Bizə yazın

Baku

-°C

USD

-

Ərdoğanın Paşinyana məsləhəti: kitab oxu - ŞƏRH

Dünya 25 Sentyabr 2024, 16:26

600

BMT dünya dövləti rolunu oynaya bilər. Təşkilatın Baş Assambleyasının 79-cu sessiyasında dövlət, hökumət başçıları, XİN rəhbərləri və ölkələrin başqa yüksək vəzifəli rəsmilərinin bir-biri ilə görüşləri, çıxışları bunu təsdiqləyir.

Müxtəlif dövlətlərin başçıları BMT-də islahatlarının aparılmasını təklif edib. Hətta, bu istiqamətdə tənqidi məqalələr və kitablar belə yazılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Daha ədalətli bir dünya mümkündür” (“Daha Adil Bir Dünya Mümkün”) kitabında bu məsələdən də bəhs edib.

Sentyabrın 24-də Türkiyə lideri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində “Türk evində” Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.

Rəcəb Tayyib Ərdoğan ona kitabını hədiyyə verib.

Bunu Prezidentin hökumət başçısına özünəməxsus ismarışı da saymaq olar. Çünki belə görüşlərdə istənilən element təsadüfi sayılmaz.


Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin başlanmasına 15 il əvvəl cəhd edilmişdi. Onda Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Rəsmi İrəvan təcavüzkar üstünlüyündən istifadə edərək Türkiyəyə qarşı qondarma soyqırımı, ərazi iddialarından əl çəkmirdi. Bu azmış kimi Azərbaycan və Türkiyə məsələlərinin ayrılmasını təklif edirdi. Başqa sözlə o vaxt Ermənistanın əsas qanunu və müstəqillik haqqında konstitusiya aktı prosesin başlamasına ən böyük mane olmuşdu. Nəticədə məsələyə dair protokollar ləğv edildi.

Bundan sonra rəsmi Ankara Azərbaycan torpaqları işğaldan azad edilməyənədək bu ölkəyə sərhəd qapılarını açmayacağını bildirdi. İki ölkə arasında sərhəd-buraxılış məntəqələri indiyədək bağlıdır.

Buna səbəb yenə Ermənistanın müstəqillik haqqında konstitusiya aktı, əsas qanunu, tarix kitabları, gerbi, himni, bir sözlə, erməni etnik qrupu arasında on illərdir təbliğ olunan anti-Türkiyə və anti-Azərbaycan düşmənliyidir.


Nikol Paşinyan və komandasının üzvləri konstitusiya dəyişiklərinə hazır olduqlarını, qeyd etdiyimiz məsələlərdən, o cümlədən orta məktəblərdə tədris olunan tarix kitablarının dəyişdirilməsinin vacibliyini vurğulasalar da, indiyədək, bu istiqamətdə elə böyük işlər görülməyib. Yəni, İrəvan bu məsələdə bəyanatdan uzağa getməyib. Bununla belə müxtəlif görüşlərdə Paşinyan və hökumət üzvləri Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olduqlarından ağız dolusu danışırlar. Ermənistan rəhbərliyi həmin açıqlamaları ilə rəsmi Bakını beynəlxalq ictimaiyyətin qınaq obyektinə çevirməyə səy göstərir.

Ancaq 15 il əvvəl imzalanmış protokolların reallaşmamasının səbəbləri bu gün də aradan qalxmayıb.

Rəsmi İrəvan yeni konstitusiya üçün daha üç il gözlənilməsi bəyanatı ilə çıxış edir. Bu isə Azərbaycan və Türkiyə ilə normallaşma prosesinin başlanılmasının bilərəkdən yubadılması qənaətinə gəlməyə əsas verir. Ermənistanın Əsas qanununda dəyişiklik etməməsi Azərbaycanla sülh sazişinin imzalanmasına da böyük maneə olaraq qalmaqdadır.


Görüşdə Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan ölkələr arasında nizamlanma prosesini ilkin şərt olmadan davam etdirməyə və münasibətlərə yeni təkan verməyə hazır olduqlarını vurğulayıblar.

Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi çərçivəsində artıq atılmış addımlar və mövcud razılaşmalar barədə ətraflı danışıblar. Tərəflərin regional məsələləri də müzakirə etdikləri bildirilib.

Paşinyan Ərdoğana Ermənistanla Azərbaycan münasibətlərinin normallaşması prosesindəki mövcud vəziyyət, münasibətlərin nizamlanmasına dair saziş imzalamağa hazır olması, habelə hökumətin “Sülh kəsişməsi” təşəbbüsü barədə məlumat verib.

