Bizə yazın

Baku

-°C

USD

-

Bakıdan icarəyə götürdüyü avtomobillərlə Şəkidə 30 min manatlıq heyvan oğurlayan dəstə tutulub 

Hadisə 01 May 2025, 11:23

520

Şəki Şəhər-Rayon Polis Şöbəsinə rayonun Daşbulaq, Daşüz, Şorsu və daha 4 kəndindən silsilə oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, gecə saatlarında tövlələrə daxil olan naməlum şəxslər dəyəri 30 min manata yaxın olan 26 baş mal-qaranı oğurlayaraq ələ keçiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməlləri törədən Taleh Novruzov, Şükür Mustafayev, Cahid İsrafilov və Vaqif Nuriyev saxlanılıblar. Onlar icarəyə götürdükləri avtomobillərlə son 9 ay ərzində bir neçə dəfə Bakıdan Şəkiyə gələrək burada oğurluq etdiklərini bildiriblər.

Araşdırmalarla dəstə üzvlərinin oğurladıqları heyvanları Bərdə, Ağdaş, Göyçay və Bakı şəhərində satdıqları müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

33 əcnəbi dövlət sərhədini pоzdu

Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin aprel ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.Bu barədə Citypost.az-ə DSX-dan məlumat verilib.Bildirilib ki, ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 55 nəfər saxlanılıb.Onların 12-si Azərbaycan, 21-i Pakistan, 3-ü İran, 5-i Əfqanıstan, 2-i Türkiyə, 2-i Çin, 2-i Banqladeş, 1-i Özbəkistan, 1-i Konqo Respublikası, 1-i Konqo Demokratik Respublikası, 1-i Əlcəzair, 1-i Nepal, 1-i Böyük Britaniya, 1-i Mərakeş, 1-i Şri-Lanka vətəndaşı olub.İran İslam Respublikasından 2 (iki) pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, sərhəd naryadına qarşı odlu silahdan istifadə edən...

02 May 2025, 13:48

20 aptekdə nöqsanlar aşkarlandı  

Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb.Citypost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.Bildirilib ki, AEM aprel ayı ərzində Bakı şəhəri üzrə 13, digər şəhər və rayonlarda isə 45 aptek olmaqla, ümumilikdə 58 apteki təftiş edib. Onlardan 56-sı planlı, biri plandankənar və digəri isə yoxlamadan kənar olub.“Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.10, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib”,- deyə əlavə edilib....

02 May 2025, 13:36

Apreldə sərhəddə 4,7 milyon manatlıq qaçaqmal tutulub  

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 228 kiloqram 925 qram narkоtik vasitə, 14965 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 793 min 692 manat оlan qaçaqmal, о cümlədən dron, patron, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb....

02 May 2025, 13:27

Yeddinci sinif şagirdi vəfat etdi - FOTO

Sumqayıt şəhər 39 saylı orta məktəbin yeddinci sinif şagirdi Fuad Bəylərli vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.Məlumata görə, F.Bəylərli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

02 May 2025, 10:34

Dünən bank kartlarından 27 min manat oğurlanıb

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.CityPost.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib."Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 1-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13697, 7000, 2800, 2400, 723, 349, 220, 150, 104 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada...

02 May 2025, 10:00

Azad edilmiş ərazilərdə ötən ay 381 mina, 3047 PHS aşkarlanıb  

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprel ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) CityPost.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 302 piyada əleyhinə mina, 79 tank əleyhinə mina, 3047 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 6365.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib....

01 May 2025, 14:09