Bizə yazın

Baku

-°C

USD

-

Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib, yaralananlar var 

Hadisə 10 Avqust 2025, 10:23

562

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

Hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.

Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib.

Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Laçında qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş - TƏFƏRRÜAT 

Ötən gün Laçında qardaşı tərəfindən öldürülən Səfər Quliyev vəzifəli şəxs olub.Teleqraf-ın  əldə etdiyi xəbərə görə, 07.12.1967-ci il təvəllüdlü Səfər Əsgər oğlu Quliyev Mədəniyyət işçilərinin Həmkarlar İttifaqının Laçın rayon komitəsinin sədri vəzifəsində çalışırmış.Laçın rayonunun Qozlu kənd inzibati ərazi dairəsinin Fingə kəndində daimi qeydiyyatda olan S.Quliyev müvəqqəti olaraq Ağcabədi rayonunun Şərəfxanlı kəndində məskunlaşırmış.Mərhum ailəli olub, 2 qızı və 2 oğlu var.Qeyd edək ki, Səfər Laçınlı kimi tanınan müğənni və iş adamı ötən gün qardaşı Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə məskunlaşmış, 1973-cü il təvəllüdlü Xasay Əsgər oğlu Quliyev tərəfindən Laçın rayonunun Fingə kəndi ərazisində aralarında yaranmış mübahisə zəminində ov tüfəngi...

13 Avqust 2025, 11:18

Laçında müğənni qətlə yetirilib, qardaşı şübhəli bilinir 

Laçın rayonunda qətl hadisəsi baş verib.Hadisə rayonun Fingə kəndi ərazisində qeydə alınıb.Belə ki, el arasında müğənni kimi tanınan Səfər Quliyev ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.

12 Avqust 2025, 23:01

Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb 

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.Bu barədə  Fövqalədə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, 10 avqust 2025-ci il tarixində FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.Dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Cavid İlqar oğlu Tapdıqovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib....

12 Avqust 2025, 11:47

Əsgər Bəkiyevin intiharının detalları - Cibindən məktub çıxıb... 

Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməyinin təfərrüatı məlum olub. CityPost.az Musavat.com-a istinadən xəbər verir ki, əsgərin cibindən çıxan məktubda yazılırmış: “Anam, atam, məni bağışlayın. Mən demişdim ki, bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevirəm. Haqqınızı halal edin. Bəkiyev”.İstintaqla müəyyən edilib ki, Bəkiyev zastava rəisi, baş leytenant Tofiq Məmmədovun qanunsuz əməlləri nəticəsində canına qəsd edib. Baş leytenant barəsində açılan cinayət işi zamanı müəyyən edilib ki, təkcə Bəkiyev yox, bir neçə əsgər zabitin qanunsuz hərəkətlərinin qurbanı olub.Belə ki, əsgərlər arasında soyuq su içən, əlindən...

11 Avqust 2025, 10:31

Soçi hava limanının fəaliyyəti məhdudlaşdırılıb

Soçi Beynəlxalq Hava Limanının fəaliyyəti üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib. CityPost.az   xəbər  verir   ki, b barədə hava limanının Telegram kanalında məlumat verilib."Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Soçi hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda deyilir.Bundan əvvəl Rosaviatsia Gelendjik hava limanında təyyarələrin buraxılması və qəbulu ilə bağlı məhdudiyyətlər barədə məlumat vermişdi. Krasnodar diyarında, xüsusilə Soçi və Siriusda pilotsuz təyyarələrin hücumu təhlükəsi elan edilib.Nigar...

08 Avqust 2025, 14:33

Şəmkirdə 7 nəfərin öldüyü avtomobil qəzası ilə bağlı cinayət işi açılıb 

Şəmkir rayonu ərazisində 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb."Report"un Qərb bürosunun məlumatına görə, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KamAz" markalı yük maşınının qoşqusuna çırpılıb.Nəticədə sürücü və avtomobildə olan 6 sərnişin hadisə yerində ölüb.Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1-nin vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağır qiymətləndirilir.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır....

07 Avqust 2025, 10:29