tut bağının salınması, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi,...
15 Sentyabr 2025, 10:27

Hadrut qəsəbəsində inşa edilmiş məscidin açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib.CityPost.az xəbər verir ki, "PMD Projects" MMC-nin direktoru Nəriman Topçubaşev əvvəlcə dövlətimizin başçısına inşası davam edən Hadrut yaşayış məhəlləsi barədə məlumat verib.Bildirilib ki, hazırda Hadrut qəsəbəsində "PMD GROUP" tərəfindən 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 hektar ərazini əhatə edən inşaat işləri sürətlə, eyni zamanda, yüksək keyfiyyətlə icra olunur.Prezident İlham Əliyevə qəsəbədə inşa edilmiş məscid barədə də məlumat verilib.Qeyd edək ki, bu məscidin təməlini dövlətimizin başçısı 2021-ci ilin oktyabrında qoyub.Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün...
14 Sentyabr 2025, 14:31