Bizə yazın

Baku

-°C

USD

-

Bakıda yeniyetmə bacısı oğluna işgəncə verməkdə ittiham olunan qadın həbs olunub 

Hadisə 04 Sentyabr 2025, 12:28

633

Bakıda yetkinlik yaşına çatmayan azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı ittiham olunan şəxs həbs olunub.

CityPost.az  xəbər verir ki, 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən Günay Novruzova barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev cinayət işi üzrə Sabunçu Rayon Polis İdarəsində istintaq tədbirlərinin davam etdirildiyini bildirib.

Qeyd edək ki, azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Xatırladaq ki, Sabunçu rayonunda xalanın azyaşlı bacısı oğluna işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının ata-anasının vəfat etdiyi, xalasının himayəsində yaşadığı bildirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Adəm Məmmədov həbsdən çıxdı 

Xüsusi ittiham qaydasında məhkum edilmiş Adəm Məmmədov azadlığa buraxılıb.Onun 6 aylıq həbs cəzası bu gün başa çatıb.Bu yaxınlarda vəkilliyinə xitam verilmiş A.Məmmədov bir az əvvəl 9 saylı cəzaçəkmə müəsissəsindən azadlığa çıxıb.Qeyd edək ki, keçmiş vəkil həmkarına böhtan atmaqda təqsirli bilinərək 6 aylıq azadlıqdan məhrum edilmişdi. Eyni cinayətlə bağlı keçmiş vəkilin qardaşı Xəyyam Məmmədov da cəzalandırılıb. Ona islah işləri cəzası verilib. 

05 Sentyabr 2025, 11:58

Maştağada 34 yaşlı qadını avtomobil vuraraq öldürüb 

Maştağada 34 yaşlı qadını avtomobil vuraraq öldürüb.CityPost.az    xəbər verir ki, 2005-ci il təvəllüdlü Zeynalov Tofiq Hacıdadaş oğlu istifadəsində olan "Ford Tranzit" markalı avtomobillə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu soldan sağa keçmək istəyən piyada 1991-ci il təvəllüdlü Əsgərova Elnurə Həbulla qızını vurub.Nəticədə qadın xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

04 Sentyabr 2025, 10:35

Sabunçuda uşağa işgəncə verən qəyyum saxlanılıb, cinayət işi açılıb 

Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülməklə davam etdirilir.CityPost.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb. Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

02 Sentyabr 2025, 21:46

Masazırda yanaraq ölənlər ana və qızı imiş 

Bu gün sübh vaxtı Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış evinin yanması nəticəsində ölən şəxslərin kimliyi müəyyənləşib.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, evdə yanaraq ölən şəxslərin 1949-cu il təvəllüdlü Xanım Əliyeva və qızı 1967-ci il təvəllüdlü Reyhan Əliyeva olması müəyyən edilib. Onların nəşi aidiyyəti üzrə təhvil verilib.Qeyd edək ki, hadisə vaxtı hər mərtəbəsi 40 m² olan ikimərtəbəli ev tamamilə yanıb. Yanğınla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır....

02 Sentyabr 2025, 10:31

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub 

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstənin törətdiyi cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub.CityPost.az   xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.İstintaq materiallarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri cinayət törədilərkən istifadə edilən alət və vasitələrin, cinayət yolu ilə əldə edilən əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur.“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 1.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla...

27 Avqust 2025, 10:40

Qohumlar arasında atışma: Ölən var

Şanlıurfanın Viranşehir rayonunda  ki qohum arasında torpaq mübahisəsi atışmaya səbəb olub. CityPost.az  Türkiyə mediasına istinadən   xəbər  verir   ki,  iki qohum arasında torpaq mübahisəsi zəminində mübahisə atışmaya çevrilib. Sonrakı toqquşmada Seydi Yavuklu odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları sövq edilib və yaralıya ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Viranşehir Dövlət Xəstəxanasına aparılıb.Bütün tibbi müdaxilələrə baxmayaraq, Yavuklunu xilas etmək mümkün olmayıb və dünyasını dəyişib. Nigar...

26 Avqust 2025, 13:22