Türkiyə lideri Ermənistan hökumətinin başçısına bildirib ki, ölkələr ilkin şərt irəli sürmədən münasibətlərin normallaşdırılmasında mühüm irəliləyiş əldə ediblər və dialoq davam edəcək.

 
Ərdoğan Ankaranın Bakı və İrəvan arasında davamlı sülhün bərqərar olmasını, “yeni tarixi dövrdə dostluq əlaqələrinin qurulmasını” fəal dəstəklədiyini vurğulayıb.

Nyu-York görüşünün Ermənistanla Azərbaycan və Türkiyə rəsmilərinin, işçi qruplarının yeni dialoqu üçün zəmin ola biləcəyi də mümkündür.

Ancaq bu görüşlər münasibətlərin tənzimlənməsi prosesi istiqamətində əməli addıma çevrilmirsə, o halda belə danışıqlar Ermənistan tərəfdən gözdən pərdə asmaqdan başqa bir nəsnə deyil.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisinin ilk iclasındakı çıxışında Ermənistanla sülhə dair məsələdən də bəhs edib. O bildirib ki, sülh danışıqları Azərbaycanın təşəbbüsüdür. Prezidentin sözlərinə görə, Ermənistan bu məsələni süni şəkildə uzadır: “Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər. Bu birincisi. İkincisi, nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar. Amma bunu unutmaq istəyirlər və unutdurmaq istəyirlər”.


Bu, Ermənistana sülh danışıqları ilə bağlı daha bir çağırışdır. Başqa sözlə, Prezident Ermənistan rəhbərliyinə bir daha sülhdən danışmaqdansa, bu yöndə addım atılmasını çatdırıb: “İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasına heç kim sülh müqaviləsi təklif etməyib. Faşist Almaniyası bir neçə yerə bölünmüşdü, kapitulyasiyaya uğrayan faşist dövlət cəzalandırıldı. Burada isə kapitulyasiyaya uğrayan faşist dövlət nəinki cəzalandırılmadı, hətta onlara bütün preferensiyalar verilir”.

Təəssüf ki, Ermənistan hələ də xaricdəki havadarlarının təlimatları əsasında sülh və normallaşma prosesini tormozlayır.

Paşniyanın “Türk evi”ndə Ərdoğanla görüşə razılıq verməsini də diplomatik jest kimi qiymətləndirmək olar. Belə ehtimal etmək olar ki, Ermənistan hökumətinin başçısı buranı danışıqlar üçün BMT-nin mənzil-qərargahından daha etibarlı sayıb. Bundan başqa ilkin şərtsiz Türkiyə ilə normallaşmaya hazırdırlar. O bu addımı ilə “hara deyirsiz gəlim, təki qapıları açın” ismarışını verib.

Rəcəb Tayyib Ərdoğan isə “Daha ədalətli bir dünya mümkündür” kitabı ilə Paşinyanı daha düzgün münasibət qurmağa çağırıb. Kitab təqdimatı ilə ona bir daha oxumağı məsləhət görüb.

Hər halda rəsmi İrəvanın növbəti davranışlarından, çıxışlarından hazırlıq səviyyəsi müşahidə olunacaq.
 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Türkiyə İlon Maskın proqramını blokladı 

Türkiyə hakimiyyəti amerikalı iş adamı İlon Maska məxsus X sosial şəbəkəsində istifadə edilən süni intellekt (AI) Grok-u bloklayıb. CityPost.az    xəbər  verir    ki, bu barədə “Reuters” məlumat yayıb.Mətbuatda yayılan xəbərlərə görə, Ankaranın bu qərarına neyron şəbəkədən respublika prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanan təhqirlər səbəb olub. Türkiyə prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.Nigar

09 İyul 2025, 14:10

Dolları nə gözləyir?

ABŞ dolları kotirovkalarda kəskin eniş yaşamağa hazırlaşır. CityPost.az    xəbər   verir    ki, bu barədə Deutsche Bank-ın valyuta təhlili departamentinin rəhbəri Corc Saravelos xəbərdarlıq edib. O hesab edir ki, Amerika valyutası öz dəyərinin təxminən 30-35 faizini itirəcək. Öz növbəsində Harvard professoru Kennet Roqoff təklif edib ki, 25 ildən sonra dollar qlobal pul sistemində əsas rolunu itirəcək.Bu, Çin və digər ölkələrin ABŞ-dan asılılığından tədricən qurtulması ilə bağlıdır.Bununla bağlı nəşr qeyd edib ki, dollar heç vaxt, məsələn, İsveçrə frankı ilə müqayisə etsək, xüsusilə güclü valyuta olmayıb. Hazırda dollar kotirovkalarının aşağı düşməsi xarici kreditorlara ciddi ziyan vuracaq, onların aktivləri əhəmiyyətli dəyər itirəcək.Nigar...

