Bizə yazın

Baku

-°C

USD

-

“Ada Fabrik”barədə polis araşdırmaya başladı   

Hadisə 19 Avqust 2025, 13:54

1241

Bakı şəhərində “Ada Fabrik” adı altında guya hər növ mebellərin sifarişi və satışı ilə məşğul olan dələduz dəstənin peyda olmasına dair məlumat vermişdik.

CityPost.az  xəbər  verir   ki, mebel fırıldaqçılarının toruna düşən Bakı şəhəri,Binəqədi rayonu,Xocasən qəsəbə sakini Azər Orucovun şikayəti əsasında polis araşdırmaya başlayıb.İşin araşdırılması ilə Bakı Şəhəri Binəqədi Rayonu Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları məşğuldur.

Bir daha xatırladaq  ki,xüsusi ilə "tiktok" platformasında bu hallara geniş rast gəlinir. Belə ki, "Ada Fabrik - mebeldunyasıyedek"  profilində mebellə bağlı müxtəlif cür elanlar paylaşılır."Tiktok" (Bu linkdə) və  "İnstagram"  (Bu linkədə)platformalarında paylaşılan  elanlarda  vətəndaşlara müxtəlif cür mebellər təklif olunur. Bu üsulla vətəndaşları cəlb edən elan sahibləri pulları öncədən aldıqdan sonra yoxa çıxırlar. Vətəndaşların nömrələrini "qara siyahı"ya salan  səhifə adminləri  bu yolla növbəti qurbanlarını tora salırlar.

Bu mövzu ilə bağlı saytımıza şikayət edən vətəndaş Azər  Orucov  bildirib ki,sözügedən şəxslərin qurduğu oyunun növbəti qurbanı olub.O,051 593 85 14  "WhatsApp"  nömrəsi ilə əlaqə saxlayıb. 10 ədəd stul,1 ədəd stol üçün qarşı tərəfin  təqdim etdiyi  kart hesabına  750 AZN (Bu hesab Sevda.M adlı şəxsə məxsusdur) və 300 AZN (Bu hesab Vasif. Y  adlı şəxsə məxsusdur) ödəniş edib.

 

Şikayətçinin sözlərinə görə, ödənişi etdikdən bir müddət  sonra  qarşı tərəf  onun nömrələrini "qara siyahı"ya salıb  və zənglərinə cavab verməyib.Aldadıldığını başa düşən vətəndaş  DİN-in 102 zəng xidmətinə şikayətini bildirib.

Azər Orucovun sözlərinə görə,fırıldaqçılar vətəndaşları inandırmaq üçün nüfuzlu "ADA" Universitetinin adından da istifadə ediblər.

"Sifarişi götürən şəxs telefon danışığı zamanı  bildirdi ki, “ADA Universiteti”nin nəzdində fəaliyyət göstərirlər. Adlar da  eyni olduğu üçün onlara inandım. İşlətdikləri  "whatsapp" hesabının profil  şəklində də "Ada fabrik"  sözləri əks olunub. 1500 AZN dəyərində 10 stul və 1 stol sifariş verdim.Onların tələblərinə uyğun olaraq əvvəlcə  750 AZN,sonra isə 300 AZN onların təqdim etdiyi kart hesabına ödəniş etdim.Qalan məbləği isə şifahi razılaşmaya əsasən təhvil-təslim zamanı ödəməli idim.Həmin şəxslər indi zənglərimə və mesajlarıma cavab vermir.Telefon nömrəmi “qara siyahı”ya salıblar",-deyə  vətəndaş bildirib.

Sözügedən  məsələ  bağlı  qarşı tərəflə əlaqə saxlamaq istəsək də,zənglərimizə cavab vermədilər.

Yazışmalar zamanı isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsinin tələbələrini pozmaqla saytımızın əməkdaşlarını nalayiq küçə söyüşləri ilə təhqir edərək saytımızı bağlatdıracaqları ilə hədələdilər.

Müşərrəfxanım 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qubada dağlıq ərazidə yanğın başlayıb 

Quba rayonu, Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

23 Avqust 2025, 16:12

Yasamalda 45 yaşlı qadın qətlə yetirilib 

Bu gün səhər saat 9 radələrində Bakının Yasamal rayonu ərazisində 1980-ci il təvəllüdlü İradə Muradova münaqişə zəminində qətlə yetirilib.CityPost.az  xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov müəyyən olunaraq saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

23 Avqust 2025, 12:12

Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanov istintaqa cəlb olunub 

Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov istintaqa cəlb olunub.APA-nın əldə etdiyi məlumata görə, Fazil Əmiraslanov Bakıya gəlib və artıq istintaqda ifadə verib.Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi...

21 Avqust 2025, 11:50

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb 

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.Bu barədə  DSX-dən məlumat verilib.Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

21 Avqust 2025, 10:33

Qobustanda balıq tutan şəxslərin üzərinə torpaq qatı uçub, bir nəfər ölüb 

Qobustanda 38 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.CityPost.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində hadisə yerində ölüb.Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

20 Avqust 2025, 10:14

Yaponlar türk pilotsuz təyyarələrini istəyir

Yaponiyanın müdafiə naziri Gen Nakatani bazar ertəsi Türkiyəyə səfəri zamanı hərbi əməkdaşlığı, o cümlədən pilotsuz təyyarələrin istehsalı ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.CityPost.az  bu  barədə  Kyodo agentliyinə istinadən   xəbər verir.Agentliyin məlumatına görə, Yaponiya tərəfi quru qoşunları, donanma və hərbi hava qüvvələrinin geniş miqyasda PUA-larla təchiz edilməsində maraqlıdır.Nakatani Türkiyəyə səfər edən ilk müdafiə naziri olacaq. Tərəflər geniş spektrli məsələləri, o cümlədən satınalma, birgə istehsal və texnologiya transferini müzakirə edəcəklər. Bundan əlavə, nazir Türkiyə hərbi müəssisələrini, o cümlədən dəniz gəmiqayırma zavodlarını yoxlamağı planlaşdırır. Yaponiya və Türkiyə də iki ölkənin silahlı qüvvələri arasında təmasların intensivləşdirilməsinə razılıq vermək niyyətindədir.Bundan əlavə, Nakatani Yaponiya hərbi gəmiləri...

19 Avqust 2025, 17:40