Bizə yazın

Baku

-°C

USD

-

Heydər Əliyev və xanımı film təqdimatında - Fotolar

Cəmiyyət 05 Oktyabr 2024, 10:26

1712

Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən "Tağıyev: Neft" bədii filminin premyerası olub.

Citypost.az xəbər verir ki, təqdimat mərasimində layihənin rəhbəri və prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Heydər Əliyev və Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

Əvvəlcə iştirakçılar foyedə filmin çəkilişi zamanı istifadə olunan geyim və tarixi əşyaların sərgiləndiyi guşə ilə tanış olublar.

Ekran əsərinin nümayişindən əvvəl məlumat verilib ki, "Tağıyev: Neft" filmi milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı "Tağıyev" filminin ilk seriyasıdır.

Filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələrə də toxunulur. Azərbaycan tarixinin bu mərhələsinin tanıdılması və milli dəyərlərimizin təbliğinə əhəmiyyətli töhfə olan 4 seriyalı filmin məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd edildiyi 2024-cü ildə təqdim olunması əlamətdar hadisədir.

Ekran əsəri Bakıda başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Tağıyevin həyatının müxtəlif dövrlərinə işıq salır. Bu ekran işində onun verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, məqsədləri ilə bağlı inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəldilməsi üçün atdığı tarixi addımlar haqqında məlumat almaq, yaşadığı dövrə səyahət etmək mümkün olacaq.

Film vasitəsilə Tağıyevin müsəlman Şərqində qızların təhsili üçün ilk dəfə xüsusi məktəbin əsasını qoyması, Azərbaycanda neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olması kimi diqqətəlayiq məsələlər diqqət mərkəzinə gətirilir.

Filmin çəkilişləri öz miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri aparılan ekran əsərinin kütləvi səhnələrində 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Tarixi səhnələr üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.

Ekran işinin ərsəyə gəlməsinə "Neqsol Holding", "Kapital Bank", "Bakcell" və "Norm" şirkətləri də dəstək verib.

Filmin təqdimatı böyük maraqla qarşılanıb.

Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.

Filmin rejissoru Zaur Qasımlı ekran əsərinin çəkilişlərinə göstərilən dəstəyə görə hər kəsə minnətdarlığını bildirib. O, ekran əsərinin çəkilişləri zamanı qarşılaşdıqları çətinliklərdən söhbət açıb və bu filmin Tağıyevin şəxsiyyətinə layiq bir iş olması üçün bütün güclərini səfərbər etdiklərini söyləyib.

Rejissor filmin ərsəyə gəlməsində göstərdiyi hərtərəfli dəstəyə görə Arzu Əliyevaya təşəkkür edib və yaradıcı heyət adından ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın tarix və mədəniyyətinin yaşadılmasına, təbliğinə mühüm töhfələr olan ekran əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Bu sırada "Hədəf Bakıdır", "Miras", "Son iclas", "Əbədi ezamiyyət", "Biz" və "Şuşa, sən azadsan!" kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmləri qeyd edə bilərik.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda ən çox boşanma halları Daşkəsəndədir - STATİSTİKA 

Ötən il Azərbaycanda hər min nəfərə düşən boşanma halları ən çox Daşkəsən rayonunda, ən az isə Cəlilabadda qeydə alınıb.Dövlət Statistika Komitəsindən  cavab olaraq bildirilib ki, 2024-cü ildə 21 min 384 boşanma qeydə alınıb.Onlardan 6673-ü Bakıda, 969-u Naxçıvan Muxtar Respublikasında, 1945-i Abşeron-Xızı iqtisadi rayonunad, 549-u Dağlıq Şirvan iqtisadi rayonda qeydə alınıb.Həmçinin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə cəmi 1540, Qarabağ iqtisadi rayonu üzrə 1591, Qazax-Tovuz iqisadi rayonu üzrə cəmi 1243, Quba-Xaçmaz iqtisadi rayonunda 943, Lənkəran-Astara iqtisadi rayonu üzrə isə 1375 nikah pozulub.Bundan başqa, 1452 boşanma hadisəsi Mərkəzi Aran iqtisadi rayonunda, 843-ü Mil-Muğan iqtisadi rayonunda, 977-i Şəki-Zaqatala iqtisadi rayonunda, 766-ı Şərqi Zəngəzur iqtisadi rayonunda,...

09 İyul 2025, 12:56

Bu günün valyuta məzənnələri 

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.CityPost.az-ın  məlumatına görə, 2025-ci il iyulun 9-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0425 manat təşkil edib. Avro 1,9911 manatadək ucuzlaşıb, Rusiyanın 100 rublu isə 2,1666 manata kimi bahalaşıb.

09 İyul 2025, 09:29

Bakıda bu yollarda sıxlıq var - SİYAHI 

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.CİTYpOST.AZ  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur....

09 İyul 2025, 09:05

Hacı İbrahimin könlündən kazino keçir?

Azərbaycanda süni torpaqlarda kazinoların inşasına və fəaliyyətinə rəsmən icazə verildiyi deyilir. Mövzu gündəmə gələn kimi yada iş adamı Hacı İbrahim Nehrəmli düşdü. Bildirilir ki, onun bir vaxtlar dənizdə inşa etdiyi “Xəzər Adaları” layihəsi də kazino üçün uyğundur. Hətta artıq belə iddialar dolaşır ki, Hacı İbrahim sözügedən ərazidə kazinolar açacaq.CityPost.az   xəbər   verir   ki, Qlobalinfo məsələyə aydınlıq gətirmək üçün Hacı İbrahimlə əlaqə saxlayıb.Onunla müsahibəni təqdim edirik:– İbrahim bəy, deyilənə görə, süni torpaqlarda kazinoların inşasına və fəaliyyətinə rəsmi icazə verilib. Sizin həmin ərazidə torpağınız olub. Bu barədə məlumat almaq istərdik.– Mən kazino təklifini 20 il öncə etmişdim. Lakin həmin vaxt məni anlayan olmadı....

09 İyul 2025, 08:25

Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.CityPost.az   xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında paylaşım edib."9 iyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə, milli maraqlarımızın qorunması və beynəlxalq aləmdə mövqeyimizin gücləndirilməsi istiqamətində əzmlə çalışan diplomatlarımıza davamlı nailiyyətlər arzulayıram. Peşə bayramınız mübarək!", - paylaşımda deyilir.

09 İyul 2025, 07:55

Bu gün Azərbaycanda Diplomatiya Günüdür 

Bu gün Azərbaycan diplomatlarının peşə bayramıdır.CityPost.az  xəbər verir ki, diplomatik xidmətin yaradılmasından 106 il ötür.Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyul ayının 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilib, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi -...

09 İyul 2025, 00:03