09 İyul 2025, 13:40

Husilərin hücumundan sonra Yunanıstan yük gəmisi batıb

Liberiya bayrağı altında üzən Yunanıstana məxsus Eternity C yük gəmisi üsyançı Yəmənin Ənsar Allah hərəkatının döyüşçüləri husilərin hücumundan sonra Qırmızı dənizdə Yəmən sahillərində batıb.CityPost.az   xəbər   verir  ki,bu barədə dörd müstəqil mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.Agentliyin iki mənbəsinin verdiyi məlumata görə, hazırda bölgədə axtarış-xilasetmə əməliyyatı aparılır. Hazırda 5 ekipaj üzvünün xilas edildiyi məlumdur. Bəzi dənizçilər suda xilasedici jiletlərdə tapıldı.Liberiyanın Beynəlxalq Dəniz Təşkilatındakı daimi nümayəndəsi Robert Vilmot Kpade hücum nəticəsində iki nəfərin öldüyünü təsdiqləyib. Daha sonra Yunanıstanın ERT-News telekanalı aydınlıq gətirib: ölənlərin sayı 3-ə çatıb, yaralılar arasında Rusiya vətəndaşı da var.Gəminin operatoru Cosmoship Management Reuters agentliyinə bildirib ki, iki dənizçi ağır...

09 İyul 2025, 13:14

Tramp və Netanyahunun gizli görüşü – Ağ Evdə nə baş verir? 

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu son iki gün ərzində ikinci dəfə Ağ Evdə görüş keçiriblər.CityPost.az xəbər verir ki, görüş 8 iyul axşamı baş tutub və təxminən iki saat davam edib. Mətbuatın iştirakı olmadan keçirilən bu qapalı görüşdə əsas müzakirə mövzusu Qəzza zolağında davam edən müharibə və mümkün atəşkəs razılaşması olub.BBC-nin məlumatına görə, Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff bildirib ki, İsrail və HƏMAS arasında 60 günlük atəşkəs barədə razılaşma üçün sadəcə bir əsas məsələ qalır.Netanyahu görüşdən sonra verdiyi açıqlamada atəşkəs imkanlarını istisna etməsə də, İsrailin hərbi kampaniyasını sona çatdırmağa hələ hazır olmadığını deyib:“Bizim hələ...

09 İyul 2025, 11:35

Ukrayna üçün daha 100 milyard ayrıldı

Bloomberg mənbələrə istinadən yazır ki, Avropa İttifaqı Ukraynaya dəstək üçün daha 100 milyard avro ayırmağı düşünür.CityPost.az   xəbər  verir   ki, qərar təsdiqlənərsə, yeni fond iyulun sonunda təqdim edilməli olan növbəti yeddiillik Aİ büdcəsinin bir hissəsi ola bilər. Ödənişlər 2028-ci ildə başlaya bilər.Üç il yarım əvvəl Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Aİ Kiyevə qrant və kredit şəklində demək olar ki, 160 milyard avro ayırıb.Agentliyin mənbəsinin sözlərinə görə, Avropa bu variantı nəzərdən keçirir, çünki Rusiya-Ukrayna müharibəsi “bitmək əlaməti göstərmir”. Üzv dövlətlər büdcə danışıqları çərçivəsində bu qərarı verərsə, Kiyev üçün maliyyə ayrılmağa başlayacaq.Miri...

09 İyul 2025, 10:53

Şəmkirdə minik maşınının aşması nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb 

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.Qəza rayonun Şiştəpə kəndi ərazisində qeydə alınıb.Belə ki, Şəmkir şəhər sakini, 1992-ci il təvəllüdlü A.Atakişizadə idarə etdiyi "KIA" markalı minik avtomobili ilə hərəkətdə olarkən sükan arxasında idarəetməni itirib və nəticədə avtomobil aşıb.Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər - Şiştəpə kənd sakinləri, 1993-cü il təvəllüdlü O.Atakişiyev, 1993-cü il təvəllüdlü C.İbadullayev və 1968-ci il təvəllüdlü İ.Atakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.Xəstəxanaya yerləşdirilən yaralılardan biri, 1968-ci il təvəllüdlü İ.Atakişiyev aldığı xəsarətlərdən vəfat edib.Faktla bağlı araşdırma aparılır....

09 İyul 2025, 09:00